Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:30

İ.Əliyev: “Nardaranlılar dövlətçiliyə həmişə sadiq olublar”


►“Bir müddət əvvəl Nardaran sakinləri müraciət edib, məni qəsəbəyə dəvət etdilər. Mən hesab etdim ki, əliboş gəlməyim, o vaxt gəlim ki, bu yollar hazır olsun. Bu gün də bu yollar açılır ”

APA-nın xəbərinə görə, iyunun 21-də Nardaran qəsəbəsində olan prezident İlham Əliyev yerli sakinlərlə görüşündə belə deyib.

O, nardaranlıların işıq pulu borcunu da silib.

Ölkə başçısı bildirib ki, Maştağa-Bilgə yolu, Nardaran qəsəbəsinin daxili yolları təmir olunub. Yollar genişlənib, köçürülmüş evlərdən ötrü lazımi səviyyədə kompensasiya verilib.

“Azərbaycanın hər bir yeri, qəsəbəsi diqqət mərkəzindədir. Mən çalışıram ki, Azərbaycanda lazımi səviyyədə olmayan qəsəbə olmasın. O cümlədən, Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı sürtələ gedir, bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik, qaz, su təchizatı yaxşılaşır. Bu infrastruktur layihələrinin böyük əksəriyyəti icra edilib ”

Prezident ölkə əhalisinin artdığını, buna paralel olaraq iş yerlərinin açılması prosesinin də daimi getdiyini ifadə edib.

“Ölkə iqtisadiyyatı, sənaye istehsalı demoqrafik inkişafa uyğun şəkildə inkişaf etməlidir. Ona görə də iş yerlərinin yaradılması daimi prosesdir. Baxmayaraq ki, son illər 1 milyondan çox iş yeri yaradılıb, biz daim bu məsələni diqqətdə saxlamalıyıq”.

İ.Əliyev ölkənin hər bir yerində quruculuq, abadlıq işləri aparılmasından, ictimai infrastrukturun yaradılmasından danışıb.

“Ölkənin hər yerində qanunun aliliyi təmin edilməlidir və edilir. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində, o cümlədən Nardaran qəsəbəsində çox gözəl şərait olsun. Nardaran qədim yaşayış məskənidir, burada əsrlər boyu insanlar yaşayıb, yaradıb, dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin sakit yaşaması üçün Azərbaycan dövləti hər şey edir”, - İ.Əliyev bildirib.

Ötən il noyabrın 26-da güc orqanları Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirmişdilər. Həmin əməliyyatda ikisi polis olmaqla yeddi nəfər həlak olmuşdu.

Nardaranda nə baş vermişdi? - Bütün videolar burda

Üstəlik, «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Tale Bağırzadə və onun tərəfdarları həbs edilmişdi. Indi həmin şəxslər terrorçuluqda ve daha bir çox ağır cinayətlərdə ittiham olunurlar. Tale Bağırzadə həmin hadisələrdən bir neçə gün öncə çıxış edərək Nardaran qəsəbəsinin problemlərindən danışmışdı.Öüzünü Azərbaycan rəsmilərinə tutaraq belə bir sual vermişdi:" Allaha xatir Gürcüstandakı erməni kilsələrini pullsuz qazla təmin edirsiniz.Nardarana niyə qaz vermirsiniz?"

Həmin günlər qəsəbə sakinləri arasında da əlavə olaraq 80-dən çox şəxsin saxlanıldığı bildirilirdi. Sonradan qəsəbə sakinləri sərbəst buraxıldılar. Həlak olanların isə qəsəbə əhalisindən xəbərsiz dəfn olunduqları bildirilirdi.

Həmin günlər dövlət televiziyasında nardaran qəsəbəsində dini ekstermistlərin və İrana meyilli qüvvələrin kök saldığı bildirilirdi.

Prezident İlham Əliyev bu hadisələrdən bir müddət sonra-dekabrın 11-də Nardaran qəsəbəsinin yenidən qurulma işlərinə 12 milyon manat ayırıb. Bu ilin fevralın 2-də isə dövlət başçısı həmin işlərin tamamlanmasından ötrü daha 17.4 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam verib.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (21 iyun)

Harda açılıb o 1,5 milyon iş yeri?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 21 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (21 iyun)

Savchenko İlham Əliyevə çağırış etdi

XS
SM
MD
LG