Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:23

Prezident Bridget Brink-i qəbul edib


Bridget Brink
Bridget Brink

-

Prezidenti İlham Əliyev iyunun 23-də ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridget Brink-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ABŞ-a son səfərini və Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakını məmnunluqla xatırlayıb.

İlham Əliyev deyib ki, Azərbaycanla ABŞ təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq edir.

Saytın xəbərinə görə, Bridget Brink isə bildirib ki, onun səfərində məqsəd iki ölkə arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir.

ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridget Brink bir gün əvvəl Azərbaycana gəlib. İyunun 24-də başa çatacaq səfər çərçivəsində onun daha bir sıra rəsmi görüşlər keçirəcəyi gözlənir.

Prezident İlham Əliyev V Nüvə Təhlükəsizliyi Sammitinə iştirak etməkdən ötrü bu il martın sonlarında ABŞ-a səfər etmişdi. O, səfər çərçivəsində ABŞ dövlət katibi John Kerry və vitse-prezident Joe Biden-lə görüşmüşdü.

XS
SM
MD
LG