Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:44

Palata da «Brexit-in təsiri yoxdur» deyir


Böyük Britaniya bayrağı
Böyük Britaniya bayrağı

-

Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ilə bağlı referendum dünya maliyyə bazarlarında dalğalanmaları aktivləşdirsə də, Azərbaycanda vəziyyətin nəzarət altında olduğu bildirilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasından belə aydın olur.

Palata qeyd edir ki, «Brexit»in Azərbaycanda əhali və biznesin həssas davranışına səbəb ola biləcəyini nəzərə alaraq, onlar araşdırma aparıb.

«Maliyyə sabitliyinin qorunması üçün tədbirlər həyata keçirilib. «Brexit»in keçid müddətində qlobal əmtəə, əmək və maliyyə bazarlarında qeyri-müəyyənlikləri artıracağı gözləntiləri əsasında təhlillər aparılıb. Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşan münasibətləri onun ölkə iqtisadiyyatına, maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimallaşdırıb», - Palata bildirir.

Palata eyni zamanda iyunun 24-də valyuta bazarında həssas davranışın müşahidə edildiyini açıqlayıb. Quruma görə, bu, fundamental iqtisadi faktorlarla əlaqəli deyil: ««Brexit»in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur».

Halbuki, müstəqil iqtisadçılar bunun əksini bildirirdilər. İqtisadçılardan Qubad İbadoğlu deyirdi ki, bir gün içində Azərbaycan Dövlət Neft Fondu 465 milyon dollar itirib. Ancaq Fond bu deyilənləri təkzib etmişdi. Neft Fondunun iyunun 24-də yayılan açıqlamasında qeyd edilirdi ki, ümumilikdə nə zərərləri, nə də mənfəətləri var.

XS
SM
MD
LG