Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:34

Milli qəhrəman kimi qarşılandılar


İslandiya yığması 1/4 finalda Fransaya uduzaraq mübarizəni dayandırıb.
İslandiya yığması 1/4 finalda Fransaya uduzaraq mübarizəni dayandırıb.

İslandiya yığmasının oyunçularını vətəndə milli qəhrəman kimi qarşılayıblar. Komandanı vətənə qaytaran təyyarə iyulun 4-ü axşam saatlarında paytaxt Reykyavikdən təxminən 40 kilometr aralıda yerləşən Keblavikin hava limanına enib.

AFP-nin xəbərinə görə, təyyarə enənədək paytaxtın və on minlərlə azarkeşin toplaşdığı meydanın üzərində uçub. Uçuş-enmə zolağının hər iki yanında sıralanmış yanğınsöndürən maşınlar havaya su şırnağı buraxmaqla özünəxas göy qurşağı yaradıblar.

Daha sonra komandanı aparan avtobus Reykyaviki dolaşaraq, AÇ-2016-nın bütün oyunlarının göstərildiyi əsas parka yollanıb. Azarkeşlər komandanı məşhur «Hu!» nidası və alqışlarla qarşılayıblar. Ardındansa gecəyədək konsert davam edib.

İslandiya yığması 1/4 finalda meydan sahiblərinə - Fransaya uduzaraq mübarizəni dayandırıb.

HALLGRÍMSSON: «BİZƏ TOP-KOMANDA OLMAQ ÇOX ÇƏTİN OLACAQ»

İslandiya yığmasının məşqçisi Heimir Hallgrímsson AÇ-2016-dakı uğurlu çıxışdan sonra azarkeşlərin bu komandadan daha çox şey umacaqlarının fərqindədir. Mütəxəssisin fikrincə, qitənin ən güclü yığmaları ilə ayaqlaşmaq islandiyalılara çətin olacaq.

«The Mirror» məşqçinin bu fikirlərini yayıb: «Çox güman, indi adamlar İslandiyanın hər böyük turnirə qatılmasını gözləyəcəklər. Qarşıdan DÇ-2018 gəlir və biz çətin qrupa düşmüşük. Bizə top-komanda olmaq çox çətin olacaq».

XS
SM
MD
LG