Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:34

"Özün özündən hürkürsənsə, onda söz azadlığı yoxdur"


arxiv fotosu
arxiv fotosu

“Azadlıq Radiosunun” küçədə keçirdiyi sorğuda bir qadın adi suala, iqtisadiyyat haqda ümumi suala cavab verməkdən imtina etdi ki, “qorxuram”.

Adi, sıravi vətəndaşın qorxmağa əsası varmı? Söz azadlığı Azərbaycanda nə qədərdir? Sərhəddi hardadaır? Olan məhdudiyyətlər kimlərə aiddir? Jurnalist, məmur, QHT rəhbəri?

Müstəqil jurnalist Aynur Elgünəş deyir ki, Azərbaycanda ümumiyyətlə söz azadlığı yoxdur:

“Ümumiyyətlə Azərbaycanda söz azadlığının sadəcə adı var. Yəni imitasiyası var. Söz azadlığının heç kimə aidiyyəti yoxdur. Nəinki QHT-lərə, jurnalistlərə, sıravi insanlara. Hətta məmurların belə söz azadlığı yoxdur. Onlar öyrədilmiş ümumi sözlərdən kənar danışa bilmirlər. Azərbaycanda söz azadlığı sıfır dərəcəsindədir”.

“Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı isə deyir ki, söz azadlığını heç kim qadağan etməyib:

Elçin Şıxlı
Elçin Şıxlı

“Söz azadlığını heç kim heç kimə vermir. Söz azadlığını alırlar. Heç kim heç kimin ağzını yummur. Əgər sözünü deyib və bunun altını çəkməyə hazırsansa deməli söz azadlığı var. Yox, əgər sən özün özündən hürkürsənsə, onda söz azadlığı yoxdur. Mən bu nöqtəyi-nəzərdən yanaşıram. Ona görə də deyə bilmərəm ki, kimə söz azadlığı ilə bağlı icazə var, kimə yoxdur. Çünki kim sözünü deyib, onun altını çəkməyə özündə təpər tapırsa, söz azadlığı var. Yox deməkdən çəkinirsə, deməli söz azadlığı yoxdur. Yəni heç kim qadağan etməyib bunu”.

Elçin Şıxlı: "Özün özündən hürkürsənsə..."
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə bildirir ki, söz azadlığına hakimiyyət tərəfindən çox böyük məhdudiyyətlər qoyulsa da bu məhdud imkanlar çərçivəsində söz azadlığının imkanlarından istifadə edən insanlar var:

Əvəz Zeynallı
Əvəz Zeynallı

“Azərbaycanda söz azadlığı üçün ümumi şərait məhduddur. Kiminsə azad söz imkanları var, kiminsə yoxdur, - demək doğru olmaz. Sadəcə olaraq bu məhdud şəraitdə , bütün məhdud imkanlar çərçivəsində mümkün qədər söz azadlığının imkanlarından istifadə edən jurnalistlər, redaktorlar, mətbu qurumları var. Amma konkret olaraq kiməsə söz azadlığı tanınıb tanınmaması deyə bir şey yoxdur.

Söz azadlığı ümumiyyətlə ya olur, ya olmur. İnsanlar ondan ya istifadə edir, ya da etmir. Adam var hər hansı bir şeydə “mən siyasətə qarışmıram” deyərək yaxasını kənara çəkir. Adam da var, söz azadlığının imkanlarından sonuna qədər istifadə etmək istəyir. İstəyən bu imkanlardan istifadə edir. O şərait olmasa da. Söz azadlığına ümumiyyətlə hakimiyyət tərəfindən çox böyük məhdudiyyətlər qoyulub. Biz bunu bilirik. Amma bütün bu məhdudiyyətlərin içərisində söz azadlığının imkanlarından istifadə edə bilən insanlar, jurnalistlər var.”

XS
SM
MD
LG