Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

'Krediti qaytara bilməsək, küçədə qalacağıq'


Maşınsatan: Diz çöküb yalvardıq, mağazamızı sığortalamadılar
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

Maşınsatan: Diz çöküb yalvardıq, mağazamızı sığortalamadılar

►Ehtiyat hissələri ilə birlikdə külə dönən ümidlər

Maşın bazarında ehtiyat hissələri satan sahibkar çıxılmaz durumundan danışır

“230 min dollarlıq malım yanıb, özüm də işsiz qalmışam. hadisədən 20 gün keçir, hələ də bir ümidverici söz deyən yoxdur”.

Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı”nda baş verən yanğından 20 gün ötür.

İyulun 1-də axşam saatlarında qəfil başlayan yanğın nəticəsində onlarla sahibkarın Ukraynadan, Çindən və başqa ölkələrdən gətirdiyi ehtiyat hissələri külə dönüb. Həmin sahibkarlardan biri də 61 yaşlı Ələsgər Hüseynovdur. Onun sözlərinə görə, yanğın nəticəsində 230 min dollar zərərə düşüb. İndi bu borcu necə qaytaracağını düşünə belə bilmir:

“Orda iki işçi qoymuşdum. Çindən gətirdiyim ehtiyat hissələrini satdırırdım. Malı 10 gün idi gətirmişdim. Devalvasiyalardan sonra işlər onsuz da divara dirənmişdi. Alver 50 faiz düşmüşdü. Gələnin çoxu da malı nisyə alırdı, dəftərə yazdırırdı. Nisyə dəftəri də yanıb. Mallar yanıb, dəftər yanıb, bircə özüm sağ qalmışam”.

ÖZÜ DƏ, QARDAŞI DA KÜÇƏDƏ QALA BİLƏR

Sahibkar deyir, bu işə ötən ilin fevralında baş vermiş ilk devalvasiyadan bir az əvvəl girişibmiş. Onu üzən əsas məsələlərdən biri odur ki, həm özünün, həm də qardaşının evini bankda girov qoyub. İşlərini də kreditlə götürdüyü pullarla qurubmuş. İndi bankın kreditini qaytara bilməsə, həm özü, həm də 6 azyaşlı uşağı olan qardaşı küçədə qalacaq:

“Tək mənə yox, orada çalışan bütün sahibkarlara deyirdilər ki, “ərazi güclü mühafizə olunur, burda hamının malı güvəndədir”. İş orasındadır, hələ də düşünürəm ki, maşın bazarı niyə yansın ki? Orada alışmaya səbəb ola biləcək heç nə yox idi. Bu yanğın qəsdən törədilmişdi. Axır vaxtlar maşın bazarının ətrafında çox söz-söhbətlər dolaşırdı. Gah yerpulunu qaldırdılar, gah yandırdılar...”

Ələsgər Hüseynov hər gün maşın bazarına gedib-gəlir. Ümid edir ki, bəlkə sahibkar yoldaşlarından dəymiş zərərə görə kompensasiya ilə bağlı xoş xəbər eşidər. Ancaq hələ ki, qulaqları ona ürəyini ağrıdan xəbərlərdən başqa heç nə eşitdirmir:

Mağaza sahibi: "25 illik əziyyətimiz kül oldu"
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

“QƏSDƏN SIĞORTA ETMİRDİLƏR”

“Deyirlər, mağazaların sığortası olmayıb. Axı biz neyləyə bilərdik ki, heç bir sığorta şirkəti bizimlə müqavilə bağlamaq istəmirdi. Hara müraciət etmişiksə, həmişə deyiblər ki, “obyekt çox köhnə, istismara yararsızdır”, ona görə də sığortalamaqdan imtina ediblər”.

Sahibkar deyir, sığorta şirkətlərinin onlarla müqavilə bağlamaq istəməməsinin başqa özəl səbəbləri olub:

“Çoxdan idi ki, maşın bazarına görə mübahisələr bitmirdi. Bazarın yarısını Yasamalda 5-6 il əvvəl açdıqları maşın bazarına köçürmüşdülər. Çoxdandır ki, avtomobil hissələri satılan yerləri də “Qanlıgöl”ün yanına köçürmək istəyirdilər. Ancaq orada yerhaqqı baha olduğundan sahibkarların çoxu getmək istəmirdi. Bu da sonu...”

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

SİYAHI İSTİNTAQA VERİLİB

“Sahibkarlara dəymiş zərərlə bağlı kompensasiya ödəniləcəkmi” sualına cavab almaqdan ötrü maşın bazarının sahibini tapa bilməsək də, Xətai rayon icra hakimiyyətindən az-çox münasibət öyrənə bildik. Qurumdan “Qaynar xətt”ə bildiriblər ki, sahibkarlara dəymiş zərərlə bağlı siyahı istintaqa verilib və zərərin ödənilib-ödənilməyəcəyi də istintaqın sonunda bəlli olacaq: “Sığortası olanlara bircə mismarın da dəyəri ödəniləcək. Sığortası olmayanlar barədə bunu demək çətindir”.

İyulun 1-də gecə saatlarında Babək prospektindəki maşın bazarında yanğın baş verib. Nəticədə 930 kvadratmetr ərazi külə dönüb. Yanğın, əsasən, bazarın avtomobil hissələri satılan hissəsində baş verib. Azı on sahibkara zərər dəyib.

Maşın bazarı adı ilə tanınan bu Avtomobil Satış Mərkəzinin bir hissəsi hələ 2009-cu ilin əvvəlindən yeni ünvana – Yasamal rayonu ərazisindəki Bakı Şəhər Avtomobil Satış Mərkəzinə köçürülmüşdü.

XS
SM
MD
LG