Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

Bundan əvvəl də Şirvandakı hərbi zavodda partlayış olmuşdu


İsa Sadıqov
İsa Sadıqov

Avqustun 27-si səhər Azərbaycanda N saylı hərbi hissənin silah anbarında yanğın baş verib.

Müdafiə, fövqəladə hallar nazirlikləri və Baş Prokurorluq hərbi hissədə baş verən yanğınla əlaqədar məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı cinayət işi başlanıb, yaxınlıqdakı kəndlərin əhalisi ərazidən təhlükəsiz yerə təxliyyə edilib.
Rəsmi məlumata görə, köçürülən əhali müvəqqəti çadırlara yerləşdirilib.

Məlumatlara görə 6 nəfər yaralanıb.

***

Xatırladq ki, bundan əvvəl-2016-cı ildə də Şirvandakı hərbi zavodlardan birində də insan ölümü ilə nəticələnən güclü partlayış olmuşdur.

İndi hmin yazını və videoları təqdim edirirk.

***

“Yeyintini ört-basdır eləmək istəyə bilərlər”- İsa Sadıqov

“Şirvan zavodundakı partlayışda iki versiya var, təhlükəsizlik və ya yeyintinin ört-basdır edilməsi cəhdi”.

Bunu Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik İsa Sadıqov AzadlıqRadiosuna deyir.

Onun fikrincə, zavodda bu, ikinci partlayış olduğundan yeyinti məsələsi ilə bağlı versiyaya daha çox inanır:

“Yeyintini partlayışla silmək olar. Nəzərə alsaq ki, bu, artıq ikinci partlayışdır, deməli, ikinci versiyanın yaşama hüququ daha güclüdür. Ötən ilki partlayışın səbəbləri barədə heç bir məlumat verilmədi. Bilinmədi, nədən olub, niyə olub? Kimi tutdular, kimi işdən azad elədilər, məsuliyyət kimin üzərində qaldı? Bu dəfə də komissiya yaradılsa belə, həqiqət barədə ictimaiyyətə məlumat veriləcəyinə inanmıram”.

4 nəfər xəstəxanadadır

Şirvan şəhərindəki hərbi zavodda baş vermiş partlayış zamanı xəsarət alanlardan dördü hələ xəstəxanadadır. Onlardan üçü Şirvandadır, bir nəfər Bakıya travmatologiya xəstəxanasına gətirilib.

Bu barədə Turan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib. Onun sözlərinə görə, yaralıların həyatına təhlükə yoxdur.

Yaralılardan biri Bakıya gətirilib

«Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki hərbi zavodda baş vermiş partlayışda yaralanan şəxslərdən biri Bakıya gətirilib».
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.

O, deyib ki, yaralı Bakıda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib: «İndi Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 nəfər yaralı var. Yaxın saatlarda onlardan üç nəfərin evə buraxılacağı gözlənilir. İki nəfərin isə bu axşam evə buraxılması nəzərdə tutulur».

İki nəfər ölüb

Şirvandakı hərbi zavodda baş vermiş hadisə nəticəsində müəssisənin iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı həyatlarını itiriblər.

Bu barədə AZƏRTAC-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Çəkilişə icazə verilmir

Zavodda baş vermiş partlayışın nəzarətə alındığı bildirilir.

Azadlıq Radiosunun hadisə yerində olan müxbirinin yerli sakinlərə istinadən verdiyi xəbərə görə, arabir zavodun yaxınlığından kiçik partlayış səsləri eşidilir. Ancaq həmin partlayışlar ətrafa təhlükə törətmir.

Rayon xəstəxanasının qarşısına 100-dən artıq, təlaş içində olan insan toplaşıb. Onlar yaralıların yaxınlarıdır. Xəstəxanaya yerləşdirilənlərin sayı haqqında rəsmi bilgilərdən fərqli, hər hansı məlumat verilmir.

CANLI YAYIM

Azadlıq Radiosunun müxbirinin bildirdiyinə görə, hazırda xəstəxanada rəsmilər var. Onlar jurnalistlərin çəkiliş aparmasına icazə vermirlər.

Rəsmilər gərəkli bilgiləri detallı şəkildə ictimaiyyətlə bölüşəcəklərini bildiriblər.

Silah zavodunda partlayış anları (Video)

Silah zavodunda partlayış anları
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

11 NƏFƏR XƏSARƏT ALIB

Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərindəki zavodda iyulun 26-da baş verən hadisə ilə bağlı yeni məlumat yayıb.

Məlumatda bu hadisə nəticəsində ölənlərin olmadığı bildirilir.
“11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər ”- məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunmasından ötrü Müdafiə Nazirliyinin sifariş etdiyi 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

“Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcəkdir ”- nazirlik açıqlayıb.

Şirvandakı partlayışdan daha bir video. Azadlıq Radiosuna Elnur Salmanlı adlı Facebook istifadəçisi yollayıb.
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

BUNA DA BAX: PREZİDENT SƏRƏNCAM VERDİ

“Partlayış səhlənkarlığın və məsuliyyətsizliyin nəticəsidir”

“Fikrimcə, bu, səhlənkarlığın və məsuliyyətsizin nəticəsidir”. Hərbi ekspert Üzeyir Cəfərov Şirvanda silah zavodunda baş verən partlayışla bağlı öz ehtimalını səsləndirir. O hesab edir ki, onlarla adamın yaralanmasıyla sonuclanan partlayışa terror və ya hər hansı təxribat hadisəsi səbəb ola bilməz:

Hərbi ekspert Üzeyir Cəfərov Şirvandakı partlayışı şərh edir
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00
Direct-ə keçid

“Bəlkə də nəzəri cəhətdən mümkündür, amma praktik olaraq yox. Mən terror, ya təxribat hadisəsini istisna edirəm. Çünki orda mühafizə səviyyəsi çox yüksəkdir. O zavodda olmuşam, özüm görmüşəm”.

Üzeyir Cəfərov deyir ki, zavod Müdafiə Sənayesi Nazirliyi üçün əhəmiyyətli müəssisədir. Bu zavodda minaatanlardan biri uçun mərmi hazırlanır və həm də vaxtı keçmiş mərmilərin, silah-sursatın utilizasiyası həyata keçirilir, hərbi ekspert əlavə edir. Onun sözlərinə görə, zavod 3 ildir fəaliyyət göstərir, ancaq artıq ikinci belə hadisədir ki, baş verir.

3 il əvvəl prezident İlham Əliyev zavodda olmuşdu​ (FOTOLAR)

“Artıq ikinci hadisədir”

Üzeyir Cəfərov qeyd edir ki, birinci hadisədə olayla bağlı ictimaiyyətə geniş məlumat verilmədi, amma onun fikrincə, bu son olayın səbəbləri və nəticələri barədə detallı bilgi açıqlanmalıdır: “Çoxlu yaralılar var, bəlkə hətta ölənlər də oldu. Hadisə işin ən qızğın vaxtında baş verib”.

Hərbi ekspert Müdafiə Sənayesi Nazirliyinin zavod rəhbərliyi ilə bağlı ciddi ölçülər götürəcəyini gözləyir.

ƏTRAFA SƏPƏLƏNİB...

Şirvanda partlayışın mərmi saxlanc anbarında baş verdiyi bildirilir

APA-nın xəbərinə görə, hazırda ərazidə ara-sıra partlayış səsləri eşidilir. Hadisə zamanı partlayan mərmilərin yaxınlıqdakı ərazilərə səpələndiyi bildirilir

Müdafiə sənayesi naziri Yavər Camalovun, fövqəladə hallar nazirinin müavinlərinin və baş prokurorun birinci müavini Rüstəm Usubovun hadisə yerində olduğu deyilir.

Fövqəladə Hallar Nazirliyi ( FHN) də Şirvandakı zavodda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirliyin saytında yayılan xəbərə görə, iyulun 26-sı saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda partlayış baş verib.

"Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir.”-deyə məlumatda qeyd edilir.

“Mən hazırda yanğın baş verən zavodun yaxınlığındayam. Ölənlərin olub-olmaması haqda dəqiq məlumat yoxdur. Yaralılar var, onları xəstəxanaya apardılar. Yanğın güclü deyil, səngimək üzrədir. Zavodun yaxınlığındayıq. Sadəcə, partlayışlar var, ona görə lap yaxınlaşmaq olmur”.

Bu haqda AzadlıqRadiosuna Şirvan şəhər icra hakimiyyəti başçısının müavini, şəhər təsərrüfat şöbəsinin müdiri Şəfahət Əsgərov məlumat verib. O, hazırda yanğının söndürüldüyünü sözlərinə əlavə edir.

Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərindəki zavodda baş verən hadisə ilə bağlı ilkin məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilən xəbərdə bildirilib ki, bu gün, iyulun 26-sı, saat 15:35 radələrində Şirvan şəhərindəki zavodda yanğın hadisəsi baş verib.

“Baş vermiş hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək.-deyə məlumatda qeyd edilir.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına zavodda baş verən hadisə nəticəsində 20 nəfər yaralının gətirildiyi bildirilir.

Bu barədə “Report”un bölgə müxbirinə xəstəxanadan məlumat verilib.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu deyilir. Beş nəfərin ambulator yardım göstərildikdən sonra evə buraxıldığı qeyd edilir.

Xəbərə görə, xəstəxanadan o da bildirilib ki, hadisə baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.

Zavodda baş verən partlayışa görə Şirvan şəhərinə əlavə 5 təcili yardım briqadası göndərilib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.

Onlardan 2-si artıq hadisə yerinə çatıb.

Yerli sakinlərin Müsavat. com saytına bildirdiyinə görə,zavodda silah-sursat istehsal olunur.

Sakinlər həmçinin bildirirlər ki, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.

Hadisənin hansı səbəbdən baş verdiyi, hələlik, məlum deyil.

Ötən il iyul ayının 6-da da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən başqa bir zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.

XS
SM
MD
LG