Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:50

'Sərhədsiz Reportyorlar'dan tənqid


Elçin Həsənov
Elçin Həsənov

«Sərhədsiz Reportyorlar» təşkilatı jurnalist Elçin Həsənov barəsində hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarını pisləyib.

Məhkəmə qərarında deyilir ki, o, xuliqanlıq törədib və il ərzində öz əməkhaqqının 20 faizini cərimə kimi ödəməlidir.

Təşkilat qeyd edir ki, məhkəmə zamanı E.Həsənovun günahı və xuliqanlıq faktı sübuta yetirilməyib. E.Həsənova qarşı cinayət işi qaldırıldıqdan sonra onun ölkədən çıxışına qadağa qoyulub.

Təşkilatın bəyanatında qeyd olunur ki, Azərbaycanda jurnalistlərə qarşı ittihamlar, əsasən, xuliqanlıq və ya narkotik maddəyə görə irəli sürülür. «Bu, ölkə hakimiyyətinin tənqidi səslərə qarşı ən çox işlətdiyi metodikadır»,- bəyanatda vurğulanır.

E.Həsənov Sumqayıtda nəşr olunan «Yüksəliş naminə» qəzetinin redaktor müavinidir. O, 2015-ci ildə keçmiş «Asiya» agentliyinin rəhbəri Cəfər Cəfərovun ona təzyiq etməsi ilə bağlı şikayət vermişdi. Sonradan bu şikayət onun özünə çevrilib.

Bu ilin martında E.Həsənov haqqında Cinayət Məcəlləsinin 221-1-ci maddəsi ilə iş açılıb. Sonra ittiham daha ağır maddə- 221-3 (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmə) ilə əvəzlənib.

Ancaq Nizami Rayon Məhkəməsində soyuq silahla xuliqanlıq təsdiqini tapmayıb. Ona 1 il islah cəzası verilib.

İyulun 27-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qərarı qüvvədə saxlayıb.

XS
SM
MD
LG