Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:32

'Nardaran işi'ndəki işgəncə iddiaları 'araşdırılmır'


Tale Bağırov: "Polis əməkdaşları hakimiyyətin əli ilə öldürülüb"
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Tale Bağırov: "Polis əməkdaşları hakimiyyətin əli ilə öldürülüb"

►"Dindarların işi üzrə məhkəmə kobud qanun pozuntuları ilə keçirilir.

Təqsirləndirilən şəxslərin işgəncələrə məruz qalmaları haqqında ifadələrinə və onların vəkillərinin bəyanatlarına baxmayaraq, məhkəmə, prokurorluq orqanları bu şikayətləri araşdırmırlar ”.

Siyasi Məhbusları Monitorinq Mərkəzinin “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun və digər 17 nəfərin işi üzrə məhkəmə prosesi ilə bağlı bəyanatında belə deyilir.

“Prosesdə vəkillərin rolu minimuma endirilib: onların şikayətləri və vəsatətləri qəbul olunmur, zəruri ekspertizalar təyin edilmir. Eyni zamanda, tamamilə əsassız olaraq Nardaran hadisələri ilə heç bir əlaqəsi olmayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP)sədr müavini Fuad Qəhrəmanlı bu işə cəlb olunub. Tutulanların təqsirsizlik prezumpsiyası, işgəncələrə məruz qalmamaq, ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüquqları pozulur”, deyə bəyanatda deyilir.

Buna da bax: Natiq Kərimovun istintaqı uzadıldı

Mərkəz bildirir ki, sözügedən şəxslərin məhkəmə təqibinin hüquqi əsası yoxdur və ittiham hökmü çıxarılarsa, onlar “vicdan məhbusu” hesab olunacaqlar.

Siyasi Məhbusları Monitorinq Mərkəzini 2014-cü ilin oktyabrında bir qrup keçmiş məhbus yaradıb.

Daxili İşlər Nazirliyi 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 15-dən çox insan, o cümlədən, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov saxlanıb. Bu zaman ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Qeydə alınmayan “Müsəlman Birliyi” Hərəkatı ilə bağlı ümumilikdə 70-dən çox şəxsin həbs edildiyi bildirilir. Onların bir neçə qruplar şəklində məhkəməsi keçirilir.

Buna da bax: Tale Bağırov: 'Qurana and içirik ki...'

Daha yüngül maddələrlə ittiham edilənlərdən bir neçəsinin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan, 2 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. O məhkəmədə bu ittihamları rədd edib. Onlara saxlanarkən və istintaq zamanı ağır işgəncələr verildiyini bildirib.

Ancaq hələlik, nə əməliyyatı keçirən Daxili İşlər Nazirliyi, nə də prokurorluq işgəncələrlə bağlı iddialara münasibət bildirib. Məhkəmənin özündə də, hələlik, dövlət ittihamçısı və hakim belə ifadələrə, hələlik, hər hansı bir cavab verməyib.

AXCP sədr müavini Fuad Qəhrəmanlı isə facebook səhifəsində yazdığı statuslara görə, dövlət əleyhinə çağırışlarda, milli, dini, irqi düşmənçilik yaymaqda günahlandırılır.

XS
SM
MD
LG