Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:38

Ekspert: 'İpoteka krediti alanların adları açıqlansın'


Əkrəm Həsənov
Əkrəm Həsənov

Bu ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaş, ikinci rübdəsə cəmi 4 nəfər ev problemini bu yolla çözməyə çalışıb. İyunda yeni ipoteka kreditləşdirilməsi qaydalarının qüvvəyə minməsi də bu sahəni canlandırmayıb.

Bank məsələləri eksperti Əkrəm Həsənov AzadlıqRadiosuna açıqlamasında deyib ki, səbəb bəllidir: «Dövlətin belə ucuz kredit verməyə vəsaiti yoxdur və yaxın illərdə olmayacaq».

- Yeni qaydalardan sonra prosesin şəffaflaşdığını deyə bilərik?

- İpoteka kreditləşdirilməsi, əvvəlki, kimi qeyri-şəffaf bir prosesdir. Dəfələrlə təklif etmişəm ki, bu krediti alanların adı İpoteka Fondunun saytında dərc olunsun və kimlərin ucuz kredit hesabına ev alıb-almadığını hamı görsün. Məlumdur ki, bəziləri ipoteka krediti adı ilə (məsələn, saxta ev alqı-satqısı müqaviləsi bağlamaqla – red.) ucuz kredit əldə edir, başqa məqsədlərə xərcləyir, bəlkə də, sadəcə, dollar alaraq devalvasiyadan qazanır. Bəzi ailələrsə bir neçə ipoteka krediti alır. Bu halların qarşısını almaq üçün ipoteka krediti alanların siyahısı dərc edilməlidir. Amma yeni qaydalar məsələni olduğu kimi saxlayır və İpoteka Fondunun rəhbərliyinə, eləcə də banklara dövlət vəsaitindən sui-istifadə şəraiti yaradır. Odur ki, ipoteka kreditləşdirilməsinə ayrılan cüzi vəsaitdən də, çox güman, korrupsiya məqsədləri üçün istifadə ediləcək.

Buna da bax - İqtisadçı: İpoteka kreditlərində maksimum hədd 100 min manat ola bilər

İqtisadçı: İpoteka kreditlərində maksimum hədd 100 min manat ola bilər
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

- Yeni yaradılan «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin idarəetmə strukturu nəyi dəyişə bilər?

Fondun yeni idarəetmə sistemi də anormaldır. Belə ki, Fondun icra orqanı İdarə Heyətidir, ona nəzarət edən orqansa Müşahidə Şurası. Bu şura, bütün səhmdar cəmiyyətlərində olduğu kimi, yuxarı idarəetmə orqanı, İdarə Heyəti isə aşağı idarəetmə orqanıdır. Amma o da var ki, bu fondun Müşahidə Şurası formal və nüfuzsuz qurumdur.

- Niyə elə düşünürsünüz?

- Axı onun üzvlərinin 5-ni də Nazirlər Kabineti, İdarə Heyəti sədrini və onun müavinini prezident təyin edir. İdarə Heyətinin 3-cü üzvünü isə İdarə Heyətinin (yəni sədrin və onun müavininin) təklifi ilə Müşahidə Şurası təyin edir. Başqa sözlə, əslində, 3-cü üzv də İdarə Heyəti sədrinin adamı olacaq. Prezidentin təyin etdiyi İdarə Heyətinin sədrinə və onun müavininə Nazirlər Kabinetinin təyin etdiyi Müşahidə Şurası necə nəzarət edə biləcək? Təbii ki, İdarə Heyəti belə Müşahidə Şurası ilə hesablaşmayacaq və istədiyini edəcək. Yəni fondda normal nəzarət sistemi olmayacaq. Bu günlərdə fondun İdarə Heyətinin sədri təyin edildi. O, İpoteka Fondunun əvvəlki rəhbəridir, başqa sözlə, yeni adam deyil. Beləliklə, hər şey olduğu kimi qalır. Tək fərq var - pul yoxdur.

Buna da bax - Banklar niyə manatla ipoteka krediti verməkdən çəkinir?

Banklar niyə manatla ipoteka krediti verməkdən çəkinir?
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

XS
SM
MD
LG