Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:39

Uğursuz QKÇP çevrilişinin dərsləri


M.Gorbachev və B.Yeltsin
M.Gorbachev və B.Yeltsin

25 il öncə, bu həftə Politbüronun bir qrup sərt xətt tərəfdarı sovet lideri Mikhail Gorbachev-ə qarşı çevrilişə cəhd etdi. Onu devirmək cəhdi 3 gün ərzində iflasa uğradı, amma nəhəng bir xalq itaətsizliyi başlamış oldu. Çevrilişin iflasıyla kommunist sistemi də dağılmağa başladı. Gorbachev-in rəqibi, xilasedicisi və varisi Boris Yeltsin deyirdi ki, «20-ci əsr, əsasən, başa çatdı». Xalq hakimiyyəti sovet dövlətini məğlub etdi.

«The Washington Post» qəzetində Stephen Sestanovich 1991-ci il avqustun 19-da baş vermiş «QKÇP» çevrilişindən söz açır. Sestanovich Kolumbiya Universitetinin professoru, Xarici Əlaqələr Şurasının əməkdaşıdır. O, 1997-2001-ci illərdə ABŞ-ın Sovet İttifaqındakı səfiri olub.

QƏZƏBLİ POPULİZM

25 il öncə, SSRİ-nin vitse-prezidenti Yanayev-in rəhbərliyi altında Dövlət Fövqəladə Vəziyyət Komitəsi (QKÇP) yaradılıb, istirahətdə olan prezident Mikhail Gorbachev hakimiyyətdən kənarlaşdırılıb, Krımdakı malikanəsində təcrid olunub. Moskvaya ağır hərbi texnika yeridilib. Ancaq avqustun 22-də Komitə ləğv olunub, üzvləri həbsə atılıb. Kütləvi etirazlar nəticəsində ölkəyə nəzarət faktiki Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti Boris Yeltsin-in əlinə keçib.

Müəllif qeyd edir ki, bu gün də qəzəbli bir populizm dünyanın əksər yerində siyasətin aparıcı qüvvəsidir. «Yeltsin-in necə uğur qazanıb sonradan məğlub olmasını yada salsaq, bu populizmin mənbələrini və üzə çıxardığı problemləri yaxşı anlayarıq».

Keçmiş səfir yazır ki, çevriliş cəhdindən öncə əksər amerikalı və rusiyalı müşahidəçilər Yeltsin-ə bir demaqoq kimi baxırdılar, qorxurdular ki, onun radikal tələbləri yalnız mühafizəkarları mobilizə edər və islahatçıları parçalayar. Amma unudurdular ki, o, ümumxalq müqavimətini səfərbər etmiş bir müxalifət liderinə çevrilmişdi. İki ay öncə Yeltsin Rusiya Federasiyasının prezidentliyi postunu qazanmışdı. O, əsl demokratik mandatlı yeganə sovet siyasətçisi idi və çevrilişçilər onun həbsinə tərəddüd edirdilər.

Buna da bax - QKÇP: Moskva çevrilişinin Bakı əks-sədası [Video]

YELTSIN VƏ PUTIN

«Hakimiyyəti ələ keçirən demaqoq vədlərinə əməl etdiyini göstərməlidir, amma Yeltsin bunu bacarmadı. Onun siyasəti təkcə maddi çətinliklərə yol açmadı, tənqidçilərinin fikrincə, o, köhnə yaramazların yerini yenilərinin tutmasına imkan yaratdı. Sovet sisteminə qarşı çıxan populistin hakimiyyəti dövründə ciddi hakimiyyət pozuntuları baş verdi. Yeltsin-in köhnə institutları dağıtmaq çağırışına hay verən sıravi vətəndaşlar tədricən onların yenidən dirçəlməsini istədilər. Yeltsin Vladimir Putin-i təkcə varisi seçmədi, Putin-in populyarlaşmasını da asanlaşdırdı. Putin yeni prezident kimi korrupsioner oliqarxlar, çeçen separatçılar, əcnəbilər, özəlliklə də, amerikalılarla savaşa başladı. Populist prezident kimi hərəkət edə bilməyən Yeltsin Putin-ə bu rolu oynamaq şansı verdi», - müəllif yazır.

Yazıda vurğulanır ki, Gorbachev-ə qarşı çevriliş cəhdinin əks-sədası bu gün də eşidilməkdədir. 2014-cü ildə Ukraynada Yanukovych rejiminin devrilməsi 1991-ci ildə baş verənlərdən elə də fərqlənmirdi. Hər ikisi korrupsioner və qeyri-demokratik görünən sistemə qarşı milli üsyan idi və hər iki çevrilişdə yeni liderlərə radikal transformasiya mandatı verildi. Müəyyən real proqresə baxmayaraq, Ukraynanın yeni hökuməti də Yeltsin dövründəki nöqsanlara yol verir.

Gözlə

No media source currently available

0:00 0:09:26 0:00
Direct-ə keçid

«QKÇP» DƏRSLƏRİ

«Bu gün Avropa siyasəti 1980-ci illərin sonu, 90-ların əvvəlindəki liberal populizmdən bəri çox şey dəyişdiyini göstərir. İndi dözümsüz populizm hər yerdədir, etnik düşmənçilik, təcridə söykənir. Şərqi Avropadakı hərəkatlar və liderlər korrupsioner elitanı pisləyir, onundaha geniş demokratik Qərb icmasına inteqrasiyanı əngəllədiyini deyirdilər. Bu günsə söyləyirlər ki, həmin inteqrasiyanın tərsi baş verməsə, əsl demokratiya mümkün deyil. 21-ci əsr populistlərinin mövqeyincə, inteqrasiyadan yalnız elita faydalanır».

Müəllif vurğulayır ki, «QKÇP» çevrilişindən 25 il sonra da ondan dərs çıxarmaq gec deyil. Birincisi, xalq məyusluğu kimi səfərbəredici pozitiv qüvvəni anlamaq gərəkir. Çətin vaxtlarda adamlar onların qəzəbini anlayan Yeltsin-ə inanırlar, Gorbachev-ə deyil.

İkinci dərs isə verilən vədlərə əməl olunmasıyla bağlıdır. Həddən artıq söz verib sonra əməl etməmək daha təhlükəli populizmə yol açır. «Adamlar anlayanda ki, liberallıq yalnız imtiyazlılara xidmət edir, əhalinin dərdinə çarə tapılmır və islahatlar, sadəcə, yeni yaramazları üzə çıxarır, onda onlar qəzəblərini başqa yerdən çıxarırlar».

XS
SM
MD
LG