Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:14

İlham Əliyev Rəsul Quliyevi 'yıxıb-sürüdü'- [Video]


İlham Əliyev
İlham Əliyev

►Rəsul Quliyevin adını çəkmədən sərt tənqid etdi

"“Şahdəniz” imzalananda bəziləri buna etiraz edirdilər. O vaxt Prezident Heydər Əliyev müşavirə keçirdi. Bizi də dəvət etdi - Xoşbəxt müəllimi, məni, digər vitse-prezidentləri. Hər birimizdən soruşdu ki, siz də deyin doğrudanmı biz bunu imzalamamalıyıq. O vaxt Azərbaycan rəhbərliyində bir nəfər var idi ki, buna etiraz edirdi. O, çoxdan Azərbaycandan qaçıb gedib."

Bunu prezident İlham Əliyev sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində çıxış edərkən deyib:

Buna da bax: Rəsul Quliyevlə müsahibə

“Ancaq o etirazın da səbəbi indi bəlli oldu. Yəni, onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi. O vaxt “Şahdəniz” layihəsinin əleyhinə çox böyük kampaniya açmışdı. Milli Məclisdə öyrədilmiş bəzi deputatlar, hökumətdə bəziləri layihənin əleyhinə çıxmağa başlamışdılar. Ulu öndər Heydər Əliyev, əlbəttə, yaxşı bilirdi ki, “Şahdəniz” layihəsini mütləq imzalamalıyıq. Ancaq məsələni müzakirə etmək üçün bizim hamımızı dəvət etdi. Dövlət Neft Şirkətinin bütün rəhbərlərini, hökumətin, Milli Məclisin rəhbərlərini dəvət etdi ki, buyurun deyin nədir sizin iradınız. “Şahdəniz” layihəsinin əleyhinə ortaya heç bir arqument qoyulmadı. Biz hamımız durub öz sözümüzü dedik. Dedik ki, bu layihə mütləq imzalanmalıdır. Çünki bu, Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Həyat bunu sübut edir. Onda təcrid vəziyyətdə qalmış o fərd, - belə desəm daha düzgün olar, - çox məyus oldu və iclası tərk etdi. Ondan təxminən iki-üç ay sonra Azərbaycanı da həmişəlik tərk etdi." (AzərTAc)

Barəsində söhbər gedən "fərd" o zaman Azərbaycan parlamentinin sədri olan Rəsul Quliyevdir.

XS
SM
MD
LG