Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:36

Sünnilər "Məhəmməd" filminə etiraz edirlər


Tehranda "Məhəmməd" filminin bilbordu.
Tehranda "Məhəmməd" filminin bilbordu.

Mumbaydakı sünni-müsəlman təşkilatı Daxili İşlər Nazirliyi və Hindistandakı İran konsulluğuna müraciət edərək iranlı rejissor Məcid Məcidinin Məhəmməd peyğəmbər barəsində çəkdiyi filmin qadağan edilməsini istəyib.

Daxili işlər naziri Rajnath Singh-ə, baş nazir Maharashtra Devendra Fadnavis-a göndərilən müraciətdə Raza Akademiyası filmin hindistanlı bəstəkarı A.R.Rahmanın da məhkəməyə verilməsini tələb edir.

Təşkilat bunun Hindistan müsəlmanlarının hisslərinə toxunduğunu deyir.

"Məhəmməd Allahın elçisi" filmi tanınmış rejissorun Məhəmməd peyğəmbərdən bəhs edən trilogiyasından birincisidir.

Film Hz. Məhəmmədin hələ peyğəmbər olmamışdan əvvəl - 12 yaşınadək olan həyatı vǝ o dövrdǝ Məkkədə cǝrǝyan edǝn hadisǝlǝrdən bəhs edir.

2015-ci ildə çəkilmiş bu filmdə Sareh Bayat, Mohsen Tanabandeh, Rana Azadivar, Əli Reza Shoja-nuri və başqa tanınmış aktyorlar çəkilib. Film avqustun 27-də Monrealda keçirilən kino festivalında nümayiş etdirildikdən sonra, eyni vaxtda İranda 57 kinoteatrda göstərilib və dünyanın müxtəlif guşələrinə yayılıb.

Buna da bax: Baxılası 15 İran filmi

Raza Akademiyasının qurucusu Məhəmməd Səid Nuri müraciətdə yazır:

“Birincisi filmə peyğəmbərin adı verilməməlidir. İnsanlar film barədə nəsə pis şey danışanda filmin adını çəkirlər ki, bu, Məhəmməd peyğəmbərə qarşı təhqir kimi səslənir. İkincisi, İslamda fotoya icazə verilmir. Orda isə bir neçə aktyor Məhəmməd rolunu ifa edir... Film çoxlu dillərə dublyaj edilib və yəqin ki, bütün dünyaya yayılacaq. Bu çox pisdir. Çünki film İranın puluyla çəkildiyi üçün, İran da islam respublikası olduğuna görə bir çox insanlar filmi qəbuledilən sayır."

Nuri deyir ki, akademiyanın 5 nəfərlik nümayəndə heyəti şikayət üçün Mumbaydakı İran konsulluğuna getsə də, heç kim onları qəbul etməyib.

İslamda peyğəmbərin şəkli qadağan olunduğundan Məcidi peyğəmbərin üzünü filmdə göstərməyib.

Amma buna baxmayaraq Film İrandan kənarda mübahisələrə səbəb olub.

Misirdəki Al-Azhar məsçidi ilə bağlı olan İslam Tədqiqat Akademiyası da filmi pisləyib, həmçinin Səudiyyə Ərəbistanın baş müftisi filmə qarşı çıxıb.

Amma filmi qismən maliyyələşdirən İran hökuməti onu bəyənib.

56 yaşlı Məcidi “Cənnətin işığı” (1999) və “Səmanın uşaqları” (1997) kimi tanınmış filmlərin müəllifidir.

Bu filmlər ən yaxşı xarici film kateqoriyasına görə Oskar mükafatına təqdim olunublar.

XS
SM
MD
LG