Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:59

Deputatlar 'Nardaran işi' barədə nə düşünür?


Nardaran məhbusları (illüstrasiya)
Nardaran məhbusları (illüstrasiya)

“Nardaran işi” məhkəməsində ortaya çıxan təbii sual: DİN qurama əməliyyat aparıb, yoxsa həbs edilənlər işgəncə adıyla özlərinin mücahid obrazını yaratmaq istəyirlər?

Bir neçə aydır sürən “Nardaran işi” məhkəməsində işgəncələrdən söz açan xeyli məlumat dilə gətirilib. Bu da diqqət çəkir ki, işgəncəyə uğradığını söyləyənlər təkcə təqsirləndirilənlər deyil, həm də şahidlərdir.

Məsələn, “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov məhkəmədə deyib: “Nə qədər yuyurdular, qan dayanmırdı. Üç gün təcili yardım gəldi, o müddətdə mənə dəymədilər, qorxurdular ki, ölərəm. Üç gün sonra Milli Şura məsələsi başladı, əvvəlcə xoşluqla danışdılar, razı olmadığımı görüb, keçdilər pozğun, şərəfsizcəsinə işgəncələrə. Şəxsən bunun (Şahlar Cəfərovu nəzərdə tutur - red.) özünə dedim ki, “mənim kişiliyim siz dediyiniz üsulla yox, yalandan kiminsə üzünə dursam, əldən gedər”.

Maraqlıdır ki, təqsirləndirilən və ya şahidlərin işgəncə barədə söylədikləri diqqətdən kənarda qalır. Bu yazı “Nədir bunun səbəbi” sualına cavab axtarışıdır.

Buna da bax:​ 'Nardaran işi': 'Hakimiyyət daxilində də müxtəlif klanlar var'

Hikmət Məmmədov: 'Məhkəmə prosesi başa çatmamış hansısa mərhələdə nəyisə şərh etmək doğru deyil'
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

Deputatlar polisin işgəncə verməsinə inanmırlar

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, YAP-çı deputat Hikmət Məmmədov çox əminliklə bildirir ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının işgəncə verməsi barədə deyilənlərə inanmır, ancaq məhkəmə bitmədiyindən, şərh də vermək istəmir: “Məhkəmə prosesi başa çatmamış hansısa mərhələdə nəyisə şərh etmək doğru deyil, hüquqi proseslərə də ziddir. Ona görə şərh vermirəm. Məhkəmə başa çatsın, danışarıq”.

Başqa bir YAP-çı deputat Elman Məmmədov da polisin işgəncə verməsini həqiqətdən uzaq sayır və məhkəmənin Nardaran işinə görə saxlananlarla bağlı “ədalətli qərar” çıxaracağına inanır: “Cəza günaha, elədiyi cinayətə görə verilir insanlara. İşgəncə ilə bağlı məndə məlumat yoxdur. İndi orda çox şey deyə bilərlər. Deyirlər, desinlər, amma məndə o haqda məlumat yoxdur”.

Elman Məmmədov: 'İşgəncə ilə bağlı məndə məlumat yoxdur'
Gözlə

No media source currently available

0:00 0:00:26 0:00
Direct-ə keçid

Ombudsman Aparatı yayınır

Ombudsman Aparatı sualı konkret cavablamır. Mətbuat xidməti “işgəncələrlə bağlı qaynar xəttə” yönləndirir. Ordan da bu suala onların deyil, mətbuat xidmətinin cavab verməli olduğunu bildirirlər. Amma bunu da əlavə edirlər ki, işgəncə ehtimalları ilə bağlı ombudsmana müraciət etdikdə dərhal reaksiya verilir:

“Ombudsmanın fəaliyyəti bu kimi halların qarşısını almaq yönündə preventiv (önləyici – red.) tədbirlər görməkdir. Araşdırmaq prokurorluğun səlahiyyətindədir”.

Buna da bax:​ 'Nardaran şahidləri' işgəncələrə məruz qaldığını deyir

Deputat Zahid Oruc işgəncə haqda fikirlərlə Nardaran əməliyyatında həbs edilənlərin “mücahid, qurban obrazının yaradıldığına” əmindir. Düzdür, deputat istintaq dövründə kiməsə “qanunsuz davranış” sərgilənməsi ehtimalını istisna etmir və hətta gərəkirsə, araşdırma komissiyası yaradılmasını da mümkün sayır. Onun fikrincə, bununla da “sanki 1937-ci ilin repressiyası baş verirmiş kimi yaradılan mənzərə ortalıqdan qaldırıla bilər”.

Zahid Oruc: 'Sanki 1937-ci ilin repressiyası baş verirmiş kimi yaradılan mənzərə ortalıqdan qaldırıla bilər'
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

“Başqa siyasi maraqlardan xəbər verir”

Zahid Orucun sözlərinə görə, “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırov və digər təqsirləndirilənlər bilərəkdən işgəncə üzərində dayanırlar:

“Taleh Bağırov dini fanatizm yaratmağın yollarına bələddir, sosial psixologiya ilə işləməyi, beyinləri zəbt etməyin nə formada həyata keçirilməli olduğu qaydalarını pis mənimsəməyib. Çox yaxşı bilir ki, medianın təsir gücü hara qədərdir, tərəfdarları necə toplamaq olar, özlərinin mücahid obrazını necə yaratmaq mümkündür. Bu cəhətdən baxanda, onun qaldırdığı məsələlərin doğru olduğuna inana bilmərəm. Hiss olunur ki, qurban obrazını yaratmaq yönündə ciddi addımlar atılmaqdadır. Taleh Bağırovun özünü qurban rolunda, hətta az qala Səudiyyə Ərəbistanında edama məruz qalan şiə mücahidi obrazında aparması başqa siyasi maraqlardan xəbər verir. Bu da peşəkar şəkildə cəmiyyətin instinktinə, rəyinə işləyir. Bunu görməmək mümkün deyil”.

“İşgəncələrlə bağlı ölçü götürülərsə...”

“Nardaran işi” məhkəməsini yaxından izləyən, bəzi iclaslara da qatılan hüquq müdafiəçisi Oqtay Gülaliyevin fikrincə, “Nardaran işi”ndə işgəncəylə bağlı deyilənlərə təkcə hüquq-mühafizə orqanları deyil, Ombudsman Aparatı, parlament, Azərbaycandakı beynəlxalq qurumlar da reaksiya verməlidirlər. Onun qənaətincə, “bu cür ciddi işgəncə faktları ortalığa çıxırsa” məhkəmə dayandırılmalı, məsələ yenidən araşdırılmalıdır.

Buna da bax:​ Nardaran işi: Peşəkar futbolçular da dindirilib...

Hüquq müdafiəçisi qanunvericiliyin zorakılıq və işgəncə yoluyla ifadə almağa imkan vermədiyini və bu kimi hallarda araşdırma aparılmalı olduğunu vurğulayır:

Oqtay Gülaliyev: 'Kütləvi həbs, kütləvi qanun pozuntusu, kütləvi işgəncə baxımından Nardaran işi öndə gedir'
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid

“Təbii ki, işgəncə altında ifadə almaq anormallıq və qanunsuzluqdur. Ciddi pozuntudur”.

Nardaranda baş verənləri araşdıran və ən azı, 87 nəfərin həbs olunduğunu söyləyən Oqtay Gülalıyevə görə, son illər “kütləvi həbs, kütləvi qanun pozuntusu, kütləvi işgəncə baxımından Nardaran işi öndə gedir”.

Onun fikrincə, istintaq altında olanlardan “işgəncə yolu ilə ifadə alan şəxslər” haqqında ciddi ölçü götürülməməsinin izahı çox sadədir: “Bu faktlar ortalığa çıxarsa və həmin şəxslər barəsində ölçü götürülərsə, artıq bu, həmin cinayət işinin qondarma olduğunu, bu işi aparanların ciddi qanun pozuntularına yol verdiklərini aşkara çıxaracaq. Nardaran işi öncədən planlaşdırılmış oyundur və məhkəmədə oturanlar da siyasi oyunların qurbanlarıdır”.

Buna da bax:​ 'Nardaran işi'nin hakimi: 'Ona Şrek deməsin, o da onun atasını söyməsin'

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları qurama sayır, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG