Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Əmək qəhrəmanı institutu bərpa edilir


Saatlı pambıqçısı, 09okt2016
Saatlı pambıqçısı, 09okt2016

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsi noyabrın 15-də keçirilən iclasında “Əmək” ordenini ilə bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklikləri müzakirə edib.

“Turan” Agentliyinin xəbərinə görə, komitənin rəhbəri Əli Hüseynli deyib ki, əmək qabaqcıllarının xidmətini qiymətləndirməkdən ötrü Azərbaycan prezidentinin təşəbbüsü dəstəklənməlidir.

Buna da bax:​ 'Əmək' ordeni də olacaq

Birinci dərəcəli “Əmək” ordeni qızıldan hazırlanacaq. İkinci dərəcə gümüşdən, üçüncü bürüncdən olacaq. Onlarda aypara və ulduz təsvir ediləcək.

Komitə sənədi Milli Məclisin plenar iclasına tövsiyə edib.

Əmək qəhrəmanı institutu sovetdən qalma hesab olunur.

SSRİ dövründə əməkdə fərqlənənlərə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilirdi.

Həmin adın verilməsi ilə bağlı əsasnaməni SSRİ Ali Soveti Rəyasət Heyəti 1938-ci ildə qəbul edib. Ona qədər SSRİ-də Əmək Qəhrəmanı adı verilirdi.

Buna da bax: Naxçıvanın əmək qəhrəmanları

Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilk dəfə 1939-cu ildə İosif Stalinə verilib.

Sonuncu əmək qəhrəmanı isə Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenovadır.

Azərbaycanda da bir çoxları Sosialist Əməyi Qəhrəmanı olub. Belə adlar Azərbaycanda əsasən pambıqçılara, neftçilərə və üzümçülərə verilirdi.

XS
SM
MD
LG