Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Beynəlxalq qurumlar gənclərə hökmü qınayır


Bayram Məmmədova 10 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Bayram Məmmədova 10 il həbs cəzası verildi

Beynəlxalq insan haqları təşkilatları «Human Rights Watch» və «Amnesty International» heykəl məsələsinə görə tutulmuş gənclərə hökmü pisləyir. Dünən – dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi gənc fəal Bayram Məmmədova 10 illik həbs cəzası kəsib. «Amnesty International» məhkəmənin qərarını «tənqidi boğmağa yönəlmiş abırsız cəhd» adlandırıb.

«SAYQISIZLIQ QƏRARI»

«Amnesty International» Qiyas İbrahimov kimi B.Məmmədovun da heykələ yazdıqları sözlərə görə tutulduğunu, narkotiklərlə bağlı ittihamları üzərinə götürməsi üçün işgəncələrə məruz qaldığını vurğulayır. Cəzanın son dərəcə ağır olduğunu, digər dinc fəallara da zərbə vurduğunu yazır: «Azərbaycan hökuməti yenə də söz azadlığına sayqısızlığını, həqiqəti tapdalamağa çalışanların tənqidçilərini susdurmaqda qərarlı olduğunu nümayiş etdirir».

«Human Rights Watch» da gənclərə ittihamların saxta olduğunu, Azərbaycan hüquq-mühafizə orqanlarının siyasi fəalların qorxudulması və həbsi üçün narkotik üsulundan tez-tez yararlandığını yazır.

Buna da bax-Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi [son söz və reaksiyalar]

Təşkilat Q.İbrahimovun da, B.Məmmədovun da narkotik maddə ittihamını işgəncələr ucbatından «etiraf» etdiklərini vurğulayır. Gənclərin döyüldüyünü, şalvarlarını çıxarmağa məcbur edildiyini, zorlanmaqla hədələndiyini bir daha qeyd edir.

Hər iki təşkilat Azərbaycan hökumətini gənclərin işgəncələrə məruz qalması məsələsini təcili araşdırmağa, özlərini isə azad etməyə çağırır.

KAMPANİYA

Bayram Məmmədov və NİDA Gənclər Hərəkatının digər üzvü Qiyas İbrahimov may ayında keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» sözlərini yazandan sonra həbs olunublar. Onların ikisinə də narkotiklərlə bağlı ittihamlar irəli sürülərək, hərəsinə 10 il həbs cəzası verilib.

B.Məmmədov və Q.İbrahimovun adı «Amnesty International»ın 2016 il «Haqlar uğrunda yaz kampaniyası»na düşüb.

«Amnesty International»ın bəyanatında Azərbaycanda vətəndaş cəmiyyəti və siyasi fəalların ciddi basqı altında, mətbuatınsa dövlət nəzarətində olduğu, müstəqil jurnalistlərin, insan haqları qurumları üzvlərinin davamlı təqiblərə məruz qaldığı, hədə-qorxu və zorakılıqla üzləşdiyi qeyd edilir.

Bu bəyanatlara hakimiyyət təmsilçilərindən, hələlik, reaksiya gəlməyib. Amma ənənəvi olaraq, rəsmilər, hakim partiya təmsilçiləri insan haqları pozuntularıyla bağlı beynəlxalq qurumların tənqidlərini rədd edir, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir, məhkəmələrin ədalətli qərarlar çıxardığını söyləyirlər.

XS
SM
MD
LG