Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:45

'Azərbaycan artıq yetişib'


"Qanun" nəşriyyatında axtarış zamanı. 12.06.2016
"Qanun" nəşriyyatında axtarış zamanı. 12.06.2016

ABŞ Konqresi ötən həftə “Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanunu”nu (Global Magnitsky Human Rights Accountability Act) qəbul edib.

Bu qanun Amerika prezidentinə insan haqlarını pozmuş və ya korrupsiyaya bulaşmış xarici rəsmilərə viza qadağası qoymaq və onların ABŞ-dakı aktivlərini dondurmaq səlahiyyəti verir.

Buna da bax:​ Azərbaycanın öz 'Maqnitski siyahısı' olacaq? [video]

“Azərbaycan artıq yetişib”

Mehman Əliyev
Mehman Əliyev

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu qanunun Azərbaycana şamil edilə biləcəyini düşünür: “Bu, realdır. Dəyişiklik baş verməsə, bu cür addım atılacaq. Azərbaycan artıq bunun üçün yetişib. Avropa İnsan Haqları Məhkəməsinin, Avropa Şurası Nazirlər Komitəsinin qərarlarına, ABŞ Dövlət Departamentinin, Avropa Birliyinin davamlı tənqidlərinə, çağırışlarına baxsaq, buna zəmin olduğunu görərik. Bu qərarın tətbiq olunması üçün ən layiqli namizəd elə Azərbaycandır”.

Mehman Əliyev Azərbaycan rəsmilərinin görünüşdə qərara etinasız yanaşdıqlarını, əslində, daxilən təlaş keçirdiyini bildirir.

Buna da bax: ABŞ “xarici despot və korrupsiyaçılara qənim qanunu” qəbul etdi

O, “ABŞ-ın yeni prezidenti Donald Trump bu qanunun tətbiqində maraqlı olacaqmı” sualını da cavablayıb:

Mehman Əliyev: 'Bu, realdır. Dəyişiklik baş verməsə, bu cür addım atılacaq'
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00
Direct-ə keçid

“Trump-ın müxtəlif ölkələrdə əlaqələri var və o da anlayır ki, ona kömək üçün üz tutanlar olacaq. Bu səbəbdəbn bəyan etdi ki, Konqresdə, Dövlət Departamentində lobbiçilik fəaliyyətinin, özəlliklə xarici ölkə lobbiçiliyinin dayandırılmasıyla bağlı qanun qəbul etdirəcək. Bunu ona mümkün müraciətlərdən özünü sığortalamaq üçün deyir və bundan sonra Amerika prezidenti kimi davranacağını bildirir. ABŞ prezidenti dövlətin və qeyri-hökumət institutlarının hazırladığı strategiya və sənədlər əsasında fəaliyyət göstərir. O, sənədlərə, strategiyalara baxanda Azərbaycanın durumu elə də yaxşı görünmür”.

Buna da bax:​ Korrupsionerlərə qarşı çağırışlar artır

Mehman Əliyev Azərbaycan hakimiyyətinin sığortalanmaq üçün önləyici tədbirlər görəcəyini düşünür və artıq milli iqtisadiyyatla bağlı yol xəritəsi elanını da bir mesaj sayır. Amma bununla belə, Azərbaycan hakimiyyətinin Donald Trump-ın yanvardakı inaqurasiyadan sonra elan edəcəyi proqramı, ilk 100 gündə atacağı addımları və mövqeyini gözləyəcəyini də sözlərinə artırır: “Hər şey də bu proqramdan aslı olacaq”.

Deputat: “Qlobal Maqnitski Aktı”Azərbaycana niyə tətbiq olunsun ki?”

Rövşən Rzayev
Rövşən Rzayev

Deputat Rövşən Rzayev sözügedən sənədə ilk reaksiyasında onun Azərbaycana tətbiqini birmənalı mümkünsüz sayır: “Xeyr! Azərbaycana nə olub ki? “Qlobal Maqnitski Aktı” Azərbaycana niyə təbiq olunmalıdıir ki? Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Bütün işləri də bu istiqamətdə qurub. Bizim nə problemimiz var? Bütün dövlətlərdə olduğu kimi, bizdə də müəyyən problemlər, çətinliklər var. Amma mən düşünmürəm ki, belə hal baş versin”.

Buna da bax:​ McGovern «Azərbaycanda Demokratiya Aktı»nın həmmüəllifidir

Düzdür, ardınca deputat ilkin reaksiyasından bir qədər geri çəkilir: “Həyatda hər şey mümkündür. Amerika müstəqil dövlətdir, istədiyini də edə bilər. Amma Azərbaycana nə olub ki? ABŞ Azərbaycanla müttəfiq dövlətdir, Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir. Niyə görə o problem yaranmalıdır?”.

Rövşən Rzayev: 'Xeyr! Azərbaycana nə olub ki?'
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00
Direct-ə keçid

“Qlobal Maqnitsky Akt”ında söhbət insan haqlarını pozan və adı korrupsiyada hallanan məmurlara viza verilməməsindən və ya hesablarının dondurulmaısndan gedir. Azərbaycanda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir qrup keçmiş əməkdaşının işi ürə məhkəmə başlanıb. Bu məhkəmədə məmurların milyonlarla vəsaiti necə mənimsədiyi, illərlə “paket maaş” aldığı açıqca etiraf olunur. Deputat Rövşən Rzayev “Sizcə, bu korrupsiyanın sübutu deyilmi” sulaını belə cavablayır: “Azərbaycanda korrupsiya ilə ciddi mübarizə aparılır. Elə hallar baş verirsə, müəyyən addımlar atıla bilər. Burda qeyri-adi heç nə görmürəm”.

Buna da bax:​ ABŞ-ın sabiq səfiri: "Bu əfv itirilmiş imkandı"

Sözügedən “Akt” Azərbaycana tətbiq olunarsa, Rövşən Rzayevin ötən il Milli Məclisə təqdim etdiyi əks-sənəd - “Azərbaycan demokratiya aktı” layihəsi yenidən gündəmə gələ bilərmi? Rövşən Rzayev indi bu barədə danışmağın tez olduğunu deyir.

“Bu sənədin olmasına inanmıram”

Rafael Cəbrayılov
Rafael Cəbrayılov

Digər deputat Rəfael Cəbrayılov belə deyir. O bu sənədin orijinalını hələ görmədiyindən, onun həqiqliyinə şübhə edir. Ona görə öncə həmin sənədlə tanış olmaq istəyir. İşdir, həmin sənəd varsa, bunu “müsbət hal” saymır:

“Bunun arxasında ABŞ-ın siyasi səmimiyyəti dayansa, həmin sənədi alqışlayardım. Ancaq tarixə baxsaq, belə addımların arxasında korrupsiya ilə mübarizə dayandığını görmürük. Belə olsa, mən onu ikiəlli alqışlardım. Korrupsiya adı altında dünya jandarmı rolunu daha da gücləndirmək, dünya siyasətinə təsir etmək niyyəti varsa, mən bunu alqışlaya bilmərəm. XX əsrin ən böyük kəşfi insan haqlarının prioritetliyinin hamılıqla qəbul edilməsidir. Bu cür müqəddəs hüquqdan istifadə edərək başqa ölkələrə daxil olan dövlətlər, adətən, orada insan hüquqlarını, əmin-amanlığı, sabitliyi pozublar”.

Buna da bax:​ Ch.Smith: 'Azərbaycan öhdəliklərini pozur'

ABŞ Konqresinin “Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Qanunu” 2012-ci ildə qəbul edilmiş “Maqnitski İnsan Haqları Qanunu”nun təsir dairəsini qloballaşdırır.

Dörd il öncə qəbul edilən qanun yalnız Rusiya vətəndaşlarına şamil edilə bilərdi, ancaq bu il dekabrın 8-də qəbul edilmiş qanun hər bir ölkəyə şamil edilə bilər.

XS
SM
MD
LG