Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:29

Hicablı tələbə prezidenti necə pərt etdi...


Hicablı tələbə Almaniya prezidentinin əlini sıxmaqdan imtina edir.
Hicablı tələbə Almaniya prezidentinin əlini sıxmaqdan imtina edir.

Kansler Angela Merkelin burkanı qadağan etmək haqda çağırışından iki həftə sonra hicablı tələbə Almaniya prezidentinin əlini sıxmaqdan imtina edib.

Köln yaxınlığında yerləşən Theodor Heuss məktəbinin tələbəsi prezident Joachim Gauckun ona tərəf uzadılmış əlini havada qoyub. Tələbə qız əlini sinəsinə qoyub başını tərpətməklə prezidenti salamlayıb.

Pərt olmuş Gauck əlini geri çəkərək növbəti tələbəyə yaxınlaşıb.

Buna da bax:​ Müsəlman qızlar üzgüçülük dərsinə qatılmalı olacaq

Pis davranış kimi görünsə də…

Pis davranış kimi görünsə də, bir çox müsəlman əks cinsin nümayəndəsinin əlini sıxmağı islama zidd sayırlar.

Sözügedən məktəb miqrant uşaqlara alman dilini öyrədir və onların cəmiyyətlə inteqrasiyasına yardım etməyə çalışır. Prezidentin ziyarətinin məqsədi də məktəbin bu fəaliyyətini vurğulamaq idi.

İnsident kansler Angela Merkelin burkanı yasaqlamaqla bağlı çağırışından iki həftə sonraya təsadüf edir.

Buna da bax: Amazon ‘seksi burka’nı satışdan yığışdırdı

Xristian-Demokrat İttifaqının (CDU) üzvləri kanslerin burkaniqabı "mümkün olduqca" qadağan etmək barədə çağırışını gurultulu alqışlarla qarşılayıblar.

“Bizim qaydamız belədir: Üzünüzü göstərin”

Kansler deyib: “Bizim qaydamız belədir: Üzünüzü göstərin. O səbəbdən, hər yeri örtən geyim qəbulolunmazdır və qadağan edilməlidir”.

CDU məhkəmə və məktəblərdə, universitet və nəqliyyatda, polis yoxlamaları zamanı bütün bədəni örtən geyimi qadağan etmək niyyətindədir.

Buna da bax:​ Hollande: 'Fransanın islamla problemi var'

Merkel həmçinin miqrantların böyük axınının təkrarlanmasından yayınacağını da söyləyib

Ötən həftə Almaniya müdafiə naziri Ursula von-der-Leyer Səudiyyə Ərəbistanında vəliəhd şahzadənin müavini Mohammed bin Salman al Saud-la görüşü zamanı hicab geyməkdən imtina edib. Nazirin bu qərarını səudiyyəlilər isti qarşılamayıblar. Onlar öz qəzəblərini “Twitter”də dilə gətiriblər.

Buna da bax:​ Fransa naziri burkini qadağası barədə

“Geyimi seçmək kişi və qadınların bərabər hüququdur”

Tvitlərdən birində deyilir: "Almaniya müdafiə nazirinin Səudiyyədə hicab geyməməsi qəsdlidir. Bu, Səudiyyə Ərəbistanına təhqirdir".

Bir İran qəzetinin yazdığına görə, Von der Leyen belə deyib: “Mənim nümayəndə heyətimdə heç bir qadından əba geymək tələb edilməyəcək, çünki geyimi seçmək kişi və qadınların bərabər hüququdur”.

XS
SM
MD
LG