Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

Yenə tikinti, yenə narazılıq


Traktor
Traktor

«Adam ağına-bozuna baxmır, harada gözünə boş yer dəydisə, qamarlayıb tikinti sahəsinə qatır».

Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə başlanan hündürmərtəbəli bina tikintisi burada yaşayan sakinləri dilə gətirib.

Sakinlər AzadlıqRadiosuna göndərdikləri məktubda yazırlar ki, bir işadamı məhəllələrarası yolun üstündə bina tikməyə başlayandan onsuz da darısqal məkana gediş-gəliş məhdudlaşıb.

«PUL VERMİŞƏM, İŞİMİ GÖRÜRƏM»

Yazırlar ki, Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin inzibatı binası, Kooperasiya Universiteti, 69 saylı uşaq bağçası, Təhsil Nazirliyinin bir idarəsi – hamısı bu ərazidə yerləşir. Onsuz da sıxlıq olan əraziyə bir də hündürmərtəbəli bina «yerləşdirilir».

Məhəllə sakini Məhərrəm Aslanov AzadlıqRadiosuna danışır ki, tikinti aparan şirkət ərazidə azı 50 ağac kəsib. Buna görə Nərimanov rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Ancaq qurumların heç biri əraziyə gələrək baxış keçirməyib və müraciətləri araşdırmayıb. Bu, işadamını bir az da ruhlandırıb: «Deyir, «hara gedirsiz gedin, pul vermişəm, işimi görürəm». Yaşıllığı məhv edib, yolu daraldıb. Bizə məxsus 500 kvadratmetrlik qaraj yerini də özəlləşdirib. 800 kvadratmetrlik ərazidə hündür bina tikir. Qonşuluqdakı binanın pəncərələri birbaşa binaya açılır».

Nərimanov rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan hündürmərtəbəli tikiliyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı var. Tikintini aparan işadamının bütün sənədləri qaydasındadır. Bununla belə, sakinlər narazıdırlarsa, konstitusion hüquqlarından yararlanıb məhkəməyə müraciət edə bilərlər.

XS
SM
MD
LG