Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

"Bu görüşlərə qatılmaq vaxt itkisidir"


arxiv fotosu
arxiv fotosu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçiləri yanvarın 12-dən 14-ə kimi Azərbaycanda olacaqlar. AŞPA-nin mətbuat xidmətinin yaydığı məlumata görə deputatlar Stefan Şennak (Avstriya) və Sezar Florin Predanın (Rumıniya) Azərbaycana səfərində əsas məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir. AŞPA məruzəçiləri bu məqsədlə Azərbaycanda rəsmi şəxslərlə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, hüquq müdafiəçiləri ilə bir sıra görüşlər keçirəcəklər.

Hüquq mudafiəçiləri, vətəndaş cəmiyyəti fəalları görüşlərdən və səfərin nəticələrindən nə gözləyirlər?

Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov AŞPA məruzəçilərinin monitorinqlərini dırnaqarası monitorinq adlandırır. Akif Qurbanov bunu məruzəçilərin bu vaxta qədər etdikləri səfərlərin nəticələri və səfər sonrası verdiyi bəyanatları ilə əsaslandırır.

Akif Qurbanov yenə də məruzəçilərin obyektiv olacağına inanmadığını deyir. Onun sözlərinə görə, bu səbəbdən bu dəfəki görüşdən imtina etməli olub. Akif Qurbanov bu görüşlərə qatılmağı vaxt itkisi hesab etdiyini bildirir.

Akif Qurbanov: "Məruzəçilərin obyektivliyinə inam yoxdur"
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Direct-ə keçid

Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, əvvəlcədən nəsə söyləmək çətin olsa da təcrübə göstərir ki, nəticəsiz heç nə qalmır.

Onun sözlərinə görə, burda məlumatını dəlillərlə əsaslandırmaq böyük önəm kəsb edir. Arzu Abdullayeva ümid edir ki, belə görüşlər nəticəsiz qalmayacaq.

Arzu Abdullayeva:"heç nə nəticəsiz qalmır"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00
Direct-ə keçid

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin fikrincə, bu dəfə məruzəçilər hesabatla çıxış edəcəklər. Onun sözlərinə görə bu baxımdan bu səfər böyük əhəmiyyətə malikdir.

Anar Məmmədli deyir ki, onun bu görüşlə bağlı böyük gözləntisi yoxdur. O bildirir ki, Azərbaycanla bağlı hazırlanan hesabatlar adətən Azərbaycan hakimiyyətinin maraqlarını müdafiə edən qüvvələrin müqaviməti ilə üzləşir.

Anar Məmmədli: "Azərbaycanla bağlı hesabatlar müqavimətlə qarşılanır"
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Direct-ə keçid

XS
SM
MD
LG