Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:52

Avropa İttifaqının təmsilçisi Bakıda Əfqan Muxtarlının məsələsini müzakirə edəcək


 Johannes Hahn
Johannes Hahn

Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn Tbilisini azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı çox ciddi araşdırma aparmağa çağırıb. İyunun 12-də Brüsseldə keçirilən mətbuat konfransında o bildirib ki, jurnalistin oğurlanması ilə Gürcüstanda araşdırma başlandığını bilir. Amma Johannes Hahn təkcə bu xəbəri deyil, araşdırmanın nəticələrini gözlədiyini qeyd edir:

“Yeri gəlmişkən, bu həftə sonu Bakıya səfər edəcəyəm və bu məsləni orada da qaldıracam.”

Əfqan Muxtarlının məhkəməsi təxirə salındı
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Mühacir jurnalist Ə. Muxtarlı mayın 29-u yaşadığı Tbilisdən müəmmalı şəkildə Azərbaycana gətirilib.

O, hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda suçlanır. Bildirilir ki, sərhədi keçərkən üzərindən 10 min manat pul tapılıb.


Bakıda rəsmi qurumlar iddia edir ki, Əfqan Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Əfqan Muxtarlı üç ilə yaxındır Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Əfqan Muxtarlı həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

XS
SM
MD
LG