Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

Azər Mehtiyev: "Bu bahalanma SOCAR-ın durumunu düzəltməyəcək"


Benzinin bahalaşmasından kim qazanır?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Azərbaycanda yanacağın qiymətinin artması bahalaşma gözləntisi yaradıb. İqtisadçı Azər Mehtiyev hesab edir ki, bu artım da SOCAR-ı düşdüyü durumdan çıxara bilməyəcək. Bu qərardan öncə 2017-ci ilin büdcə dəyişiklərində istehsal etdiyi qazı maya dəyərindən aşağı satdığı üçün SOCAR-a əlavə 250 milyon manat subsidiya ayrılmışdı.

Bakı sakini Azad Abdullayev 25 ildir taksi sürür. Deyir ki, hələ benzinin 70 qəpik olduğu vaxt evinə bir təhər çörək pulu apara bilirdi. Tarif şurasının son qərarından sonra isə ya taksidə gediş haqqını artırmalıdır, ya da evinə çörək pulu aparmamalı:

“Girdik benzindoldurma məntəqəsinə şoka düşdük. 90 qəpiyə də benzin olar. Onsuz da evə bir çörək pulu apara bilirdik. İndi necə olacaq bilmirəm. Planlı maşın işlədirəm, günü 10 manat. Heç bu 10 manatı çıxara bilmərik. Səhərdən axşamacan cəmi 7 manat olur”.

İyulun 14-də axşam saatlarında Tarif Şurası benzinin qiymətinin artırılması haqda qərar elan edib. Bu qərarla bir litr Aİ 92 benzinin qiyməti 70 qəpikdən 90 qəpiyə qaldırıldı.

Tarif Şurası bu addımı ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi istəyi ilə izah edib.

Tarif Şurası bu addımı ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək standartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi istəyi ilə izah edib.

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadçı Azər Mehtiyevsə düşünür ki, benzinin keyfiyyəti artırılandan sonra qiymətlər dəyişdirilsəydi, yenə qərarı anlamaq olardı. İndiki halda isə bunun bir izahı var. SOCAR-ı düşdüyü durumu qismən yaxşılaşdırmaq:

“Çünki SOCAR hökumətin böyük neft gəlirləri əldə etdiyi vaxt böyük borc altına girib. Hətta ötən il SOCAR ölkə daxilində də dollarla istiqrazlar buraxdı. Bununla da dollar öhdəliyi bir qədər da artmış oldu. Bu il ərzində SOCAR-ın ödəməli olduğu borclar yüksək səviyyədə olması hökuməti bir tərəfdən büdcədən subsidiyalar ayırmağa, digər yandan benzinin qiymətini artırmağa məcbur edir. Amma hesab edirəm ki, bunların SOCAR-ın vəziyyətini düzəldə bilməyəcək və yeni yardımlara ehtiyac olacaq”.

Azər Mehtiyev ehtimal edir ki, gələcəkdə Neft Fondundan da SOCAR-a vəsait ayrıla bilər.

"Standard & Poor`s" beynəlxalq reytinq agentliyi SOCAR-ın "BB" səviyyəsində olan uzunmüddətli korporativ kredit reytinqini "CreditWatch Negative" siyahısına salıb. Bu açıqlama Tarif Şurasının qərarı ilə günə təsadüf edir. Agentlik qeyd edir ki, SOCAR-ın 2016-cı il üzrə nəticələri gözləniləndən zəif olub,qısa müddətli borclar yüksək olub,

Agentlik həmçinin, hökumətin SOCAR-a verə biləcəyi dəstəyi "fövqəladə yüksək" səviyyədə qiymətləndirir.

Bəs, SOCAR-ın Aİ 92 markalı beznini 20 qəpiyə satışından nə qədər əlavə gəliri ola bilər? SOCAR-dan borc öhdəlikləri və şirkətin maliyyə durumu haqda suallara cavab ala bilmədik.

Mətbuat xidməti, eləcə də adiyyatı digər departamentlərdən gün ərzində telefonun dəstəyini qaldıran olmadı.

SOCAR Tarif Şurasına müraciətində qiymət artımını həm də neft emalı sənayesində yenidənqurma işlərinin zəruriliyi, manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması ilə əsaslandırıb.

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, sizcə, Azərbaycanda benzinin qiyməti niyə bahalanır?

Bakı sakinləri benzinin bahalaşmasına izah tapmağa çalışırlar...
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

Azərbaycanda qiymət artımı səbəblərindən biri həm də inhisarla əsaslandırılır. Elə iqtisadçı, keçmiş millət vəkili Nazim Bəydəmirli də AzadlıqRadiosuna müsahibəsində bu məqama diqqət çəkib, bildirib ki, SOCAR-ı ayaqda saxlamaqdansa xaricdən benzin almaq daha sərfəlidir:

“Rusiya şirkətləri Aİ 95 benzinin 1 tonunu qonşumuz İrana 440 dollara satır. İranda bu markalı benzinin istehsalı olmadığından bizim kimi kənardan alır. Bu benzin bizə yəqin 20 dollar ucuzuna, yəni maksimum 420 dollara gətirilə bilər, o da 0.31 dollar olur”.

Tarif Şurası isə öz qərarında qeyd edib ki, bu dəyişiklikdən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litrə görə, Gürcüstanda 0,86, Rusiyada 0,61, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dollardır.

Buna da bax: Sürücülər benzinin bahalaşmasından gileylənir, ekspert də...

İqtisadçı Rövşən Ağayevsə öz facebook hesabında qeyd edir ki, əsas məsələ odur ki, adı çəkilən ölkələrdə orta aylıq əmək haqqı Azərbaycandakından azı 2 dəfə daha yüksəkdir.

Deputat Fazil Mustafa isə hesab edir ki, Tarif Şurasının bu qərarı daxili bazarı qorumağa yönəlib və qərarın əsas mahiyyəti budur.

Amma iqtisadçı Qubad İbadoğlu qeyd edir ki, bu artımın ardınca, nəqliyyat eləcə də istehlak mallarının da qiymətini bahalaşa bilər.

XS
SM
MD
LG