Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:11

'İnformasiya agentliyinə küçə baqqalına girən kimi girmək...' - Media icmalı


"Bu, "Turan"a qarşı siyası basqıdır"
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

"Bu, "Turan"a qarşı siyası basqıdır"

Ölkədə sahibkarlığın inkişafı, böhrandan çıxış yolları və «Turan» İnformasiya Agentliyinə cinayət işi açılıb onun maliyyə sənədlərinin müsadirə edilməsi bu gün (17 avqust 2017-ci il) medianın aparıcı mövzularındandır...

«SİYASİ BASQININ HÜQUQİ KAMUFLYAJI»

Azadliq.info saytında ««Turan»a hücum ölkəni daha çox zülmətə qərq etmək cəhdidir» sərlövhəli yazı dərc edilib.

Yazıda hüquqşünas Ələsgər Məmmədlinin düşüncələrinə yer verilib. Hüquqşünas «Turan» İnformasiya Agentliyinə cinayət işçi açılması və Vergilər Nazirliyinin əməkdaşlarının bütün maliyyə sənədlərini müsadirə etməsini dəyərləndirib.

Ə.Məmmədli baş verənləri «siyasi basqının hüquqi kamuflyajı» adlandırır. Hüquqşünas vurğulayıb ki, Vergilər Nazirliyindən avqustun 8-da məktub gəlib. Məktubda maliyyə sənədləri istənilib. Qanunla nazirliyə iki həftə ərzində cavab verilməlidir. Ə.Məmmədli bildirib ki, nazirlik bu vaxtı gözləmədən agentliyə gələrək bütün sənədləri müsadirə edib:

«Müstəqil Azərbaycanın ilk informasiya agentliyinə küçə baqqalına girən kimi girib jurnalistika fəaliyyətini iflic etmələri ciddi qanun pozuntusudur. Bunlar dərk etmirlər ki, ya da dərk etmək istəmirlər ki, jurnalistlərin fəaliyyətini yalnız qanunla və legitim məqsədlərlə məhdudlaşdırmaq olar. Sənəd götürməyə gələnlər çəkilişi məhdudlaşdıra bilməz. Jurnalistin mənbəyinin gizliliyinə müdaxilə edib onun kompüterlərinə girə bilməz».

Ə.Məmmədli hesab edir ki, «Turan» agentliyinə məhdudiyyət siyasi sifarişlə verildiyinə görə onların bütün hüquqdan kənar fəaliyyətləri toxunulmazlıq zirehi ilə qorunacaq:

«Siyasi sifarişlər sabah məhkəmələrdə də qanunsuz hərəkətlərin tanınması və aradan qaldırılması üçün müraciət edənlərə qarşı yeni qərarlar üçün stimul olacaq. Belə olmasa, həmin məhkəmələr daha bir həftə öncə Vergilər Nazirliyini məhkəməyə verən «Turan»ın şikayətinə baxmadan onun ofisində axtarış aparmaq istəyən Vergilər Nazirliyinin istəyini müticəsinə qərara çevirməzdilər».

İnkişaf. Karikatura
İnkişaf. Karikatura

BÖHRANDAN ÇIXIŞ – İSLAHATLAR

«Exo» qəzetində «Azərbaycanın böhrandan çıxış yolu-tammiqyaslı islahatlar» sərlövhəli məqalə oxumaq olar.

Yazıda rəsmi statistik göstəricilərə əsasən, ölkəyə yatırılan investisiyanın azalması ekspert Fuad Əlizadə ilə müzakirə edilir:

«Əvvəl dövlət vəsaitləri şübhəli layihələrin də reallaşmasına sərf olunurdu. İndi isə vəsaitlərə qənaət olunur. Odur ki, hazırda vəsaitlər sosial xərclərdən əlavə, yalnız «Cənub Qaz Dəhlizi» və «Bakı-Tbilisi-Qars» kimi layihələrə sərf edilir».

Ekspert vurğulayıb ki, iqtisadiyyatın qalan sahələrinin inkişafı özəl sektorun üzərinə qoyulub.

F.Əlizadə hesab edir ki, iqtisadiyyatın inkişaf etməsinin vacib şərtlərindən biri investisiya cəlb olunmasıdır:

«Nə qədər ki, ölkədə tammiqyaslı islahatlar keçirilməyib, xarici şirkətlərin Azərbaycan bazarına investisiya qoyacağı real görünmür. İslahatlar isə ölkənin qanunvericilik bazasından tutmuş, hazırda parçalanmış şəkildə qalan torpaq sahələrinə kimi bütün sahələri əhatə etməlidir».

Ekspert vurğulayıb ki, 2014-cü ildə neftin qiyməti ucuzlaşanda Azərbaycan iqtisadiyyatında mənfi meyllər özünü göstərməyə başlayıb. Manat kəskin və «üzən» formada bir neçə dəfə devalvasiya yaşayıb.

Ekspert xatırladıb ki, Azərbaycanda kəskin böhran dövründə 13 bank bağlanıb.

F.Əlizadə deyib ki, hökumət bütün bu neqativləri aradan qaldırmaq istəyir. Ölkədə biznes qurulması sadələşdirilir, qeyri-neft sahəsi inkişaf etdirilir:

«Amma bu, yetərli deyil. Ölkəni böhrandan ancaq tammiqyaslı, səmərəli islahatlar çıxara bilər».

Biznes
Biznes

SAHİBKARLIĞIN İNKİŞAF DÖVRÜ

«Azərbaycan» qəzetində isə «Azərbaycanda ənənələrə söykənən sahibkarlıq bu gün daha sürətlə inkişaf edir» sərlövhəli məqalə yer alıb.

Müəllif yazır ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malikdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində bu fəaliyyət növü Azərbaycanda sürətli inkişaf dövrü keçib.

Yazıda xatırladılır ki, 70 illik sovet dönəmində sahibkarlığa son qoyulub. Yalnız ölkə müstəqilliyini bərpa etdikdən sonra yenidən sahibkarlıq formalaşmağa başlayıb.

Müəllif vurğulayır ki, Azərbaycanda sahibkarlığın yenidən formalaşmasında keçmiş prezident Heydər Əliyevin müstəsna xidmətləri olub:

«Ulu öndərin rəhbərliyi ilə aparılmış məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər sayəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu. Sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində əsaslı dönüş isə 1996-cı ildən yaradıldı».

Yazıda bildirilir ki, hazırkı prezident İlham Əliyev də hakimiyyətdə olduğu bu 14 ildə sahibkarlığa dəstək siyasətini davam etdirib.

Yazıda Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezidentin çıxışından sitat da gətirilir:

«Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilib. Ümumiyyətlə, bütövlükdə son illər güzəştli şərtlərlə 2 milyard manat kredit ayrılıb. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub».

XS
SM
MD
LG