Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:23

'Rabitəçilər işi': Cəzalar yüngülləşdirildi, milyonlar özlərinə qaytarıldı [siyahı]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Aparat rəhbəri olmuş Vidadi Zeynalov və “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovun cəzaları xeyli yüngülləşdirilməklə yanaşı, onların milyonlarla dəyəri olan əmlakları da ailələrinə qaytarılıb.

Bu məsələ Bakı Apellyasiya Məhkəməsinin onlar haqqında qərarında öz əksini tapıb.

Məhkəmə V.Zeynalovun cəzasını 13 ildən 4 ilə, Beytulla Hüseynovun cəzasını isə 7 il 6 aya endirməkdən əlavə, həm də o nəticəyə gəlib ki, 2009-cu ilə qədər əldə olunmuş əmlakların üzərinə qoyulmuş həbs götürülməlidir.

Buna da bax: Eldar Mahmudovun qohumunun cəzası iki dəfə azaldıldı

V.Zeynalovun özü və ailə üzvləri, bacıları və başqa yaxınlarının adlarına olan 67 əmlakın üzərinə həbs qoyulmuşdu. Bunlar əsasən, İsmayıllı, Qəbələ, Lənkəran, Şamaxı rayonlarının müxtəlif kəndlərində hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahələri və evlər, Bakının mərkəzi rayonlarında mənzillər, ətraf qəsəbələrdə baş evləri və qeyri-yaşayış obyektləridir. Həbsdəki məmurun özü və yaxınlarının adına olan, üzərinə həbs qoyulmuş əmlaklar istintaq dövründə ümumilikdə 43 milyon 489 min 537 manat dəyərləndirilib.

50-YƏ QƏDƏR ƏMLAKIN ÜZƏRİNDƏ HƏBS VARDI

Buna da bax: 'Rabitəçilər işi': 'Mən qazandıqlarımı tək yesəydim...'

V.Zeynalov məhkəmədə etiraz edirdi. Deyirdi ki, vaxtilə valideynlərindən qalmış, yaxınlarının öz hesablarına aldıqları əmlakların da üzərinə həbs qoyublar. Etirazlara baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi əmlakların çoxunun müsadirəsinə qərar vermişdi.

Bakı Apellyasiya Məhkəməsi isə “Rabitəçilər işi” üzrə məhkum olunan keçmiş məmurların 2009-2015-ci illərdə törədilmiş cinayətlərdə, o cümlədən həmin dövrdə dövlətin milyonlarla manat vəsaitinin mənimsənilməsi ilə bağlı məqama istinad ediblər. Hesab ediblər ki, ona görə də 2009-cu ilə qədər əldə olunan əmlaklar müsadirə oluna bilməz. Ona görə də həmin əmlakların üzərindən həbsin götürülməsi haqda qərar verilib.

Buna da bax:​ Vidadi Zeynalov dövlətə 7 milyon 330 min 536 manat ödəyib

V.Zeynalovla yanaşı, B.Hüseynov və qohumlarının adlarına olan 50-yə qədər əmlakın da üzərində həbs vardı.

Adları çəkilən sabiq məmurlar nazirliyin strukturuna daxil olan qurumlarda təmir-tikinti, avadanlıqların alınması adı altında, qiymətləri 4-5 dəfə artıq göstərib büdcədən ayrılan milyonlarla manatı mənimsəməkdə, tenderlərdə yaxın adamlarının adına yaradılmış, amma özlərinin himayəsi altında olan şirkətləri qalib etməkdə, saxta sənədlərin hazırlanmasında təqsirli bilinirlər. “Rabitəçilər işi” üzrə dövlətə vurulmuş ümumi ziyan 153 milyon hesablanıb.

Birinci instansiya məhkəməsində işə baxılarkən V.Zeynalov 7, B.Hüseynov isə 10 milyon manat ödəyib.

Buna da bax: Nazir: ‘Oğurluq, soyğunçuluq və quldurluqların açılma faizi yaxşılaşıb’

Əmlakın siyahısı:

1- Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 138 və 140 saylı qeyri-yaşayış sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 14 milyon 445 min

2- Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min

3- Xətai rayonu, Telnov küçəsi, ev 24, mənzil 38- (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 125 min

4- Nobel prospekti, məhəllə 1212, ev 15, mənzil 260- (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 500 min

5- Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-33 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 148 min

6- Yasamal rayonu, 533 məhəllə, Qutqaşınlı küçəsi, blok 2, 3-cü mərtəbə, mənzil-34 (Kərimov Fuad Hüsü oğlu) - dəyəri 128 min

7- Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 44 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 157 min

8- Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 45 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 138 min

9- Yasamal rayonu, 533 məhəllə, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 85, mənzil 46 (Nuriyev Bəxtiyar Çingiz oğlu) - dəyəri 120 min

10- Yasamal rayonu, M.Fətəli küçəsi, 107 saylı ünvanda yerləşən ümumi sahəsi 40.5 kv m olan mənzil (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 60 min

11- Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Malik-Aslanov küçəsi, 5C saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 2 milyon 45 min

12- Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 13C, mənzil 143 (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 110 min

13- Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə, ev 25 (Zeynallı Zeynal Vidadi oğlu) - dəyəri 620 min

14- Qaradağ rayonu, Şanqar qəsəbəsi ünvanında yerləşən 15 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 135 min 400 manat

15- Səngəçal qəsəbəsi, Əsas küçə, ev 29 ünvanında 0,0472 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi - dəyəri 1 milyon 500 min

16- Səbail rayonu, M.Mənsur küçəsi, ev 39, mənzil 13, 14, 15 - dəyəri 300 min

17- İstiqlaliyyət küçəsi, ev, mənzil 28 (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 92 min

18- Səbail rayonu, Telman Bağırov küçəsi, ev 6, 4, 10, 2/6 mənzillər (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 349 min

19- Səbail rayonu, M.Mənsur küçəsi, M.Mənsur küçəsi, ev 59, mənzil 10 (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 51 min

20- Xətai rayonu, Xocalı prospekti, ev 24, mənzil 40- (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 82 min

21- Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, 110 saylı ünvanda yerləşən mənzil (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 6 milyon 944 min

22- Nərimanov rayonu, Akademik M.Qaşqay küçəsi, ev 11, 3a, mənzil 5,6, 6A, 7, 8 və ümumi sahələri 43,6 kv m, 61 kv m olan mənzillər, (Zeynallı Pərviz Vidadi oğlu)

23- Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 129b (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 900 min

24- Nərimanov rayonu, H.Əliyev prospekti, ev 68, mənzil 33, (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 215 min

25- Nərimanov rayonu, F.X.Xoyski prospekti, 132 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 310 min

26- Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 10, mənzil 10 (Cəfərovov (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri baxılmayıb

27- Nəsimi rayonu, Abbas Səhət küçəsi, ev 5A (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 1 milyon 100 min

28- Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 2A, mənzil 98 (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 52 min

29- Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi, ev 10B (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 1 milyon 100 min

30- Nəsimi rayonu, Puşkin küçəsi, 16 saylı ünvanda yerləşən qeyri-yaşayış binası (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 550 min manat

31- Nəsimi rayonu, 28 May küçəsi, 54 saylı evin 17, 17a, 19, 15 saylı mənzilləri və 14 saylı mənzilinin bir hissəsi (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 250 min

32- Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 31, mənzil 2 (Seyidova (Zeynalova) Əminə Zeynal qızı) - dəyəri 510 min

33- Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 400 min

34- Suraxanı rayonu, Hövsan qəsəbəsinin Şimal-qərbində yerləşən 0,02 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - 3 min

35- Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Cəfər Rəmzi küçəsi, ev 48a, 48b (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 223 min

36- Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33-ün (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 95 min

37- Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı 6 sot torpaq sahəsinin (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 1 milyon 344 min

Bunlardan əlavə Vidadi Zeynalovun nazirliyə məxsus torpaq sahələrini də özəlləşdirdiyi də məlum olub. Məhkəmənin qərarı ilə həmin daşınmaz əmlakların üzərinə də həbs qoyulub.

38- Xəzər rayonu, Dübəndi bağ sahəsi, RYTN-in b/y-nin 4-cü Şimal küçəsi, 32F saylı bağ sahəsində 0,2782 ha torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu - dəyəri 95 min

39- Xəzər rayonu, Türkan qəsəbəsi, RYTN-in “Poçt Daşınma Mərkəzi” bağçılıq yoldaşlığının 16 saylı bağ sahəsi (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 19 min 700 manat

40- Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Aslanov küçəsi, ev 8-in (Cəfərova (Zeynalova) Kəmalə Zeynal qızı) - dəyəri 180 min

Vidadi Zeynalovun bir çox rayonlardakı əmlaklarına da həbs qoyulub:

41- Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 111 min 500 manat)

42- Qəbələ rayonu, Bum kəndində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 144 min

43- Qəbələ rayonu, Bum kəndində 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 54 min

44- Qəbələ rayonu, Bum kəndində 0,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu) - dəyəri 66 min manat

45- Qəbələ rayonu, Bum kəndində 0,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı (Zeynalov) Zeynal Vidadi oğlu - dəyəri 115 min

46- Qəbələ rayonu, Qəmərvan kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (Zeynalov Pərviz Vidadi oğlu) - dəyəri 72 min manat

47- Yevlax rayonu, Kövər kəndində yerləşən 0,33 ha torpaq sahəsi (Zeynalova Şura Məhəmməd qızı) - dəyəri 34 min 600 manat

48- Yevlax rayonu, Kövər kəndində yerləşən (ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyət hüququ) 3,6494 ha torpaq sahəsi (Zeynalov Vahid Zeynal oğlu) - dəyəri 4 min 100 manat

49- Yevlax rayonu, Kövər kəndində yerləşən 0,26 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 34 min 900 manat

50- Yevlax rayonu, Kövər kəndində yerləşən 3,0741 ha torpaq sahəsi (Məmmədova Adilə Zeynal qızı) - dəyəri 3 min 500 manat

51- İsmayıllı rayonunda 1,5632 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 17 min 110 manat

52- İsmayıllı rayonu, Tircan kəndində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 177 min 222 manat

53- İsmayıllı rayonu, Tircan kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 32 min 417 manat

54- İsmayıllı rayonu, Tircan kəndində 0,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 57 min 673 manat

55- İsmayıllı rayonu, Tircan kəndində 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 18 min 876 manat

56- İsmayıllı rayonu, Tircan kəndində 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 95 min 695 manat

57- İsmayıllı rayonu, Tircan kəndində 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 19 min 965 manat

58- İsmayıllı rayonu, Tircan kəndində 2,01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynallı Pərviz Vidadi oğlu) - dəyəri 22 min 63 manat

59- Lənkəran rayonu, Sağlaküçə kəndində 4,2282 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 57 min 293 manat

60- Lənkəran rayonu, Sağlaküçə kəndində 3,9185 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 53 min 96 manat

61- Lənkəran rayonu, Sağlaküçə kəndində 0,3222 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 142 min 842 manat

62- Lənkəran rayonu, Sağlaküçə kəndində 0,0662 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 28 min 349 manat

63- Lənkəran rayonu, Sağlaküçə kəndində 0,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu - dəyəri 376 min 77 manat

64- Lənkəran rayonu, Sağlaküçə kəndində 1,4247 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 21 min 877 manat

65- Sabirabad rayonu, Cavad kəndində 13,5 ha torpaq sahəsi (Zeynalov Zeynal Vidadi oğlu) - dəyəri 27 min manat

66- Şamaxı rayonu, Məlhəm kəndində əmək kompleksi kimi müəssisə (Zeynalova Lalə Vidadi qızı) - dəyəri 1 milyon 927 min manat

67- Şamaxı rayonu, Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsi (Zeynalova Natəvan Hüsü qızı) - dəyəri 24 min

XS
SM
MD
LG