Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:37

Çində müsəlman uşaqları ailələrindən ayırırlar


Çində bağça, arxiv fotosu
Çində bağça, arxiv fotosu

Çinin qərbindəki Sincan vilayətində müsəlman uşaqları ailələrindən, inanc və dilindən qəsdən ayrı salırlar. BBC News yeni araşdırmanın bu faktları üzə çıxardığını yazır. Radionun əməkdaşı John Sudworth yazır ki, yüzminlərlə yetkin yaşlılar nəhəng düşərgələrdə saxlandığı bir məqamda sürətlə, ölkənin hər yerində internat məktəbləri ucaldılır.

BBC açıq sənədlər, onlarla ailə ilə müsahibələr əsasında regionda uşaqların başına nə gəldiyini öyrənməyə çalışıb.

Təkcə bir məntəqədə 400-dən çox uşaq...

Təkcə bir yaşayış məntəqəsində 400-dən çox uşaq valideynlərindən birini itirib, onlar ya düşərgədə saxlanır, ya da həbsxanada.

Müəllif yazır ki, Sincanda yetkin yaşlıların kimliyini dəyişdirmək cəhdləri ilə yanaşı uşaqların öz köklərindən ayrı salınmasını hədəfləyən paralel kampaniya aparılır.

Çindəki düşərgədən qaçmış Omer Bekali Berlində mətbuat konfransında
Çindəki düşərgədən qaçmış Omer Bekali Berlində mətbuat konfransında

Sincanda sərt nəzarət və müşahidə sistemi hökm sürür, xarici jurnalistlər də günün 24 saatı izlənir. Ancaq jurnalist burada öyrənə bilmədiklərini Türkiyədə aşkarlayıb.

İstanbulda onlarla adam növbəyə duraraq ona öz hekayətlərini danışıb, övladlarının fotolarını göstərib, onların Sincanda qaldığını deyib.

“Onlara kimin baxdığını bilmirəm, yerli-dibli əlaqə yoxdur”, – üç qızının şəklini göstərən ana deyib.

Üç oğlu və bir qızının fotosunu göstərən ana isə göz yaşlarını silir, “eşitmişəm ki, onları yetimxanaya aparıblar”, söyləyir.

BBC müxbiri 60 müsahibə alıb, valideynlərdən, qohumlardan Sincanda 100-dən çox uşağın yoxa çıxdığını eşidib.

Və bu ailələrin hamısı Sincanın ən böyük müsəlman etnik qrupu olan uyğurları təmsil edir. Bu qrup dil, inanc baxımından Türkiyəyə bağlıdır, minlərlə uyğur Türkiyəyə oxumağa, iş dalınca gedir. Bəzən də Çinin doğuma qoyduğu məhdudiyyətdən, artan dini repressiyasından qaçırlar.

Sincanda məscid
Sincanda məscid

Telefonla danışmaq təhlükəlidir

Son üç ildə isə Çində yüzminlərlə uyğur və digər azlıqlar nəhəng düşərgələrə yerləşdirilir. Çin hakimiyyəti bunları “könüllü təlim mərkəzləri” adlandırır, zorakı dini ekstremizmlə mübarizə aparıldığını bildirir. BBC müxbiri həmin düşərgələrdən birinə aparılan bir neçə jurnalistin içində olub. O, çoxlarının düşərgələrə inancını ifadə etdiyinə – namaz qıldığına, yaxud hicab taxdığına, bəziləri isə Türkiyə kimi yerlərdə əlaqələri olduğuna yerləşdirildiyini yazır.

Bu uyğurların geri qayıtması həbsə atılmaq deməkdir. Telefon əlaqəsi də kəsilib, Sincandakı qohumlarla telefonla danışmaq onlar üçün çox təhlükəli ola bilər.

Bir kişi Sincanda qalmış həyat yoldaşının saxlandığını deyib. O, səkkiz övladından bəzilərinin dövlətin himayəsinə keçirilməsindən narahatdır.

“Məncə, onları uşaq təhsil düşərgələrinə aparıblar”, – o vurğulayıb.

BBC-nin sifarişilə aparılmış araşdırma isə Sincanda məktəblərin görünməmiş miqyasda genişləndirildiyini, yeni yataqxanalar tikildiyini üzə çıxarıb. Görünür, dövlət böyüklər üçün saxlanma düşərgələri tikərkən uşaqlara gecə-gündüz baxılmasını da genişləndirir.

Təkcə 2017-ci ildə Sincanda bağçalara qoyulan uşaqların sayı yarım milyondan çox artıb. Hökumətin statistikasına görə, bu artımın 90 faizindən çoxu uyğur və digər müsəlman azlığından olan uşaqların payına düşür.

XS
SM
MD
LG