Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:39

Pashinian dövlət sistemindən narazılıq edir


Nikol Pashinian hökumətin iclasında
Nikol Pashinian hökumətin iclasında

Dövlət sistemi bütünlükdə inqilaba müqavimət göstərir. Bunu dünən – dekabrın 12-də hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Pashinian deyib.

“Mən isə bu müqaviməti qıracağam, başqa yolu yoxdur”, – o, sözlərinə əlavə edib.

Dövlət qurumlarından “normal informasiya” almaq

Bu gün Ermənistanın iqtisadi potensialı, iqtisadi artımı, ölkədəki mövcud iqtisadi vəziyyətlə bağlı “normal informasiya” almaq mümkündürmü? Hökumət başçısı bu suala cavabında “Bu, mümkün deyil” cavabını verib.

“Məsələn, mənə gərəkən informasiyanı ala bilmirəm. Dövlət orqanlarının iqtisadi durumumuz, iqtisadiyyatımızın potensialı, iqtisadi artımımız barədə bir-birinə az, ya çox yaxın dəyərləndirməsini əldə etmək mümkündürmü? Büdcənin müzakirəsindən başlayaq və nə edə biləcəyimiz barədə müzakirəylə bitirək. Biz niyə belə işləyirik, axı? Ona görə ki, işləməyin bircə işlək metodu var – siyasi vurğuları qoymaq və dövlət sistemini məsələlərin həllinə sövq etmək”, – baş nazir deyib.

Pashinian-ın sözlərinə görə, dövlət idarəçilik sisteminin müqavimətinə baxmayaraq, bütün iqtisadi göstəricilər, “ümumiyyətlə hər şey” həyata keçirilir.

“Bunu birbaşa, Ermənistan Respublikasının baş naziri kimi deyirəm: bu günkü bütün uğurlar və nailiyyətlərimiz 100% dövlət idarəçilik sisteminin ziddinə əldə olunmuş nəticələrdir”, – o vurğulayıb.

Korrupsiya ilə mübarizəyə müqavimət

“Bağışlayın, inciməyin, Ermənistanda korrupsiya ilə mübarizə də dövlət idarəçilik sisteminin ziddinə həyata keçirilir. Çünki zaman-zaman hüquq-mühafizə sistemindən soruşmalı oluruq: bununla, onunla bağlı nə baş vermişdi? Həmişə də bəhanə tapılır: tibbi-məhkəmə ekspertizası, kimsə ifadə vermir, kimsə qaçıb, kimsə qaçmayıb, kimsə qaçmaq istəyir”, – hökumətin başçısı vurğulayıb.

“Gəlin vurğulayaq ki, dövlət sistemi bütünlükdə inqilaba müqavimət göstərir, bəli, bütün sistem müqavimət göstərir və mən bu müqaviməti qıracağam, başqa yolu yoxdur. Buna görə də Ermənistan xalqı şəxsən mənə və siyasi qüvvəmizə səs verib ki. bu ölkədə dəyişikliklər baş versin”, – Pashinian deyib.

Pashinian 2018-ci il mayın 8-də baş nazir seçilib. Ölkədə bir neçə həftə davam edən etirazlar nəticəsində keçmiş prezident Serzh Sarkisian baş nazir postundan getməli olub. Bu yaxınlarda Sarkisian-a qarşı bir milyon dollardan çox vəsaiti mənimsəmə üzrə cinayət ittihamı irəli sürülüb.

XS
SM
MD
LG