Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Moskvadakı metrostansiyadan ‘Praqa’ adını götürməyi təklif edirlər


Konevin heykəlinin götürülməsi
Konevin heykəlinin götürülməsi

Rusiya hökumətinin bir qurumu Moskvada Çexiya paytaxtı Praqanın şərəfinə adlandırılmış metrostansiyanın adını dəyişməyi təklif edib. Hazırda iki ölkə arasında diplomatik savaş gedir.

Bu təklifdən öncə Praqada 2-ci Dünya Müharibəsi dövrü marşalının qalmaqallı heykəli götürülmüşdü.

Rusiyanın İstintaq Komitəsi aprelin 10-da Çexiya respublikasına qarşı cinayət işi açmaqla hədələyib. Amma Moskvanın bu Mərkəzi Avropa ölkəsində hüquqi yurisdiksiyası yoxdur.

Praqa bələdiyyəsi apreldə sovet marşalı Ivan Konev-in heykəlini götürüb. Konev 1945-ci ildə Praqaya daxil olan Qırmızı Ordu əsgərlərinə rəhbərlik etmişdi. O zaman müqavimət qüvvələri şəhəri artıq nasistlərdən azad etmişdi.

Rusiya mediasının aprelin 16-da verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şura “Prajskaya” metrostansiyasının adını “Marşal Konev” qoymağı təklif edib.

Şura bu təklifin Konevin Praqadakı heykəlinin götürülməsinə cavab olduğunu bildirib.

Nazirdən dəstək istəyiblər

Şura Müdafiə naziri Sergei Shoigu-ya məktub yollayaraq təklifə dəstək istəyib, nazirliyin “Zvezda” telekanalı xəbər verir.

Çexiyanın Xarici İşlər Nazirliyi Moskvanı onun daxili işlərinə müdaxilədə ittiham edib.

1980-ci ildə kommunist Çexoslovakiyası dövründə ucaldılmış heykəl uzun müddət qalmaqala səbəb olub, 1989-cu ildə kommunizmin dağılmasından sonra dəfələrlə vandalizmə məruz qalıb.

Konev həm də 1956-cı ildə Macarıstandakı üsyanı yatırdan Berlin divarının ucaldılmasına kömək edən sovet qoşunlarına komandanlıq edib. Bəzi tarixçilərin fikrincə, o, 1968-ci ildə Çexoslavakiyaya sovet işğalının planlaşdırılmasında iştirak edib. Marşal 1973-cü ildə vəfat edib.

Çexiya rəsmiləri Konevin heykəlinin başqa yerdə ucaldılacağını deyirlər. Onların sözlərinə görə, heykəlin yerində Konevin əsgərləri gələnədək paytaxtı azad etmiş milli müqavimət döyüşçülərinə abidə ucaldılacaq.

Moskva heykəlin götürülməsinə qətiyyətlə qarşı çıxırdı. Shoigu aprelin 9-da çexiyalı həmkarı Lubomir Metnar-dan heykəli Rusiyaya verməyi xahiş edib. Metnar isə heykəlin Praqaya məxsus olduğunu deyərək imtina edib.

Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrini “tarixi yenidən yazmaqda”, nasist Almaniyasının məğlubiyyətində Sovet İttifaqının rolunu guya azaltmaqda ittiham edib. Mərkəzi Avropa ölkələri isə deyirlər ki, Putin sovet diktatoru Joseph Stalinin cinayətlərinin miqyasını, müharibədən sonra regiona sovet işğalının fəsadlarını kiçildir.

XS
SM
MD
LG