Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:25

Türkmənistan karantin məntəqələrini təcili ört-basdır edir?


Gurbanguly Berdymukhammedov
Gurbanguly Berdymukhammedov

Türkmənistanın hakimiyyət orqanları koronavirusa yoluxduğu güman edilən yüzlərlə insanı təcili qaydada karantin mərkəzlərindən çıxarır.

AzadlıqRadiosunun Türkmən xidməti bildirir ki, bu, Dünya Səhiyyə Təşkilatı (DST) ekspertlərinin ölkəyə gözlənilən səfəri ilə bağlı ola bilər.

Prezident Gurbanguly Berdymukhammedov ölkədə koronavirusa yoluxmaların olduğunu indiyədək qətiyyətlə inkar edir.

Türkmən xidmətinin aprelin 28-də verdiyi xəbərə görə Türkmənabat şəhərinin kənarındakı karantin sahəsindən 400 nəfər təcili olaraq rayon xəstəxanalarına və hətta ruhi xəstəliklər klinikasına köçürülür.

Bundan əvvəl bəzi media xəbərlərində deyilirdi ki, Türkmənistan iqtidarı ölkədə koronavirus yoluxmalarının olması faktını DST-dən gizlətməyə çalışır. DST ekspertləri bu ölkəyə gələn həftə gəlməlidirlər.

Türkmənistanda indiyədək rəsmi qaydada COVID-19-a bir yoluxma da qeydə alınmayıb, lakin ekspertlər elə qonşu İranda epidemiyanın tüğyan etdiyi bir vaxtda bunun həqiqətdə də belə olmasına inanmırlar.

Koronavirusu “boynuna almamaq” siyasəti

Hökumət həkimlərə koronavirus barədə danışmağı və maska taxmağı qadağan edib. Adi vətəndaşları qlobal pandemiya barədə söhbətlərə görə həbs edə bilərlər.

Buna baxmayaraq hakimiyyət orqanları ölkə boyunca üç karantin məntəqəsi yaradıb və bunlar rəsmən “infeksiya mərkəzləri” adlanır.

Mərkəzi Asiyada daha bir ölkə - Tacikistan da koronavirusu “boynuna almamaq” siyasəti yürüdür.

DST-nin bu ölkədəki nümayəndəsi bildirib ki, Tacikistanda COVID-19-a heç bir yoluxma qeydə alınmasa da ölkə epidemiya ilə bağlı “ən pis ssenariyə” hazır olmalıdır.

Galina Perfilyeva AzadlıqRadiosuna deyib ki, Taciksitanda indiyədək koronavirusa yoluxma qeydə alınmayıb, lakin son nümunələr analiz edilmək üçün London laboratoriyasına göndərilib.

O bundan əvvəl ölkədə virusun qeydə alınmadığına dair hökumətin mövqeyini dəstəklədiyinə görə ciddi tənqidlərlə üzləşmişdi.

Xanım Perfilyeva deyib ki, DST ekspertlər qrupu Tacikistana may ayında səfər edəcək.

XS
SM
MD
LG