Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

"Əlbəttə, vəzifələrə qohumları, yaxınları təyin edəndə…"


Yeni icra başçıları rayonlarda nəyi dəyişir?
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Yeni icra başçıları rayonlarda nəyi dəyişir?

Dünən, avqustun 20-də Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirdiyi deyilir. Məlumatlara görə, həbs edilənlər var.

Amma bununla bağlı, hələlik, hər hansı rəsmi açıqlama verilməyib. Bundan əvvəl Ağstafa, Biləsuvar, Neftçala və İmişli rayon icra hakimiyyətlərində də oxşar əməliyyatlar keçirildiyi açıqlanmışdı. Həmin rayonların başçıları və digər vəzifəli şəxslər həbs olunublar. Onlara vəzifədən su-istifadə və mənimsəmə ilə bağlı ittihamlar irəli sürülüb.

Bu əməliyyatlar, bir qayda olaraq, ölkədə korrupsiya ilə mübarizə kimi təqdim edilir. Bəs ölkədə korrupsiya ilə sistemli mübarizə varmı?

"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Turan" agentliyinə deyib ki, korrupsiya ilə mübarizə iki üsulla həyata keçirilir:

"Korrupsiyaya şərait yaradan hallar aradan qaldırılır"

"Birinci, korrupsiyaya şərait yaradan hallar aradan qaldırılır, bura struktur islahatları və müvafiq qanunvericiliyə dəyişikliklər daxildir. İkinci, cinayət və inzibati təqib işlərinin həyata keçirilməsidir".

Ə.Nuriyev
Ə.Nuriyev

Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyatın keçirilməsi ilə bağlı deyilənlərə gəlincə, Ə.Nuriyev qeyd edib ki, ortada korrupsiya əməli və bunu törədənlər var, onların dairəsi müəyyənləşdirilib: "İstintaq hərəkətləri nəticəsində sübutlar da toplanacaq. Qarşıda yəqin məhkəməyə müraciət olunacaq, ardınca istintaq hərəkətləri gerçəkləşəcək".

Ə.Nuriyevin sözlərinə görə, korrupsiya ilə mübarizədə strategiyalar müxtəlif olur:

"Ən yaxşı üsul…"

"Mülayim, korrupsiyaya şərait yaradan hallar aradan qaldırılır. İkincisi müharibə strategiyasıdır, bütün korrupsionerlərin istisnasız olaraq cəzalandırılmasıdır. Ən yaxşı üsul bunların birləşdirilməsidir. Önləyici üsullar həyata keçirilir, struktur və institusional dəyişikliklər gerçəkləşdirilir, paralel olaraq korrupsiyaya yol verənlər cəzalandırılır. Əgər korrupsiya əməli törədilibsə, şəxslər məsuliyyətə cəlb olunurlar".

"Sxemlər də oxşardır - başçı, müavinlər və idarə müdirləri"

Son addımların vəziyyətə təsirinin olub-olmamasına gəlincə, Ə.Nuriyev bildirib ki, artıq aparılan əməliyyat tədbirlərinin təsiri görünməkdədir: "Bir sabiq icra başçısı olmaqla, altı icra başçısı həbs edilib. Sxemlər də oxşardır - başçı, müavinlər və idarə müdirləri. Bu, klassik korrupsiya sxemi sayıla bilər. Həbslərdən sonra yeni icra başçılarının fərqli idarəetmə üsuluna keçdikləri görünür. Əlbəttə, onlar sabit idarəetmə forması almayıb, amma əhaliylə təmaslar sezilir, yerlərdə vəziyyəti öyrənir, satınalmalar və başqa məsələlərdə şəffaflığa çalışırlar. Müəllimlər və həkimlərdən pul yığılması ya dayandırılıb, yaxud lokallaşıb. Son vaxtlar həbslər aşağılarda gedir, icra nümayəndələrini tuturlar. Amma bütün hallarda korrupsiyaya qarşı mübarizə kompleks xarakter daşımalıdır".

"Korrupsiyanın məhdudlaşdırılması vacibdir"

Ə.Nuriyevin fikrincə, sadəcə, korrupsionerlərin cəzalandırılması üsullardan biridir, onları çəkindirə bilər: "Korrupsiyanın məhdudlaşdırılması vacibdir, bu proses də gedir, ancaq genişləndirilməsinə ehtiyac var. Burda da dövlət orqanlarının, vətəndaş cəmiyyəti və medianın birgə əməkdaşlığı lazımdır".

N.Bəydəmirli
N.Bəydəmirli

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə bu həbslərin korrupsiyaya ilə mübarizə olduğunu düşünmür. O hesab edir ki, korrupsiya ilə kompleks mübarizə aparılmalı və bu, məmurların rüşvət almasını stimullaşdırmamalıdır.

"Vəzifələrə qohumları, yaxınları təyin edəndə, korrupsiya çiçəklənəcək…"

"Əlbəttə, vəzifələrə qohumları, yaxınları təyin edəndə, korrupsiya çiçəklənəcək. İctimai nəzarət və azad media olmalıdır, qeyri-hökumət təşkilatları (QHT) hökumətdən hər hansı qrant layihələri almamalıdır. İkinci, illərdir məmurların gəlir deklarasiyası haqqında fikirlər səslənir, amma gerçəkləşmir. Eyni zamanda, icra başçıları jurnalistləri toplayıb tədbir keçirməməli və onlara hədiyyə verməməlidir. Sadaladıqlarım olmadıqca, korrupsiyaya ilə ciddi mübarizədən danışmaq olmaz", - o, AzadlıqRadiosuna bildirib.

"Qanunverici orqanın son formalaşması da sübut etdi ki,…"

N.Bəydəmirli son həbsləri hakimiyyətdaxili mübarizənin, nüfuz savaşının təzahürü kimi qiymətləndirir: "Həbslər hakimiyyət daxilində mövqe döyüşləridir. Saxlanılanların avtobioqrafiyasına baxmaq yetərlidir ki, biləsən onlar bacarıqlarına və təmizliyinə görə icra başçısı təyin olunmayıblar. Bu adamlar hansısa məmura yaxınlığa görə irəli çəkiliblər. Qanunverici orqanın son formalaşması da sübut etdi ki, Azərbaycanda idarəetmədə ciddi irəliləyiş yoxdur".

Bu fikirlərə, hələlik, Kürdəmir Rayon İcra Hakimiyyəti və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG