Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:39

İsrail Azərbaycana bağlı şirkətlərə 155 milyon dollar köçürüb


Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Yad Vaşem memorialında, 12 sentyabr, 2017-ci il
Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Yad Vaşem memorialında, 12 sentyabr, 2017-ci il

İsrailin ən böyük aerokosmik və aviasiya şirkəti olan İsrail Aerokosmik Sənayesi (İAS) iki şirkətə azı 155 milyon dollar köçürüb

Bugünlərdə sızdırılmış bank məlumatları Azərbaycan hökuməti üçün çirkli pulyumada şübhəli bilinən iki şirkətə İsrailin dövlətə məxsus müdafiə sənayesi şirkəti tərəfindən milyonlarla dolların köçürüldüyünü də üzə çıxarıb. İsrailin “Haaretz” qəzeti yazır ki, bu transferlər Azərbaycanla 1.6 milyard dollarlıq silah sazişi imzalanandan bir neçə ay sonra həyata keçirilib.

İsrailin ən böyük aerokosmik və aviasiya şirkəti olan İsrail Aerokosmik Sənayesi (İAS) iki şirkətə azı 155 milyon dollar köçürüb. Bu şirkətlərin adları Azərbaycan hökuməti üçün irimiqyaslı çirkli pulyuma ilə əlaqələndirilir. Sızdırılan bank məlumatları 2012-2014-cü illərə aiddir. Qəzet bu ödənişlərin səbəbinin aydın olmadığını vurğulayır.

Eldar Mahmudovun oğlunun adı şübhəli bank əməliyyatlarında hallanır
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

1.6 milyard dollarlıq saziş imzalanandan sonra

Bank məlumatları ABŞ Xəzinədarlığının Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) tərəfindən sızdırılıb. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu isə bu məlumatları təhlil edərək müxtəlif faktları üzə çıxarıb.

Araşdırmaya görə, İAS öz tarixində ən böyük sazişlərdən sayılan 1.6 milyard dollarlıq sövdələşməni Azərbaycanla imzalayandan az sonra pul transferləri başlanıb. Sazişə bələd mənbənin deməsinə görə, bu məbləğə araçılara hər hansı ödəniş daxil deyildi.

İAS-dən bildiriblər ki, bu, bir hökumət şirkətidir və qanunlara ciddi şəkildə əməl edir: “Müdafiə şirkəti olaraq özünün biznes fəaliyyəti barəsində qanunla tələb olunmayan hallarda informasiyaya cavab vermir”.

Qəzet yazır ki, ödənişlər 12-dən artıq Şübhəli Fəaliyyət Hesabatında (SARs) üzə çıxır. Bu məlumatları “Deutsche Bank” FinCEN-ə təqdim edib. Bir məqam da qeyd olunmalıdır ki, SAR-ın təqdim olunması sənəddə adı keçən fərdin, yaxud şirkətin qanunsuz nəsə etməsi anlamına gəlmir. Bu tranzaksiyalar ümumi legitim biznes fəaliyyətinin də tərkib hissəsi ola bilərdi.

İki şirkət, eyni benefisiar

Ödəniş olunan şirkətlər “Jetfield Networks” və “Larkstone”dur. Məqalədə hər iki şirkətin benefisiarın 1961-ci il doğumlu azərbaycanlı Cavid Hüseynov olduğunu yazır. “Jetfield” 2009-cu ildə Yeni Zelandiyada yaradılıb, üç il sonra fəaliyyətini Marşal adalarına köçürüb. “Larkstone” isə Estoniyadan fəaliyyət göstərir.

“Jetfield” Marşal adalarına 2012-ci ilin fevralında köçüb, elə həmin vaxtlarda da İsraillə Azərbaycan nəhəng kontrakt imzalayıblar. Qəzet İsrailin Azərbaycandan neft, Azərbaycanın isə ondan silah, kənd təsərrüfatı avadanlığı aldığını yazır. “Azərbaycanda baş verən insan haqları pozuntuları bu münasibətlərə əngəl yaratmayıb”, – məqalədə deyilir.

“Jetfield”ə ödənişlər 2012-ci ilin iyununda başlanıb, 30 milyona yaxın vəsait köçürülüb, oktyabrda 6 milyon, sonrakı aylarda yenidən transferlər olunub. “Deutsche Bank” sənədlərində 2014-cü ilədək 116 milyondan artıq vəsaitin köçürüldüyü göstərilir. “Larkstone” isə həmin dövrdə 39 milyon dollar qəbul edib. “Deutsche Bank vəsait transferinin məqsədini müstəqil olaraq təsdiqlədə bilməyib”, – məlumatda vurğulanır.

“Laundromat”da adı keçən şirkətlər

Məqalədə daha sonra “Azərbaycan pulyuyan maşını” adlı araşdırma yada salınır. Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) Azərbaycanın hakim rejiminə bağlı şirkətlər vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş dörd şirkətə 2.5 milyard dolların köçürüldüyünü üzə çıxarmışdı. Həmin pulun bu yolla yuyulduğu iddia olunurdu. Bu pulun 109 milyon dollarının “Jetfield”, bir hissəsinin isə “Larkstone” vasitəsilə transfer olunduğu bildirilirdi. Həmin araşdırmaya görə, bu pul həm hökumət rəsmiləri üçün dəbdəbəli alış-verişə, həm də rüşvətə sərf olunub. Məsələn, 2 milyon avrodan artıq vəsait AŞPA üzvü Luca Volontenin bank hesabına köçürülüb. İtaliya polisinin gümanına görə, Volonte bu pul qarşılığında Avropa Şurasının Azərbaycanla bağlı mövqeyini yumşaltmağa boyun olub. 2015-ci ildə başlanan təhqiqat davam edir.

Bir daxili yazışmada, “Danske Bank” əməkdaşı Oksana Lindmets 2012-ci ilin yanvarında “Jetfield” təmsilçiləri ilə Bakıdakı görüşündən yazıb. Onun əsas müştəriləri Azərbaycanın Müdafiə, Kommunikasiya və başqa nazirliklərinə xidmətlərini təklif etmək istəyən beynəlxalq şirkətlərdir, Lindmets yazıb.

“Laundromat” araşdırması yayılanda Azərbaycan prezidentinin köməkçiləri bu araşdırmaları əsassız iddialar, hakimiyyətə qarşı qarayaxma adlandırıblar. O zaman prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov deyirdi ki, bu məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var.

XS
SM
MD
LG