Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

2020-nin ən yaxşı 10 filmi


"Beanpole" filmindən kadr
"Beanpole" filmindən kadr

2020-ci il kinoteatrların ölməsi, yaxud ən yaxşı halda qeyri-müəyyən müddətə bağlanması ilə yadda qaldı.

"Sandens" kinofestivalı bu il normal şəraitdə keçən sonuncu böyük kino tədbiri olub. Ondan az sonra pandemiya başlayıb. Li Ayzek Çunun "Minari" ailə dramı bu festivalda göstərilən filmlərdən biri idi.

"The Los Angeles Times" qəzeti ilin ən yaxşı 10 filminin siyahısını dərc edib.

1. "Vitalina Varela" / 2. "Time"

Portuqaliyalı kinorejissor Pedru Koştanın "Vitalina Varela" adlı son dərəcə kədərli filmində kabo-verdeli qadın onu illər əvvəl tərk etmiş ərinin dəfninə – Lissabonun yoxsul bir məhəlləsinə gəlir. Qarrett Bredlinin "Time" adlı emosional baxımdan ağır sənədli filmində isə luizianalı qadın on illərlə həbsdə yatan ərini azad etmək üçün yorulmadan çalışır. 2020-ci ilin çox az kino qəhrəmanı bu iki qaradərili qadın qədər güclü ola bilər. "Vitalina Varela"ya "Grasshopper Film", "Time"a isə "Amazon Prime Video" platformalarında baxmaq olar.

3. "Nomadland" / 4. "First Cow"

Siyahıda hər iki film "Amerika arzusuna rekviyem" adlandırılır. "Nomadland"də dul qadın tənhalıqdan qurtulmaqdan ötrü yad adamlara qoşulub köçəri həyata başlayır. "First Cow" filmində isə iki yoxsul səyahətçi birlikdə ev tikir və biznes qurur. İnək də onlara kömək edir.

"Nomadland" dekabrda bir həftəlik strim olunub, ancaq fevralda daha geniş auditoriyaya göstəriləcək. "First Cow"ya isə striminq platformalarında baxmaq olar.

5. "Martin Eden" / 6. "I'm Thinking of Ending Things"

Ədəbi əsərlərin bu iki cəsarətli və yaradıcı ekran adaptasiyası ideyalarla doludur. "Martin Eden"ə "Kino Marquee", "I'm Thinking of Ending Things" filminə isə "Netflix" platformasında baxmaq olar.

7. "City Hall" / 8. "Collective"

Hökumət bəzən işləyir, çox vaxtsa işləmir. 90-yaşlı ustad Frederik Uayzmanın bu sənədli filmi Boston şəhər hökumətinin işi haqdadır. "Collective" filmində isə Aleksandr Naneu rumın səhiyyə sisteminə qəzəbini ifadə edib. İnstitusional korrupsiya və jurnalist məharətini göstərən bu film yaşadığımız günlərdə çox yerinə düşür. "City Hall" hazırda bir çox virtual kinoteatrlarda, "Collective" isə striminq platformalarında göstərilir.

9. "Never Rarely Sometimes Always" / 10. "Beanpole"

Eliza Hittmanın "Never Rarely Sometimes Always" filmində iki pensilvaniyalı yeniyetmə Nyu-Yorka gəlir ki, onlardan biri abort etdirə bilsin. Kantemir Balaqovun "Beanpole" filmində isə uşağın ölümü müharibədən sonrakı Leninqradda çətinliklə yaşayan iki qadını dərindən yaralayır. Qadın dostluğunun gücü və kövrəkliyini incəliklə əks etdirən bu iki qış hekayəsini striminq platformalarında izləmək olar.

Bu siyahıdan əlavə, bu il çəkilmiş daha bir neçə maraqlı filmin adı çəkilir.

"The Assistant" / "The Invisible Man"

Bu filmlərin hər ikisi tükürpərdici trillerdir. Culiya Qarner və Elizabet Mossun məharətlə oynadığı qadın qəhrəmanlar kişi mənfi qəhrəmanların terrorundan qurtulmaq üçün həyəcan təbili çalır.

"I Was at Home, But…" / "Relic"

Həm Angela Şanelekin sirr dolu dramında, həm də Nalali Erika Ceymsin qorxu filmində qəhrəmanların içində böyüdüyü ev lənətlənmiş kədər və dərin, qurdlamış müəmma dünyasına dönür.

"Mank" / "Tesla"

Bu iki gözəl bioqrafik fantaziyanın hər birində iti zəka kreativliyi və dühanı istismar etmək üçün yaradılmış kommersiya sistemi ilə qarşı-qarşıya durur.

Bundan başqa siyahıda "The Nest" və "Tenet" filmlərinin adı çəkilir.

XS
SM
MD
LG