Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Pfizer vaksini 12-15 yaşlılara da vurulacaq


İllüstrativ foto
İllüstrativ foto

Pfizer-BioNTech çoxsaylı ölkələrdə 16 yaşlılara da vurulur. Kanada onu yaşı 12 və yuxarı olanlara da tətbiq edən ilk ölkə olub

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) COVID-19-a qarşı Pfizer-BioNTech vaksininin 12-15 yaşlılara vurulmasına fövqəladə icazə verib.

FDA Komissarı Canet Vudkok mayın 10-da baş verənləri “COVID-19 pandemiyası ilə mübarizədə vacib addım” adlandırıb.

“Bugünkü addım daha gənc əhalinin COVID-19-dan qorunmasına imkan verir, bizi normal həyata qayıtmağa, pandemiyaya son qoymağa yaxınlaşdırır”, – o, bəyanatında deyib.

İkidozalı vaksinin yaşı 16 və yuxarı olanlara vurulmasına artıq icazə verilib. ABŞ əhalisinin 57 faizindən çoxuna, yaxud 158 milyon nəfərə COVID-19 vaksininin azı bir dozasının vurulduğu bildirilir.

Qadınlar əmək bazarından çıxarılır

Uşaqlara və yeniyetmələrə vaksin vurulması şagirdlərin bu payız məktəbə qayıtması, üzbəüz fəaliyyətin genişləndirilməsi üçün vacib addım sayılır.

Bir çox ailələr gənc üzvlərinə peyvənd vurulmadığından hansı fəaliyyəti bərpa etməyə qərar verə bilmirdilər.

İqtisadçıların dəyərləndirməsinə görə, evdə uşağa baxmaq, distant təhsil pandemiya dövründə bəzi valideynlərə, özəlliklə qadınlara mənfi təsir göstərib, onları əmək bazarından çıxarıb.

ABŞ-da təsdiqlənmiş Moderna və Johnson & Johnson vaksinləri isə yalnız yaşı 18-dən yuxarı olanlara vurulur.

Pfizer-BioNTech çoxsaylı ölkələrdə 16 yaşlılara da vurulur. Kanada onu yaşı 12 və yuxarı olanlara da tətbiq edən ilk ölkə olub.

Pfizer-BioNTech Avropa Birliyində də yaşı 12-dən yuxarı olanlarda istifadəyə icazə istəyib.

XS
SM
MD
LG