Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:08

Qadağalar yumşaldıldı...


Açıq havada maska: zərurət, yoxsa absurd?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

Açıq havada maska: zərurət, yoxsa absurd?

Maska tələbi ləğv olunur

Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur.

Bu barədə bu gün, mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirilib.

Metro işə düşür

Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.

Rayon avtobusları bərpa olunur

Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.

İdman zalları açılır

İyunun 10-dan "Mall"ların və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir. Həmin vaxtdan idman sağlamlıq obyektlərindən istifadəyə və çimərliklərin fəaliyyətinə də icazə veriləcək.

Giriş COVID pasportu ilə olacaq

Azərbaycanda COVID pasportu tətbiq olunacaq. Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, iki doza vaksin vurulanlara vaksin sertifikatı veriləcək: "İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq".

Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb. Vaksinasiya pulsuz həyata keçirilir. Azərbaycanın Çinin "Sinovac" şirkətinə 9 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (4.5 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Ondan başqa, Azərbaycan az miqdarda başqa vaksinlərin də gətirildiyi açıqlanıb. İndiyə qədər əhalinin təqribən 10 faizinin peyvənd edildiyi vurğulanıb.

Xatırlatma

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı ötən il martın 24-dən karantindir. Bu müddət ərzində rejim gah sərtləşdirilib, gah da yumşaldılıb. Bakı metrosunun da fəaliyyəti oktyabrın 19 -dan dayandırılmışdı.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 332 min 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 867-nin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG