Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:57

Prezident Azərbaycanın Ermənistanla sülh danışıqlarına hazır olduğunu deyib


İlham Əliyev
İlham Əliyev

İyunun 2-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub:

"Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələləri müzakirə olundu."

Açıqlamaya görə, Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, demarkasiyası prosesinin, iki ölkə arasında etimad quruculuğu tədbirlərinin başlanmasına dəstək verməyə hazır olduğunu bildirib:

"Şarl Mişel hər iki tərəfi saxlanılan şəxslər, tam şəffaflıq şəraitində mina və digər humanitar məsələlər üzrə əməkdaşlıq etməyə çağırdı."

Ermənistan hələ cavab verməyib

Məlumata görə, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu qeyd edib, lakin Ermənistanın hələ də bu çağırışa cavab vermədiyini bildirib.

Qeyd edildiyinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də hər iki tərəfi konstruktiv mühitdə danışıqlar aparmağa çağırıb:

"Telefon söhbəti zamanı hər iki tərəf Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduqlarını bildirdi. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti vurğulandı və bu xüsusda qarşıdakı sammit ilə bağlı fikir mübadiləsi aparıldı".

Paşinyanın maşınına hücum edildi, Parisdə etiraz
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Azərbaycan Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının Avropa İttifaqı ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Gürcüstan, Moldova və Ukrayna artıq bu qurumla assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.

Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir.

Xatırlatma

Bu il mayın 12-dən Azərbaycan və Ermənistan arasında sərhəddin müəyyən edilməsi ilə bağlı gərginlik yaşanır.

Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.Üstəlik, Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, mayın 27-də Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu saxlanıb.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə hələ 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ötən il 44 günlük İkinci Qarabağ müharibəsində isə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG