Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

Nazir vaksinləri 'qarışdırmağı' məsləhət görür, britaniyalılar isə narahatdırlar


Almaniyanın səhiyyə naziri Jens Span ölkədə koronavirusun yeni dalğası gözlənən Delta variantına qarşı peyvəndləmənin effektivliyini artırmaq barədə görüləcək tədbirlərdən danışıb.

Nazir iyulun 2-də deyib ki, daha yoluxucu Delta variantına qarşı etibarlı müdafiə üçün iki vaksini kombinə etmək olar.

Başqa sözlərlə nazir gələcəkdə birinci dozanın AstraZeneca, ikinci dozanın isə RNT əsaslı BioNTech/Pfizer və ya Moderna ilə vurulmasını təklif edib.

Span bildirib ki, RNT əsaslı vaksin hazırda Britaniyada endemik olan, Almaniyada isə gözlənilən Delta variantına qarşı daha effektivdir.

Almaniyada bütün vaksin növlərinin kafi miqdarda olduğu bildirlir.

İki AstraZeneca-nın fərqi?

Bu arada Britaniya mətbuatı ölkə vətəndaşlarının narahatlığına səbəb olan xəbərlər yayır.

The Evening Standard qəzetinin yazdığına görə AstraZeneca vaksininin Hindistanda istehsal edilmiş variantı ilə peyvəndlənmiş 5 milyon insan Avropaya səfərlərinin əngəllənəcəyindən narahatdır.

Hindistanın Serum İnstitutunda hazırlanmış AstraZeneca vaksini Avropa Səhiyyə Agentliyi (EMA) tərəfindən hələ təsdiq edilməyib.

Buna görə də bəzi xəbərlərə görə çox sayda britaniyalı turistun Avropaya girişi qadağan oluna bilər.

Məsələ burasındadır ki, rəqəmsal COVID pasportlarında vaksinin növü və harada istehsal olunduğu əks edilir.

Müvəqqəti inzibati əngəl

Lakin Vaksinasiya və İmmunologiya Birgə Komitəsindən professor Adam Finn narahat olmamağa çağırıb və deyib ki, bu, Avropanın müvəqqəti inzibati əngəlidir.

Avropada iyulun 1-dən işləyən rəqəmsal COVID şəhadətnamələri iki doza ilə tam vaksin edilmiş şəxslərin ittifaq boyunca karantinsiz və əlavə testsiz hərəkətinə imkan yaradır.

Lakin rəqəmsal şəhadətnamələrin yaddaşında hələki yalnız EMA tərəfindən təsdiq olunmuş vaksinlər əksini tapıb.

Bunlar Pfizer-BioNTech, Moderna, Johnson & Johnson və İngiltərədə istehsal olunan AstraZeneca vaksinləridir.

Hələlik britaniyalılara səfərə çıxmazdan əvvəl peyvənd olunduqları vaksinin kod nömrəsini yoxlamaq tövsiyə olunur.

Professor Finn deyib ki, söhbət müvəqqəti anlaşılmazlıqdan gedir.

O əlavə edib ki, vaksin pasportları yenicə tətbiq olunur və onlardakı məlumatlar zamanla təzələnəcək.

Professorun fikrincə, britaniyalı turistlərə əngəl yaradılması Avropa İttifaqının öz marağında da deyil.

Finn ümid etdiyini bildirib ki, bu məsələ tezliklə yoluna qoyulacaq.

XS
SM
MD
LG