Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:27

Fransada telefonların izlənməsi ilə bağlı cinayət işi açılıb (Video)


Azərbaycanda izlənən telefonlar: Casus proqramından qorunmaq olarmı?
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Azərbaycanda izlənən telefonlar: Casus proqramından qorunmaq olarmı?

Mediapart internet saytı Mərakeş məxfi xidmətlərinin İsrailin NSO şirkətinin Pegasus proqramından istifadə etməklə portalın iki müxbirinin telefonuna müdaxilə etdiyi barədə rəsmi şikayət verib

Fransa prokurorları yerli təhqiqat saytı jurnalistlərinin İsrail istehsalı casus proqramı vasitəsilə güdüldüyünə dair iddiaların araşdırılmasına başlayıblar.

Sözü gedən proqramdan istifadə edilməklə dünyanın onlarca ölkəsində yüzlərcə jurnalist və başqalarının izlənməsi xəbərləri beynəlxalq qalmaqala səbəb olub.

Fransada iyulun 20-də açılmış araşdırma 10 ittiham üzrə aparılmalıdır. Bu ittihamların arasında şəxsi həyata müdaxilə, elektron cihazlara qanunsuz daxilolma və kriminal təşkilatlanma kimi ittihamlar var.

Bundan əvvəl Mediapart internet saytı Mərakeş məxfi xidmətlərinin İsrailin NSO şirkətinin Pegasus proqramından istifadə etməklə portalın iki müxbirinin telefonuna müdaxilə etdiyi barədə rəsmi şikayət verib.

Mərakeş “əsassız və saxta” adlandırdığı iddiaları rədd edir.

Bu həftə dünya boyunca siyasətçilər və media qrupları avtokratik rejimlərin Pegasus prorqamından istifadə ilə jurnalistlərin, rəsmilərin və insan haqları fəallarının mobil telefonlarını dinlədiyinə dair xəbərlərdən hiddət bildiriblər.

17 media təşkilatının, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) ilə birgə apardığı təhqiqatın hesabatı iyulun 18-də açıqlanıb.

Hesabatda NSO şirkətinin hökumətləri casus proqramı ilə təchiz etməsi ilə 50 min telefonun sızmış datası arasında bağlılıq olduğu qeyd olunur.

Bu da deyilir ki, bu telefonlar 2016-cı ildən bəri müştəri hökumətlərin “maraq dairəsində” olan şəxslərə məxsus ola bilərdi.

NSO Group şirkətinin müştəriləri arasında Azərbaycan, Bəhreyn, Macarıstan, Hindistan, İndoneziya, Qazaxıstan, Meksika, Mərakeş, Ruanda, Səudiyyə Ərəbistanı, Toqo və Birləşmiş Ərəb Əmirlikləri hökumətləri var.

NSO şirkəti hər hansı qanunsuzluğa yol vermədiyini bildirir və əlavə edir ki, o bu proqramları hökumətlərə kriminal və terrorçulara qarşı istifadə təyinatı ilə satıb.

Şirkət bunu da bildirir ki, müqavilələrə əsasən bu proqramdan yalnız hərbiyyə, hüquq-mühafizə və kəşfiyyat orqanları istifadə edə bilərdilər.

Təhqiqat qrupunun üzvü olan The Washington Post yazır ki, telefonlarının izləndiyi iddia olunan 189 jurnalist, 600-dən çox siyasətçi və hökumət rəsmisinin , azı 65 biznes rəhbərinin, 85 insan haqları fəalının haqqında məlumatlar açıqlanıb.

Jurnalistlərin təhqiqat konsorsiumuna habelə AzadlıqRadiosu, The Associated Press, Reuters agentlikləri, CNN telekanalı, The Wall Street Journal, Le Monde və The Financial Times qəzetləri daxildir.

Macarıstanda da cinayət işinin açılması tələb edilib

Macarıstanın millət vəkilləri iyulun 19-da bu iddialar barəsində cinayət işi açılmasına çağırıblar.

Onlar bildiriblər ki, baş nazir Viktor Orbanın sağ təmayüllü hökumətinin casus proqramından istifadə ilə tənqidçi jurnalistləri, siyasətçi və biznesmenləri izlədiyinə dair məlumatlar var.

Orban bundan əvvəl də Avropa İttifaqı tərəfindən demokratik prinsiplərdən geri çəkilməkdə, mətbuat azadlığını məhdudlaşdıran silsilə qanunlar qəbul etməkdə ittiham olunub.

Lakin Orbanın hökuməti Pegasus proqramından istifadə etməsi barədə iddiaları rədd edir.

Hesabatda sözü gedən 5 macar jurnalistin arasında AzadlıqRadiosu müxbirlərinin olub-olmaması hələki bilinmir.

Pegasus iPhone və Android mobil telefonlarını ziyanlı virusa yoluxdurmaq və bunun vasitəsilə telefon söhbətlərinə, SMS mətnlərinə, elektron poçtlara, GPS datasına müdaxilə etmək imkanı verir.

Bu proqram habelə mikrofon və kameraları məsafədən işə sala bilir.

XS
SM
MD
LG