Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:30

İnsan haqlarını pozanlara sanksiyalar gözlənir


Sanksiya
Sanksiya

Xəzinədarlıq korrupsioner məmurların daşınmaz əmlak bazarından sui-istifadəsinə imkan verən qanunvericilik boşluqlarını aradan qaldırmağı hədəfləyən təkliflərini açıqlayacaq.

Dekabrın 9-10-da ABŞ Demokratiya Sammiti keçiriləcək. Bu münasibətlə ABŞ Xəzinədarlığı korrupsiyaya, ciddi insan haqları pozuntularına yol verən, demokratiyaya zərbə vuran şəxslərə sanksiyalar açıqlayacaq. Xəzinədarlığın sözçüsü bunu dekabrın 3-də deyib.

Boşluqların ləğvi

Sözügedən plan haqda ilk dəfə “Wall Street Journal” xəbər yayıb. “Reuters” Xəzinədarlığın sanksiyalar haqda detallı informasiya vermədiyini qeyd edir.

Xəzinədarlıq korrupsioner məmurların daşınmaz əmlak bazarından sui-istifadəsinə imkan verən qanunvericilik boşluqlarını aradan qaldırmağı hədəfləyən təkliflərini açıqlayacaq. Eyni zamanda korporativ şəffaflıq şəbəkəsində, korrupsiyanın çiçəklənməsinə, qanunsuz pulların Birləşmiş Ştatları axınına imkan verən boşluqların ləğvi nəzərdə tutulur.

“Xəzinədarlıq dünyada demokratiyanı və demokratik qurumları sarsıdan məkrli fəaliyyətlə məşğul şəxslərə qarşı bir sıra tədbirlər görəcək. Bu fəaliyyət korrupsiya, repressiya, mütəşəkkil cinayətkarlıq, ciddi insan haqları pozuntularını əhatələyir”, – sözçü vurğulayıb.

Baydenin vədi

Prezident Co Bayden bu ilin fevralında xarici siyasətlə bağlı ilk çıxışında bəyan edib ki, Çin və Rusiya başda olmaqla avtoritar qüvvələrə qarşı Birləşmiş Ştatların qlobal liderliyini bərpa edəcək. “Reuters” bu həftəki sammitin həmin vəd üçün sınaq olduğunu yazır.

Ancaq sammitə dəvət alanlar arasında avtoritar tendensiyalarda suçlananlar da var deyə, insan haqları qrupları həmin liderlərin hansısa mənalı addım atacağına şübhəylə yanaşırlar.

Virtual sammitə 110 təmsilçi dəvət alıb. Tədbirin məqsədi dünyada demokratik geriləməni, insan haqları və azadlıqların təhrifini önləməkdir. Çin və Rusiya, eləcə də Azərbaycan və Türkiyə sammitə dəvət olunmayıblar.

Avropa Məhkəməsindən Azərbaycana yeni təzminat qərarları gəlir
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Cənubi Qafqaz ölkələrindən Ermənistan və Gürcüstan dəvət alanlar sırasındadırlar.

Beynəlxalq insan haqları təşkilatları Azərbaycanı insan haqları pozuntularında ittiham edir. Hakimiyyət təmsilçiləri isə onları qərəzli mövqedə suçlayır, ölkədə təməl insan haqlarının qorunduğunu bildirir.

XS
SM
MD
LG