Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Türk lirəsi Erdoğanın bəyanatı ilə qəfildən yüksəlir


Günün əvvəlində daha 10 faiz ucuzalaşaraq bir dollar üçün 18.4 lirə olan Türkiyə valyutası 10 faiz bahalaşaraq 1 dollara 13.4 lirəyə yüksəlib

Prezident Recep Tayyib Erdoğan dekabrın 20-də milli valyutanın ucuzlaşmasından əzab çəkən əhalinin vəziyyətini yüngülləşdirmək üçün silsilə tədbirləri elan etdikdən dərhal sonra Türkiyə lirəsinin məzənnəsi kəskin qalxıb.

Amma Erdoğan bunu da deyib ki, uçot dərəcəsinin aşağı həddə saxlanması siyasəti davam etdiriləcək.

Günün əvvəlində daha 10 faiz ucuzalaşaraq bir dollar üçün 18.4 lirə olan Türkiyə valyutası 10 faiz bahalaşaraq 1 dollara 13.4 lirəyə yüksəlib.

Satışın bir məqamında 1 dollar hətta 12 lirəyə düşmüşdü.

Ucuzlaşmaqda olan türk Lirəsi yeni rekord vurdu
Gözlə

No media source currently available

0:00 0:01:53 0:00

“Pullulara” çağırış

Reuters yazır ki, Scotiabank firmasının eksperti Şon Osbornun fikrincə, Erdoğanın yerli investorları ziyandan qoruyacağı barədə vədi lirənin bahalaşmasında əsas rol oynayıb.

Hökumət kabinetinin iclasından sonra çıxış edən Erdoğan deyib ki, bu tədbirlər nəticəsində vətəndaşlar lirəni xarici valyutaya dəyişməli olmayacaqlar.

Prezident habelə əmanətlərin qorunacağını bəyan edib.

Erdoğan iddia edib ki, uçot dərəcəsinin ixtisarı son nəticədə inflayisyanın azalmasına səbəb olacaq:

"Bu ölkə bundan sonra yüksək faizlərdən varlananların cənnəti olmayacaq. Bura idxal cənnəti olmayacaq”.

Prezident habelə “pulluları” ölkəyə investisiyalar yatırılmasına çağırıb və vəd edib ki, ixracatçılara və pensiyaçılara dəstək veriləcək.

“Tormozsuz yük maşını”

Tempus Inc xarici mübadilə firmasının prezidenti Con Doyl deyib kli, lirənin bahalaşması Erdoğanın bircə bəyanatlına görə baş verib.

Amma Doyl əlavə edib ki, hökumətin bu vədləri necə həyata keçirəcəyi məlum deyil.

Erdoğanın uçot dərəcəsini 500 bənd ixtisar etmək göstərişi lirənin 40 faizədək ucuzlaşmasına səbəb olmuşdu.

İqtisadçılar prezidentin bu siyasətinin məsuliyyətsiz olduğunu bildirmiş və demişdilər ki, Türkiyədə inflyasiya gələn il 30 faizə qalxacaq.

Swissquote Bank firmasının təhliçisi İpek Özkardeşkaya deyib ki, hazırkı iqtisadi vəziyyət “tormozsuz yük maşınına” bənzəyir:

"Türkiyə mürəkkəb bir prosesə girib. Onlar artıq qaydalarla oynamırlar”.

“Mən bir müsəlman kimi…”

Erdoğan ötən bazar günü özünün iqtisadi siyasətini müdafiə edib və lirənin təlatümünü ölkənin iqtisadiyyatına zərbə olan 2013-cü il kütləvi etirazlarına bənzədib. O İslamda sələmin qadağan olunduğunu yada salıb:

"Biz uçot dərəcələrini endiririk. Məndən bundan başqa bir şey gözləməyin. Mən bir müsəlman kimi dinimin məndən tələb etdiyini edirəm”.

Reuters yazır ki, Erdoğan yüzminlərlə türkün əmanətlərinin və gəlirinin üstündən xətt çəkən iqtisadi siyasətinin tənqid olunmasına baxmayaraq, əsas diqqətini ixracata və kredit verilməsinə yönəldib.

Prezidentin təzyiqi altında Mərkəzi Bank elə ötən həftə uçot dərəcəsini 100 bənd azaldıb.

İnflayasiya ötən ay 21 faizə yüksəlib və gələn il onun 30 faizə çatacağı gözlənilir.

Hətta bugünkü yüksəlişinə baxmayaraq, lirə ötən illə müqayisədə bu il çəkisinin yarısını itirib.

Mərkəzi Bank satışı yavaşıtmaq və onun təbirincə deyirlərsə, “qeyri-sağlam” qiymətləri buxovlamaq məqsədilə bu ay birjaya 5 dəfə müdaxilə edivb.

Ekspertlər bu qənaətdədirlər ki, bütün bu tədbirlərə baxmayaraq lirənin ötənilki məzənnəyə qaldlrıması üçün daha qəti hərəkətə ehtiyac var.

XS
SM
MD
LG