Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Lirənin məzənnəsinin qalxmasına Azərbaycan da kömək edir?


Reuters Türkiyənin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə mümkün xarici valyuta mübadiləsi sazişi üçün danışıqlar apardığını xəbər verib

Dekabrın 24-də Türkiyə lirəsinin məzənnəsi 50 faizdən çox qalxıb.

Reuters agentliyinin yazdığına görə bu, hökumətin valyuta bazarlarına milyardlarla dollarlıq müdaxiləsi və bəzi əmanətlərin itkilərinin dövlət tərəfindən ödənəcəyinə dair vədlərin hesabına mümkün olub.

Rəsmi məlumata görə, vətəndaşlar bazar ertəsi və çərşənbə axşamı dollar satmayıblar və beləliklə lirənin kəskin bahalaşmasında onların rolu olmayıb.

Lakin bəzi hesablamalar Mərkəzi Bankın lirənin məzənnəsinin yüksəldilməsi üçün bu həftə 8 milyard dollar xərclədiyini göstərir.

Beləliklə, Türkiyə lirəsi bir həftə ərzində 5 gün dalbadal qalxaraq noyabrın ortalarındakı səviyyəyə qayıdıb.

Dekabrın 24-də axşama olan məlumata görə 1 ABŞ dolları 10.7 lirə idi.

Türkiyədə dollar düşməkdə davam edir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Türkiyənin milli valyutası ötən bazar ertəsi ən rekord həddə dəyərini itirmiş və 1 dollar üçün 18.4 lirə olmuşdu.

Ekspertlər bunun səbəbini hökumətin uçot dərəcəsini anormal şəkildə ixtisar etməsində və inflyasiyanın yüksələcəyindən olan xofda görürlər.

Lakin həftənin əvvəlində prezident Recep Tayyip Erdoğan lirənin dəyərdən düşməsinin qarşısının alınmasına dair tədbirlər planını açıqladıqdan sonra milli valyutanın məzənnnəsi dirçəlməyə başlayıb.

Erdoğan bundan başqa vətəndaşların lirədə olan əmanətlərinin dəyərsizləşməsinin qarşısını alacaq tədbirlər vəd edib.

Lirə lap sabitləşsə də...

Türkiyənin Ahaber telekanalına müsahibəsində Erdoğan deyib ki, “türklər milli valyutaya etimad nümayiş etdirdilər və yerli valyuta ehtiyatı 23.8 milyard lirə artdı”.

Lakin Türkiyənin bank gözətçisi BDDK-nın rəqəmlərindən məlum olur ki, ötən həftə Türkiyənin fərdi əmanətçilərinin hesablarında 163.7 milyard lirə olduğu halda, bu həftə həmin rəqəm 163.8 milyard lirə olub və ya başqa sözlərlə dəyişməz qalıb.

Əksinə, ekspertlər deyirlər ki, lirənin məzənnədə yüksəlməsinə səbəb dövlət banklarının bazara böyük məbləğlərdə dollar çıxarması olub.

Buna görə də bu həftənin ilk üç günü ərzində Mərkəzin Bankın toplam xarici valyuta ehtiyatı 8.5 milyard dollar azalıb.

Bu rəqəm dekabr ayı üçün 18 milyard dollar təşkil edib.

Qərb ekspertləri bildirirlər ki, bu üsulla lirə lap sabitləşsə də, iqtisadiyyatdakı inflayasiya impulsları güclü olaraq qalacaq və istənilən yerli valyuta ehtiyatlarının dəyərini heçə endirəcək.

Valyuta mübadiləsi sazişi

Reuters Türkiyənin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ilə mümkün xarici valyuta mübadiləsi sazişi üçün apardığı danışıqların nəhayət uğurla başa çatacağını xəbər verdikdən sonra, Türkiyə Mərkəzi Bankının rəhbəri Sahap Kavcioğlu deyib ki, qarşıdan gələn iki həftədə iki valyuta mübadiləsi sazişi imzalana bilər.

Bu da məlumdur ki, Türkiyənin Azərbaycanla valyuta mübadiləsi sazişinə dair danışıqlar aparması barədə xəbərlər ilk dəfə bu ilin yayından yayılmağa başlayıb.

Ölkələr arasında imzalanan belə sazişlər iki ölkədən birində xarici valyuta kəsirinin aradan qaldırılması və ya yüngülləşdirilməsi üçün imzalanır.

Türkiyənin Çinlə belə bir sazişinin olduğu məlumdur. Ankara habelə Malayziya və Azərbaycanla danışıqlar aparırdı.

Türkiyə mənbələri Azərbaycanla sazişin imzalanmasının daha qısa müddətdə baş verəcəyinin gözləndiyini bildirirlər.

XS
SM
MD
LG