Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

Qırğızıstan Qazaxıstana hələ ki, qoşun göndərə bilməyib


Qırğızıstan hərbçiləri paradda (Arxiv fotosu)
Qırğızıstan hərbçiləri paradda (Arxiv fotosu)

Bu da xəbər veirilir ki, yanvarın 5-də Qırğızıstan parlamentinin binası qarşısında Qazaxıstana qoşun göndərilməsinə etiraz aksiyası keçirilirdi

Qırğızıstan parlamenti yanvarın 6-da fövqəladə sessiyanın keçirilməsi üçün kvorum toplaya bilməyib.

AzadlıqRadiosunun Qırğız xidməti Azattık xəbər verir ki, bu sessiyada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə uyğun olaraq Qazaxıstana qoşun kontingentinin göndərilməsi müzakirə edilməliydi.

Rusiya yanvarın 5-dən 6-a keçən gecə prezident Kasım-Jomart Tokayevin müraciəti əsasında Qazaxıstana desant qoşunları çıxarıb.

KTMT bu əməliyyatı “sülhməramlı əməliyyat” adlandırır.

Bu da xəbər veirilir ki, yanvarın 5-də Qırğızıstan parlamentinin binası qarşısında Qazaxıstana qoşun göndərilməsinə etiraz aksiyası keçirilirdi.

Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev deyib ki, Qazaxıstana göndəriləcək qırğız hərbçilər qazax etirazçılarla təmasda olmayacaq və yalnız strateji obyektləri mühafizə edəcəklər.

Onun sözlərinə görə fövqəladə sessiya yanvarın 6-da keçirilməli idi.

İndiyədək Qazaxıstana Rusiyadan başqa KTMT-nin iki üzvü – Belarus və Ermənistan hərbi kontingent göndərib.

Rusiyada etiraz edənlər var

Rusiya Dövlət Dumasının MDB komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib ki, əməliyyat üçün parlamentin icazəsinə ehtiyac olmayıb, çünki qoşunlar KTMT nizamnaməsi əsasında göndərilib.

Rusiyada Moskvanın Qazaxıstana qoşun yeritməsinə qarşı müxalif mövqeyə malik mədəniyyət işçilərinin “Ziyalılar Konqresi” çıxış edib.

Təşkilatın bəyanatında deyilir ki, Qazaxıstana prezident Tokayevin xahişi ilə Rusiya qoşunlarının yeridilməsi “Qazaxıstan və Rusiya xalqlarına qarşı cinayətdir”.

Bəyanat müəllifləri Moskvanın siyasətini “imperialist” adlandırır, Qazax xalqına tezliklə “diktaturadan xilas olmağı” arzu edirlər.

Bu arada Qazaxıstana qoşun yeridilməsinə etiraz olaraq Change.org saytına yerləşdirilmiş petisiyanı artıq minlərlə adam imzalayıb.

Petisiya müəllifləri deyirlər ki, Qazaxıstandakı “avtoritar rejimin əcnəbu əsgərlərin süngüsü” ilə saxlanmasını qeyri-məqbul hesab edirlər.

XS
SM
MD
LG