Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Çirkli pulyuma mexanizmi ilə milyonlar qazanan Vasif Talıbovun oğulları-OCCRP-dən araşdırma


Yeni araşdırmada qeyd olunur ki, atalarının avtoritar hakimiyyəti altında Rza və Seymur Talıbov qardaşları şübhəli pul köçürmələri ilə 20 milyon dollardan çox pul qazanıblar.

“Credit Suisse”, “Barclays" və digər xarici banklarda müxtəlif hesablar açaraq, Rza və Seymur Talıbov qardaşları atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.

OCCRP

Əsas məqamlar:

  • OCCRP-nin daha əvvəl üzə çıxardığı iki genişmiqyaslı “Azərbaycan” və “Troyka” adlandırılan çirkli pulyuma mexanizmlərinin (laundromat) hissəsi olan saxta ofşor şirkətlər üzərindən Talıbov qardaşlarına məxsus olan bank hesablarına çoxsaylı pul köçürmələri həyata keçirilib.
  • Pul köçürmələrini analiz edən maliyyə cinayətləri üzrə ekspert deyir ki, bu tranzaksiyaların şübhəli olması üçün əsaslar var və bu bankların diqqətindən kənarda qalmamalı idi.
  • Növbəti illər ərzində Talıbov qardaşları Dubay və Gürcüstanda 63 milyon ABŞ dolları dəyərində əmlaklar əldə ediblər.

2007-ci ilin sonunda Talıbov qardaşları Yeni İl öncəsi kifayət qədər nəğd vəsait əldə ediblər.

Lakin bu pullar cib xərci pulu da olmayıb. Həmin ilin dekabr ayının 27-də 40 min ABŞ dolları 19 yaşlı Seymur Talıbovun bank hesabına köçürülüb. Onun 25 yaşlı qardaşı Rzanın hesabına da həmin gün 95 min ABŞ dolları köçürülüb.

İzah olaraq hər iki transfer “tekstil” adı altında qeyd edilib. Bu isə özlüyündə çox qəribə haldır, çünkü pul köçürülən hesablar korporativ bir hesab olmayıb. Bundan əlavə, qardaşların tekstil biznesi ilə heç bir əlaqələri də olmayıb.

Bu hələ prosesin ilk mərhələsidir. Aylarla Seymur və Rza daha iri miqdarda pul köçürmələri ilə daha çox nəğd pullar əldə ediblər - bir dəfəyə 500 min ABŞ dolları və ağlasığmaz yuvarlaq rəqəmli köçürmələr də mütəmadi olaraq onların bank hesablarına köçürülüb. Transferlərin izahı isə “metal”, “metal hissələr” və “elektrik avadanlıqlar”-na qədər genişləndirilib. 2012-ci ilin sonuna qardaşlar ümumilikdə 20 milyon dollara qədər pul alıblar.

Aydındır ki, bu, adi tranzaksiyalar olmayıb. Amma o da məlumdur ki, onlar sıradan bir qardaşlar da deyillər.

Seymur və Rza Azərbaycanın tanınmış məmurunun oğullarıdırlar: onların atası Naxçıvan Muxtar Respublikasının başçısı Vasif Talıbovdur.

Vasif Talıbov, arxiv foto
Vasif Talıbov, arxiv foto

Vasif Talıbov artıq 26 ildən çoxdur ki, Naxçıvanı dəmir yumruğu ilə idarə edir. Onun hakimiyyəti altında həbs edilənlər döyülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Dissidentlər məcburən psixoloji xəstəxanalara yerləşdiriliblər. O, hakimiyyətini həmçinin müstəqil medianı susdurmaq üçün də istifadə edib. Talıbovun hakimiyyətini tənqid edən jurnalist və fəallar təzyiqə, həbsə və digər ölkələrə köçməyə məruz və məcbur qalıblar.

İndi sızdırılmış bank məlumatlarının və əmlak qeydlərinin təhlili ilə OCCRP göstərə bilər ki, Talıbovlar ailəsi Naxçıvan əhalisinin əziyyət çəkdiyi bir vaxtda da şübhəli mənbələr vasitəsilə varlanmağa nail olublar.

Sızdırılan bank sənədləri göstərir ki, Talıbovun oğulları tərəfindən əldə edilən milyonlar OCCRP-nin daha öncə aşkar etdiyi böyük məbləğlərdə çirkli pulyuma sxemləri - “Azərbaycan” və “Troyka” Landromatı vasitəsi həyata keçirilib. Əvvəlki araşdırmalar göstərir ki, Azərbaycan elitası, o cümlədən prezident İlham Əliyevin əmisi qızı da bu mexanizmdən yararlanıb. İndi bu məşhur siyahıya prezidentlə nikah qohumluğu olan nüfuzlu Talıbovlar ailəsini də əlavə etmək olar.

Əldə olunan məlumatlar Talıbovların bu pulları nəyə sərf etdikləri ilə bağlı məlumatları göstərmir. Lakin tranzaksiyalar başladıqdan bir az sonra xərcləmələrə başlanılıb.

2008-ci ildə Rza Talıbov, anası, əmisi oğlu və bir neçə iş adamı ilə birgə bank təsis ediblər.

Rza Talıbov, arxiv foto
Rza Talıbov, arxiv foto

Dörd il sonra, Laundromat tranzaksiyaları pik həddə çatdığında Rza Gürcüstanın kurort mərkəzi hesab edilən Batumidən iki qonşu bina alıb. Daha sonra isə o, bu binaları beş ulduzlu otelə çevirib. Rza, Seymur Talıbovla birlikdə onların bacıları Baharxanım Talıbova da Laundromat şirkətlərindən bir milyon ABŞ dollara yaxın pul əldə edib. Bundan sonra ailə Dubayda çoxlu sayda əmlaklarla yanaşı lüks villa, 12 mərtəbəli otel və fərdi mənzillər də satın alıblar. Ümumilikdə onların sahib olduqları əmlakların dəyəri 63 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

Vasif Talıbovun illik maaşı 26 min dollardan da azdır, oğulları isə...

Vasif Talıbovun illik maaşı rəsmi olaraq 26 min ABŞ dollarından da azdır. Oğulları isə azödənişli dövlət işlərində çalışırlar (Rza miqrasiya xidməti rəsmisi, Seymur isə Naxçıvan parlamentinin üzvüdür).

Əslində, onların ailəsinin siyasi vəziyyətini nəzərə alsaq, Talıbovların maliyyə transzaksiyaları daha yaxından yoxlanılmalı idi.

Ailənin adına olan bank hesabları köçürülən milyonlar “Emirates NBD”, “Barclays" və “Credit Suisse” də daxil olmaqla müxtəlif ölkələrin ən böyük maliyyə qurumlarında açılıb.

Əməliyyatlardan hər hansı birinin şübhəli kimi qeyd edilib-edilmədiyi məlum deyil.

Əməliyyatları analiz edən maliyyə cinayətləri üzrə müstəqil ekspert Graham Barrow deyir ki, qardaşların hesabları siyasi statusları və şübhəli mənşəli olduğu üçün xüsusi qeyd edilməli idi.

“Siyasi status” siyasi-ictimai və ya dövlət vəzifəsində çalışan şəxslər ya da onların yaxın ailə üzvlərinə aid edilir. Banklar belə müştəriləri mütləq şəkildə əlavə yoxlamadan keçirməlidirlər.

“Siyasi status” siyasi-ictimai və ya dövlət vəzifəsində çalışan şəxslər ya da onların yaxın ailə üzvlərinə aid edilir. Banklar belə müştəriləri mütləq şəkildə əlavə yoxlamadan keçirməlidirlər.

“Banklar “media yoxlaması” adlandırılıan prosesi mütləq həyata keçirməlidirlər” deyərək ekpsert onu da əlavə edir ki, banklar müştərilərinin potensial cinayət fəaliyyətində və ya hər hansı bir şübhəli məsələlərdə iştirak edib-etmədiyini yoxlamalı və onlara diqqət yetirməlidirlər. Buna “gücləndirilmiş monitorinq” deyilir”.

“Əslində bu, çox gülməli bir görüntüdür. Bu yuvarlaq rəqəmlər, sadəcə atılmış axmaq addımlardan biridir. Yəni, heç kim belə bir tərzdə iş görmür”.

OCCRP və “Süddeutsche Zeitung”-un sorğularına cavab olaraq, “Credit Suisse” fərdi müştərilərlə münasibətləri şərh edə bilməyəcəklərini və “(bankın)iddia edilən iş təcrübələri ilə bağlı irəli sürülən iddia və spekulyasiyaları" rədd etdiklərini bildirdilər.

Talıbovlar ailəsinin hesablarına köçürülən şübhəli pullarla bağlı “Vontobel”“Emirates NBD” müştərilərilə münasibətlərini şərh edə bilməsələr də, qanun çərçivəsində işlədiklərini bildirdilər.

“Barclays“ və Talıbovlar isə göndərilən sorğulara cavab verməyiblər.

“Baş-Ayaq Dünya”

Vasif Talıbov Naxçıvanı uzun illərdir idarə etdiyinə görə, regonu onsuz təsəvvür etmək belə çətindir. Buna baxmayaraq, onun siyasi kariyerası çox sadə başlayıb. Sovet dönəminin sonlarında o, yerli paltar fabrikində şöbə müdiri vəzifəsində çalışıb.

Onu hakimiyyətə gətirən fürsət Sevil Sultanova ilə evlilik olub. Sultanovanın anasının dayısı Sovetlərdə yüksək vəzifəli Heydər Əliyev olub.

Onu hakimiyyətə gətirən fürsət Sevil Sultanova ilə evlilik olub. Sultanovanın anasının dayısı Sovetlərdə yüksək vəzifəli Heydər Əliyev olub.

1990-cı illərdə Sovet İttifaqı dağılma ərəfəsində Əliyev Moskvadan Naxçıvana geri dönür. Qalmağa başqa bir yeri olmadığından o, müvəqqəti olaraq Talıbovun iki yataqotaqlı mənzilində qalıb.

O, Talıbovun ona göstərdiyi lütfkarlığa təşəkkürünü növbəti il göstərib. Belə ki, Əliyev Naxçıvan parlamentinin sədri seçildikdən sonra həmin zaman təxminən 30 yaşı olan Talıbovu özünə əsas köməkçi kimi işə götürüb.

Vasif Talıbov (sol), keçmiş prezident Heydər Aliyev və indiki prezident, oğul İlham Əliyev, arxiv foto
Vasif Talıbov (sol), keçmiş prezident Heydər Aliyev və indiki prezident, oğul İlham Əliyev, arxiv foto

“Vasif Talıbovu bu işə götürəndə artıq onun bir çox xüsusiyyətlərini bilirdim”, deyə Əliyev daha sonrakı çıxışlarının birində qeyd edib. “Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.

1993-cü ildə Əliyev yeni müstəqil Azərbaycanın prezidenti oldu. Əliyev, onun arxasında dayandıqca Talıbovun vəzifəsi daha da yüksəldi. 1995-ci ildə Azərbaycanın və çox keçmədən Naxçıvanın yerli parlamentinə seçildikdən sonra o, yerli parlamentin sədri vəzifəsinə təyin edildi.

Hər beş ildən bir yenidən bu vəzifəyə “seçilən” Talıbov onu Muxtar Respublikada nazirləri təyin etmək, hər şeyə razılaşan parlamentdə yeni qanunlar qəbul etdirmək, məhkəmə sistemini idarə etmək və təhlükəsizlik xidmətlərini idarə edən bir mütləq hökmdara çevirdi.

Talıbov artıq 30 ilə yaxındır ki, eyni vəzifədə olmaqla ilk himayədarı Heydər Əliyevdən sonra oğlu prezident İlham Əliyevlə də eyni dərəcədə sıx münasibətdədir.

İlham Əliyev və Vasif Talıbov, Naxçıvan, oktyabr 2005
İlham Əliyev və Vasif Talıbov, Naxçıvan, oktyabr 2005

Naxçıvanın yerli mediası Talıbovun hakimiyyətinə qibtə edir. “Bu gün ONUN günüdür”, Talıbovun 60 illik yubileyi münasibəti ilə yerli xəbər agentliyi Nuhçıxan Talıbovu “böyük vətənpərvər, qətiyyətli, cəsur, və humanist” və həm də “həddindən artıq təvazökar” bir şəxs kimi təsvir edir.

Beynəlxalq aləmdə isə manşetlər bir az fərqlidir - daha çox Talıbovun hakimiyyətinin diqtə etdiyi ağır və sərt qaydaları haqqında məlumatlar paylaşılır: yerli sakinlərə Hemingway-in əsərlərini oxumağın zəruri olduğunu bildirən, və yaxud eyvandan paltar asma qadağası, dövlət işçilərinin bəzəkli corablar geymək qadağası və s.

Bu qaydalar Naxçıvana bir neçə təxəllüs qazandırıb: müxalifətçi fəallar Naxçıvanı “Azərbaycanın Şimali Koreyası” adlandırarkən Norveç Helsinki Komitəsi isə “Azərbaycanın Qara Adası” adlandırır.

ABŞ diplomatı Naxçıvana səfəri zamanı Vaşinqtondakı rəhbərliyinə yazarkən regionu Talıbovun “xanlığı” adlandırıb: “Naxçıvan baş-ayaq bir dünyadır”, diplomat qeyd edib.

ABŞ diplomatı Naxçıvana səfəri zamanı Vaşinqtondakı rəhbərliyinə yazarkən regionu Talıbovun “xanlığı” adlandırıb: “Naxçıvan baş-ayaq bir dünyadır”, diplomat qeyd edib.

Talıbovların Naxçıvanı bu qədər boğması yalnız siyasi məsələ deyil. Naxçıvanda ailənin yerli iqtisadiyyatda üstünlük təşkil etdiyinə inanılır və ekspertlər onların idxalı məhdudlaşdırdığını, rəqibləri biznesdən qovduğunu və hətta sakinləri məhsul yığımında işləməyə məcbur etdiklərini də qeyd edirlər.

Mühacirətdə olan naxçıvanlının dediyinə görə, regionda bir çox məhsul ailəyə məxsus olan məşhur “Gəmiqaya Holdinq” brendi adı altında satılır. “Gəmiqaya Holdinq” həmçinin Naxçıvanda onlarla ictimai obyekt, o cümlədən nazirlik binaları, xəstəxanalar, universitetlər və məscidin inşasında və ya təmirində iştirak edib.

Talıbovların bu şirkətlər qrupu və ya digər yerli konqlomerat“Cahan Holdinq”-lə əlaqəsinə dair sənədləşdirilmiş sübutlar azdır. 2014-cü ildə Rza Talıbov Facebook-da özünü “Gəmiqaya”-nın sədri kimi təqdim edib. Ancaq holdinqlərin əslində kimə məxsus olduğunu göstərən sənəd üzərində başqa bir sübut yoxdur.

Əvəzində “Gəmiqaya” və “Cahan” holdinqlərini Talıbovlara bağlı iki iş adamı Vüqar Abasov və Emin Uçar adlı şəxslər idarə edir.

İndiyədək Abasov, Emin Uçar, Rza Talıbov, onun anası və əmisi oğlu ilə biznes ortaqlığını göstərən bir sənəd var:

2008-ci ildə təsis edilmiş yerli maliyyə institutu olan “Naxçıvanbank”. Bank bundan sonra səhmdarları haqqında məlumatı açıqlamağı dayandırıb. Baharxanım Talıbova-nın bankda müşahidə şurasının üzvü olmasına baxmayaraq, ailənin hələ də bu işdə qaldıqları məlum deyil. Əgər onlar hələ də qurumun ortaq sahibləridirlərsə, onların qazanc olaraq əldə etdikləri məbləğ də naməlumdur.

Landromat Milyonları

İctimaiyyətə açıq qeydiyyat məlumatlarının çatışmazlığına baxmayaraq, “Suisse Secrets” araşdırma layihəsi-nin bir hissəsi olaraq İsveçrədən sızdırılmış bank məlumat bazası ailənin sərvətini ilk dəfə aşkar edə bilib. Bu məlumatlara əsasən, məbləğlərin maksimum həddi 2011-ci ilin mart ayına təsadüf edir - Seymurun “Credit Suisse” bank hesabındakı pullarının məbləği 7,3 milyon ABŞ dollar, Rzanın isə 9,3 milyon ABŞ dollar olub.

DAHA ƏTRAFLI: “Suisse Secrets” Araşdırma Layihəsi

“Suisse Secrets” İsveçrə nəhəngi “Credit Suisse” bankının sızdırılmış bank hesablarını ortaya çıxaran məlumat bazasına əsaslanan birgə jurnalist araşıdrma layihəsidir. Anonim mənbə sözügedən bazanı alman qəzeti “Süddeutsche Zeitung”-a təqdim edib. Qəzet isə həmin məlumatları OCCRP və digər 46 beynəlxalq media orqanları arasında paylaşıb. Beş qitədəki jurnalistlər minlərlə bank qeydlərini araşdırıb, həmin banklarda çalışan işçilərdən müsahibə alıb, prokurorlarla danışdıqdan sonra məlumatları bir daha məhkəmə məlumat və maliyyə açıqlamaları ilə də yoxlayıblar.

Məlumatlar 1940-cı illərdən başlayaraq son onilliyə qədər açılmış 18.000-dən çox bank hesabını əhatə edir. Ümumilikdə mənbəsi və məlumatları yoxlanılan bank hesablarında olan məbləğ 100 milyard ABŞ dollarından çox vəsait təşkil edir.

“İnanıram ki, İsveçrə bank müştərilərinin məxfiliyini qoruyan qanunlar mənəviyyata zidd bir qanunlardır”, deyə məlumatları ötürən mənbə qeyd edir: “Maliyyə məxfiliyini qoruyan bəhanə sadəcə vergilərdən yayılan şəxslərlə İsveçrə banklarının əlbir olduğunu gizlədən bir kölgədir. Belə bir vəziyyət isə korrupsiyaya şərait yaradır və inkişaf etməkdə olan ölkələrin çox ehtiyacı olan vergi gəlirlərindən məhrum edir”.

Jurnalistlərin əldə etdiyi “Credit Suisse” məlumatları natamam olduğundan, onları şərh edərkən nəzərə alınması gərəkən bir sıra mühüm məqamlar var.

Bu rəqəmlər yalnız müəyyən bir vaxtda hesabda olan məbləği göstərdiyindən, illər ərzində bu hesablara nə qədər pulun köçürüldüyünü bilmək qeyri-mümkündür. Lakin hər iki qardaşın hesab nömrələri daha əvvəl OCCRP tərəfindən əldə edilmiş digər iki bankdan sızdırılmış məlumatlar arasındadır.

20 milyon dollar məbləğində yüzdən çox fərqli pul köçürmələri

Bu məlumatlar onu göstərir ki, 2007-2012-ci illər arasında Rza və Seymurun “Credit Suisse” və bir neçə başqa bankdakı hesablarına iki saxta şirkət - “Murova Systems” və “Continus Corporation”-dan ümumilikdə 20,5 milyon ABŞ dolları məbləğində yüzdən çox fərlqi pul köçürmələri həyata keçirib.

“Credit Suisse”-dən sızan məlumat bazasında “Cahan Holdinq”-lə maraqlı bir əlaqəyə işarə var: Seymur və Rzanın şəxsi bank hesabları üçün etibarnamələr “Cahan”-ın iki əməkdaşının adına olub.

Bosniya prokurorları tərəfindən insan alveri məsələsinin bir hissəsi ilə bağlı apardığı araşdırmalar zamanı hər iki şirkət çirkli pulların yuyulması ilə məşğul olan şirkətlər kimi müəyyən edilib.

OCCRP-nin daha öncə dərc etdiyi iki genişmiqyaslı çirkli pulyuma mexanizmində aşkar etdiyi “Azərbaycan” və “Troyka” Laundromatlarının bir hissəsi olan bu iki şirkət heç vaxt heç bir real biznes fəaliyyəti göstərməyib. “Laundromatlar” əldə edilən pulların mənbəyini gizlətmək üçün çoxlu sayda ayrı-ayrı saxta şirkətlərdən istifadə edərək bir hesabdan digərinə müxtəlif məbləğdə pul göndərməklə ilkin mənbəni gizlətmək məqsədi daşıyır.

“Bu hal çox qeyri-adi bir haldır”, deyə bank əməliyyatlarını nəzərdən keçirən maliyyə cinayətləri üzrə mütəxəssis Barrow təəccüblə qeyd edir. Onun sözlərinə görə, pulun mənşəyi heç bir real biznes fəaliyyəti göstərməyən saxta şirkətlərdir.

“Bu hal çox qeyri-adi bir haldır”, deyə bank əməliyyatlarını nəzərdən keçirən maliyyə cinayətləri üzrə mütəxəssis Barrow təəccüblə qeyd edir. Onun sözlərinə görə, pulun mənşəyi heç bir real biznes fəaliyyəti göstərməyən saxta şirkətlərdir.

“İkinci problem isə bu ödənişlərin hər biri yuvarlaq nömrədən ibarət olmasıdır. Real biznesdə rəqəmlər belə olmur… Belə hallarda banklar yuvarlaq məbləğləri aşkar edərkən onları şübhəli kateqoriyasına daxil edib, əlavə monitorinqdən keçirirlər”.

"Və digər (şübhəli) bir məqam isə kiminsə bir-birindən fərqli iş növləri ilə məşğul olmasıdır”, deyən ekspert onu da vurğulayır ki, daha öncə eyni hesaba eyni şirkət üzərindən aparılan maliyyə tranzaksiyalarında bəzisinə “tekstil", digərlərinə isə “elektronika” izahı verilib: “Hansı şirkət belə edir? Bunun heç bir kommersiya mənası yoxdur”.

Siyasi əlaqələri olan insanlar üçün, Barrow-un sözlərinə görə, bankların “gücləndirilmiş və ətraflı araşdırma aparmaq” üçün qanuni öhdəliyi var - “sərvət mənbəyini müəyyən etmək üçün lazımi tədbirlərin yerinə yetirilmə öhdəliyi”.

Hesablardan isə görünən odur ki, pullar axmağa davam edib və Talıbovun üç övladı ilbəil 2012-ci ilə qədər daha da çox pul əldə ediblər. Əldə edilən məlumatların göstərdiyi sonuncu 2012-ci ilə qədər bu məbləğlər daha da artıb.

BOX: Landromata Girişi Olan Daxili Çevrə

“Laundromatlar”-dan pul alan ailə üzvləri təkcə Rza və Seymur Talıbovlar deyil. 2012-ci ildə onların bacısı Baharxanım Talıbova “Murova Systems” və başqa bir ofşor şirkətdən 900 min dollar alıb. Vasif Talıbovun qardaşı oğlu Elnur Talıbov “Murova Systems” şirkətindən onun “Credit Suisse” bank hesabına 77 min dollar köçürülüb. Saxta şirkət onun Cenevrədəki “College Du Lemanda” beynəlxalq internat məktəbinə təhsil haqqını da ödəyib. Talıbovların biznes ortağı Vüqar Abasov isə “Murova Systems” və “Continus”-dan 5,8 milyon dollar alıb.

Batumi ilə “Tanışlıq”

Batumi, arxiv foto
Batumi, arxiv foto

Həmin ilin yanvarında Vasif Talıbov Gürcüstanın Acariya Muxtar Respublikasının dənizkənarı kurort şəhəri Batumiyə üç günlük iş səfərinə yola düşüb. Yerli hökumətin mətbuat xidmətinin yaydığı məlumata görə, səfərin məqsədi “regionun iqtisadi və turizm potensialı ilə tanış olmaq” olub.

Onu rəsmi səfərdə müşayiət edən böyük qardaşı Rza tezliklə şəhərdə şəxsi daşınmaz əmlaka sərmayə qoyaraq çimərlikdən cəmi bir neçə məhəllə məsafədə yerləşən tarixi binanı 1,5 milyon dollara satın alıb.

Bir neçə ay sonra isə Acariya rəsmiləri Naxçıvana səfər edərək iki region arasında iqtisadi əməkdaşlıq memorandumunu imzalayıblar.

Bundan sonra Rza vaxt itirmədən Acariyanın İqtisadiyyat Nazirliyi ilə xüsusi razılaşma əsasında digər binaya yaxın məsafədə yerləşən 19-cu əsrə aid binanı yerli hökumətdən satın alıb. Yarım milyon dollardan çox qiymətləndirilsə də, bina yenidənqurma maraqları məqsədi ilə alındığına görə ondan yalnız simvolik bir Gürcüstan Larisinə alınıb. Rza həmçinin binada yerləşən digər mənzilləri də yerli sahiblərindən müqavilədə göstərildiyi kimi 1,2 milyon dollara satın alıb.

Daha sonra o, iki binanı birləşdirərək beşulduzlu Divan Suites Batumi otelini açıb. Şəhər rəhbərliyinin məlumatında onun tikintisinə 10 milyon dollar xərclənəcəyi bildirilib.

Rza həmçinin ailəsilə “Naxçıvanbank”ı birlikdə təsis etdiyi Türkiyəli iş adamı Emin Uçara məxsus bir şirkətə (Maqro Ltd) “Green Cape” (“Yaşıl Burun”) adlı elit rayonunda onun üçün lüks villa tikdirməyə 6 milyon ABŞ dollardan çox pul ödəyib.

Ancaq ailənin satınalmalarının əsas hissəsi Dubayın öhdəsinə düşür.

2020-ci ilə qədər Vasif Talıbovun oğulları Ərəb Əmirliklərində ən azı 45 milyon ABŞ dollar dəyərində olan 11 əmlak və 12 mərtəbəli lüks otelə sahibdirlər. Sızdırılan əmlak məlumat bazasını araşdıran qeyri-kommersiya araşdırma təşkilatı C4ADS-a əsasən, hər iki qardaşın orada yaşadıqlarını göstərən Ərəb Əmirlikləri şəxsiyyət vəsiqələri olub.

2020-ci ilə qədər Vasif Talıbovun oğulları Ərəb Əmirliklərində ən azı 45 milyon ABŞ dollar dəyərində olan 11 əmlak və 12 mərtəbəli lüks otelə sahibdirlər. Sızdırılan əmlak məlumat bazasını araşdıran qeyri-kommersiya araşdırma təşkilatı C4ADS-a əsasən, hər iki qardaşın orada yaşadıqlarını göstərən Ərəb Əmirlikləri şəxsiyyət vəsiqələri olub.

Talıbovların satınalmalarına nəzər yetirmək üçün aşağıdakı qalereyaya keçin. Məlumatlar 2020-ci ilə aiddir.

Bu ekstravaqant mülklərin heç biri qardaşların sosial media hesablarında yer almır. Bəzi avtoritar rejim rəhbərlərinin övladlarından fərqli olaraq, Seymur və Rza sosial şəbəkələrdəki səhifələrində diqqət cəlb edən sərvətləri paylaşmaqdan çəkinirlər, əvəzində vətənə məhəbbətləri, atalarının uğurları və Prezident Əliyevə sədaqətləri haqqında yazılar yazırlar.

Ötən il Rza Talıbov öz Twitter səhifəsində Əliyevdən bir sitat paylaşaraq, görünür ki, rejimin sadə və təvazökar olduğunu vurğulamaq istəyib.

"Ənənələrimiz, dəyərlərimiz və yaşayış tərzimiz - bizim sərvətimizdir”, Rza Talıbov iri hərflərlə sitatı paylaşıb.

O digər sərvətləri isə sadalamayıb.

Vasif Talıbovun taksi, qəbirdaşı, geyim və sair qaydaları
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00
XS
SM
MD
LG