Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:35

Dünyanı Moskvanın ‘neft-qaz silahından’ qorumaq…


BEA-nın icraçı direktoru Fatih Birol
BEA-nın icraçı direktoru Fatih Birol

BEA-ya üzv 31 ölkə martın 1-də keçirilən fövqəladə iclasda öz ehtiyatlarından bazara toplam 60 milyon barrel neft buraxmaq barədə razılığa gəlib

Beynəlxalq Enerji Agentliyi (BEA) martın 1-də bəyan edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar üzv ölkələr bazarın sabitliyini qorumaq üçün özlərinin ehtiyat anbarlarından bazara 60 milyon barrel neft buraxmaq barədə razılığa gəliblər.

Ağ Evin sözçüsü Cen Psaki martın 1-də deyib ki, bu həcmin tam yarısını ABŞ təmin edəcək:

"Biz prezident Putinin hərəkəti ilə bağlı qlobal enerji təchizatı bazarında fasilələri məhdudlaşdırmaq üçün bütün əldə olan alətlərdən istifadə edəcəyik. Biz habelə enerji təchizatının Rusiyadan diversifikasiya olunmasının sürətləndirilməsi istiqamətində səylərimizi davam etdirəcək və dünyanı Moskvanın neft və qazı silaha çevirməsindən qoruyacağıq”.

BEA-ya üzv 31 ölkə martın 1-də keçirilən fövqəladə iclasda öz ehtiyatlarından bazara toplam 60 milyon barrel neft buraxmaq barədə razılığa gəlib.

Rusiyada bankomatlarda pul qurtarır
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Rusiya bazarın böyük oyunçusudur

BEA-nın icraçı direktoru Fatih Birol deyib:

“Enerji bazarlarında vəziyyət çox ciddidir və bizdən tam diqqət tələb edir. Pandemiyadan dirçəlişin kövrək zamanında qlobal enerji təhlükəsizliyinə ciddi hədə yaranıb”.

BEA bildirir ki, Rusiya enerji bazarlarında böyük rol oynayır və dünyanın üçüncü böyük qaz hasilatçısı və ixracatçısıdır. Onun günə ixrac etdiyi 5 milyon barrel qlobal neft ticarətinin 12 faizinə bərabərdir. Bunun 60 faizi Avropaya, 20 faizi Çinə gedir.

Birol “həyati həmrəyliyə” görə təşkilata üzv ölkələrə təşəkkürünü bildirib.

O bildirib ki, üzv ölkələr habelə Ukraynanın yanacaq təchizatını təmin edirlər.

BEA-nın son iclasını ABŞ-ın enerji naziri Cenifer Qrenholm aparırdı.

ABŞ-dan başqa həm də Britaniya, Fransa, Almaniya, Yaponiya, Kanada daxildir.

Martın 1-də dünya bazarında Brent markasından olan neftin 1 barrelinin qiyməti 106 dollara çatıb. ABŞ neftinin qiyməti 100 dollara yüksəlib.

Belə qiymət sonuncu dəfə 2014-cü ilin iyulunda qeydə alınmışdı.

XS
SM
MD
LG