Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:39

Rosneft rəhbərinə məxsus olduğu deyilən yaxta müsadirə edilib


Arxiv fotosu
Arxiv fotosu

Seçin fevralın 28-dən Aİ-nin sanksiya siyahısına salınıb. Onun olduğu güman edilən başqa bir yaxta isə martın 4-də Fransa hakimiyyəti tərəfindən müsadirə edilib

İspaniya hakimiyyəti Rusiyanın Rosneft şirkətinin başçısı İqor Seçinə məxsus olduğu bildirilən yaxtanı müsadirə edib.

İspaniyanın Nəqliyyat Nazirliyi yaxtanın müsadirə olunduğunu təsdiqləsə də, sahibinin kimliyini açıqlamayıb. Nazirlik martın 16-da 135 metrlik yaxtanın Tarraqona limanından çıxmasına qadağa qoyulduğunu bildirib. Hakimiyyət onun Avropa İttifaqının (Aİ) sanksiya siyahısından kimə məxsus olduğunu müəyyənləşdirməlidir.

Seçinin bir yaxtası da Fransada müsadirə edilib

“Crescent” yaxtası Kayman Adalarının bayrağı altında üzür, Barselonaya yaxın liman şəhəri Tarraqonada noyabrdan lövbər salıb.

Seçin Aİ-nin sanksiya siyahısındadır. Rusiyanın fevralın 24-də Ukraynanı işğalından sonra blok siyasi əlaqələri olan maqnatlara sanksiyalar tətbiq edib.

Seçin fevralın 28-dən Aİ-nin sanksiya siyahısına salınıb. Onun olduğu güman edilən başqa bir yaxta isə martın 4-də Fransa hakimiyyəti tərəfindən müsadirə edilib.

İspaniyada üçüncü yaxta

“Crescent” İspaniya hakimiyyətinin Rusiya oliqarxlarına məxsus olmaqda şübhəli bilərək müsadirə etdiyi üçüncü yaxtadır.

İspaniyanın Baş naziri Pedro Sançez martın 14-də Barselonada 85 metrlik yaxtanın müsadirə olunduğunu bildirib. “Valeriya” adlı yaxta Rusiyanın “Rostek” müdafiə şirkətinin başçısı Sergey Çemezova məxsusdur.

Hakimiyyət martın 15-də Aralıq dənizindəki Mallorka adasında “Ledi Anastasiya” adlı yaxtanı müsadirə edb. Bu yaxtanın “Rosoboronexport” silah ixracı qrupunun başçısı Aleksandr Mixeyevə məxsus olduğu deyilir.

İtaliya və Fransa hökumətləri də Rusiya oliqarxlarına bağlı yaxtaları müsadirə ediblər. Məqsəd Rusiya Prezidenti Vladimir Putinin qoşunlarını Ukraynadan çıxarmasına nail olmaqdır.

XS
SM
MD
LG