Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:47

Sanksiyaların Rusiya kinoteatrlarına təsiri


Kinoteatr
Kinoteatr

COVID rejimindən çıxmaqda olan Rusiya bazarı 2021-ci ildə Avropanın hər hansı başqa kino bazarında görünməyən irəliləyiş göstərirdi. Britaniyanın "Screen International" jurnalı "Comscore" media təhlili şirkətinə istinadən yazır ki, Rusiya kino bazarında ötən il 2020-ci illə müqayisədə 63 faizlik artım baş verib. Bu nəticə Rusiya Federasiyasını Avropa bazarında ikinci ən yaxşı göstəriciyə sahib olan Fransadan xeyli irəli atırdı. Fransaya gəlincə isə, o bu nəticəni bir neçə yerli blokbaster sayəsində əldə etmişdi.

Ötən ilin sentyabrında Sankt-Peterburqda "Kino Expo"da çıxış edən Rusiya kinoteatrlar şirkəti – "Karo Group"un icraçı direktoru Pol Het 2019-cu ildə kassa gəlirlərinin 1 milyard dollara yaxın olduğunu demiş, 2022-ci ildə eyni nəticəyə nail olacaqlarını proqnozlaşdırmışdı.

Bazarın 70 faizini təşkil edən Hollivud filmləri

Ancaq Rusiyaya qarşı sanksiyalar buna son qoydu. Bütün Hollivud studiyaları filmlərin buraxılış tarixlərini dəyişdilər.

Son illərdə Hollivud filmləri Rusiya kino bazarının faizinə qədərini təşkil edirdi. Belə bir şəraitdə sanksiyaların kino bazarına "IKEA" və "H&M" kimi dünya markalarının ölkədən getməsindən daha güclü təsir göstərəcəyi gözlənilir.

Rusiyanın Ukraynaya hücumundan çox keçməmiş Rusiya Kinoteatr Sahibləri Birliyinin rəhbəri Oleq Berezin vəzifəsindən istefa verdi. O, özünün uzun Facebook postunda işinin üzvləri müdafiə etmək olduğunu, bununsa indiki şəraitdə alınmadığını yazdı. O, eyni zamanda, Ukraynada aparılan hərbi əməliyyatlara qarşı çıxdığını və onları qınadığını bildirdi. Berezin Rusiya incəsənət və mədəniyyət sektorunda Ukraynada aparılan müharibəyə qarşı çıxış edən bir neçə görkəmli şəxsdən biridir.

80 faizədək bahalanma

Rusiyanın əsas kinoteatr şəbəkələrinin rəhbərliklərindən "Vedomosti" qəzetinə bildiriblər ki, kinoteatrlar bundan sonra Rusiya, Cənubi Koreya, Latın Amerikası və Hindistan filmlərini göstərməli olacaq. "Karo" şəbəkəsinin prezidenti Olqa Zinyakova qəzetə müsahibəsində yaranmış vəziyyətə pozitiv rəng qatmağa çalışıb. "İnsanlar kinoteatrlarda Bollivud filmlərini görmək üçün növbəyə durardılar. Bu filmlərə maraq var", – o deyib.

Kinoteatrlar bilet qiymətlərini aşağı saxlamağa söz veriblər. "Kinoteatrların məqsədi əlçatan və gündəmdə olmaqdır. Hətta proyektorlar üçün lampa və hissələrin kəskin bahalanması şəraitində belə", – adı çəkilməyən bir kinoteatr başçısı deyib. O, milli valyutanın kəskin dəyər itirməsi nəticəsində qiymətlərin 80 faizədək artdığını ayrıca qeyd edib.

Belarus, Orta Asiya, MDB ölkələri

Belarus da Qərbin sanksiyalarından əziyyət çəkməyə başlayıb. Bu ölkədəki kinoteatr operatorları mövcud biznes mühitində ayaqda qalmaq şansının sıfıra yaxın olduğunu deyiblər.

Orta Asiya və MDB ölkələrinin kinoteatr operatorları da yaxın zamanlara qədər Moskvadan paylanan və, deməli, rus dilinə dublyaj olunan filmləri alıb göstərirdi. İndi onların çoxu mövcud vəziyyətin Rusiya hegemoniyasından yaxa qurtararaq öz birbaşa distribüşn və milli dilə tərcümə sistemlərini qurmaq fürsəti yaratdığını deyirlər.

"Kinoteatrları dəstəkləmək və film kontenti qıtlığının qarşısını almaqdan ötrü Qazaxıstana xarici filmlərin idxalı, birbaşa distribüşn və qazax dilinə dublyajının subsidiyalaşdırılması üzərində iş gedir", – Qazaxıstanın mədəniyyət və idman naziri martda deyib.

Qazaxıstanın "Kinopark/Kinoplexx" şəbəkəsi daha öncə xarici filmlərin azlığı səbəbindən bağlanmalı olacağını desə də, sonradan açıq qalacağını və apreldə yeni filmlərin normal qaydada çıxacağını bildirib. Şirkətin saytından hazırda "Morbius", "Sonic The Hedgehog 2" və "The Northman" kimi filmlərin reklam olunduğunu görmək olar.

Avadanlıq və ehtiyat hissələri qıtlığı

Hollivud filmləri Rusiya kinoteatrlarının yeganə problemi deyil. Sanksiyalar, ödəmə və bank qadağaları avadanlıq və ehtiyat hissələrinin alınmasını da qeyri-mümkün edib. Nəticədə kinoteatrların açıq və işlək vəziyyətdə saxlanması ciddi problemə çevrilməkdədir.

Mütəxəssislər arasında hətta yaxın zamanlarda Rusiyada ikinci əl avadanlıq bazarının xeyli böyüyəcəyini düşünənlər də var.

Dünya Kinoteatrlar Birliyinin (UNIC) bu yaxınlarda Brüsseldə keçirilən kino günlərində Rusiyada kinoteatrlar ekranlarının faizinin artıq qaranlığa qərq olduğu bildirilib. Səbəbsə film, avadanlıq və ehtiyat hissələrinin qıtlığıdır.

XS
SM
MD
LG