Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:33

Bakı məktəbində Rusiya imperiyasının simvolu…


Prezident Vladimir Putin yaxasında "Georgi lenti" ilə 9 May paradında.
Prezident Vladimir Putin yaxasında "Georgi lenti" ilə 9 May paradında.

Mayın 6-da sosial şəbəkə və bəzi yerli media orqanlarında Azərbaycan paytaxtı Bakıda 164 nömrəli orta məktəb olduğu deyilən məkandan fotoşəkillər yayılıb. Şəkillərdə hansısa mərasimdə şagirdlərin yaxasında Rusiya imperiyasının simvollarından biri sayılan "Georgi lenti" görünür.

Məsələ geniş müzakirələrə səbəb olub və ölkədə "beşinci kolon"un fəaliyyətindən narahatlıq ifadə edilib.

Bəs Azərbaycan məktəblərində bu cür təbliğat necə aparılır?

Rusdilli məktəblərdə Azərbaycan dili necə tədris edilir?
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Təhsil İdarəsi: "9 May gününə həsr olunan bu tip dərslər…"

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Turan"a bildirilib ki, 164 nömrəli tam orta məktəbdə 9 May günü (Faşizm üzərində qələbənin 77-ci il dönümü) ilə bağlı tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib: "Qeyd olunan məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan təhlil zamanı müəyyən olunub ki, 9 May gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib".

Qeyd olunub ki, məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər: "Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb".

Mövzu ilə bağlı, hələlik, sözügedən məktəbin rəhbərliyi və ibtidai siniflərin müəllimləri ilə danışmaq mümkün olmayıb.

K.Əsədov
K.Əsədov

"Məktəbdə siyasi təbliğat ola bilməz"

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, "Təhsil haqqında" Qanunun tələblərinə görə, orta təhsil məktəblərində hər hansı siyasi partiya və təşkilat fəaliyyət göstərə bilməz. Onun əlavə etməsinə görə, üstəlik, məktəblərdə hər hansı etnik, dini təbliğat yolverilməzdir: "Şagirdlərə Azərbaycan dövlətçiliyi istisna hər hansı dövlətin siyasəti və fəaliyyəti təbliğ oluna bilməz. Misal üçün, Azərbaycanın hüquqları təbliğ oluna bilər, çünki dövlətçilik mövqeyidir, amma bizim tarixdə elə şəxslər var ki, onları təbliğ edə bilmərik. Söhbət siyasi şəxslərdən gedir".

Bununla yanaşı, o qeyd edib ki, 9 May – Azərbaycanda faşizm üzərində qələbə bayramıdır və Azərbaycanın bu qələbədə payı var: "Bunu inkar edə və bundan imtina edə bilmərik. Çünki müharibədə 640 min azərbaycanlı iştirak edib və onun yarıdan çoxu geri qayıtmayıb. Məsələni bu gün Rusiyanın fonunda təbliğ etmək düzgün deyil. Yəni, bu qələbə təkcə Rusiyanın deyil".

XS
SM
MD
LG