Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:40

ABŞ kəşfiyyatı: Putin Ukraynada uzun müharibəyə hazırlaşır


Avril Heyns
Avril Heyns

Bu barədə mayın 10-da Konqresdə çıxış edən ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns danışıb

Birləşmiş Ştatlar bu qənaətdədir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uzun münaqişəyə hazırlaşır.

Bu barədə mayın 10-da Konqresdə çıxış edən ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns danışıb:

"Bizim qiymətləndirməmizə görə prezident Putin uzanan münaqişəyə hazırlaşır. O bu müddətdə özünün Donbasdan da uzağa gedən məqsədlərinə çatmaq niyyətindədir”.

Xanım Heyns deyib ki, Rusiya Moldovanın separatçı Dnestryanı regionuna quru dəhlizi açmaq istəyir.

Ekspert: Ukraynada müharibənin yeni mərhələsi başlayır
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

Qərbin qətiyyətinin azalacağına ümid edir

Onun sözlərinə görə, Putin uzun müddətdə Qərbin Ukrayna ilə bağlı qətiyyətinin zəifləyəcəyinə və Donbasda qələbənin müharibənin sonu olmayacağına ümid edir:

"Putin böyük bir ehtimalla hesab edir ki, Rusiyanın çətinlikləri dəf etmək qabiliyyəti və arzusu düşmənlərində olduğundan daha güclüdür. O ehtimal ki, ərzaq çatışmazlığı, inflyasiya və enerji qiymətlərinin bahalaşması üzündən ABŞ və Avropa İttifaqının qətiyyənin zəifləyəcəyinə ümid edir”.

Xanım Heyns Konqres komitəsinə bunu da deyib ki, Putin getdikcə daha çox qəfil addımlar ata və Rusiyada hərbi vəziyyət elan edə bilər:

"Hazırkı meyllər belə bir ehtimalı gücləndirir ki, prezident Putin hərbi vəziyyətin elan edilməsi, istehsalın reoriyentasiyası və ya potensial olaraq öz məqsədlərinə çatmaq üçün ehtiyatları hərbi məqsədlər üçün sərbətləşdirən hərbi eksalasiya da daxil daha sərt tədbirlərə əl ata bilər”.

Onun ambisiyaları Rusiyanın qüdrətinə uyğun gəlmir

Heyns deyib ki, Putinin Rusiyanın “varlığına təhlükə” olmadan nüvə silahından istifradə edəcəyi ehtimal olunmur.

Milli Kəşfiyyatın rəhbəri bunu da bildirib ki, Putin onun ambisiyaları ilə Rusiyanın hazırkı hərbi qabiliyyətinin uyğunsuzluğu problemi ilə üzləşib və bu səbəbdən qarşıdan gələn aylarda onun daha böyük eskalasiyaya gedəcəyini gözləmək olar.

Həmin komitədə çıxış edən general-leytenant Skot Berriyer deyib ki, Rusiya Ukraynanın müqavimətinə getdikcə daha nizamsız və daha qəddar metodlarla reaksiya göstərməyə başlayıb.

O əlavə edib ki, ABŞ-ın təxminlərinə görə Rusiya bu müharibədə 8-lə 10 arası generalını itirib.

General qeyd edib ki, hazırda müharibədə heç bir tərəf üstünlüyə malik deyil.

XS
SM
MD
LG