Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Zaporojye və Xerson sakinlərinə Rusiya vətəndaşlığı verilməsi sadələşdirilir


Lisiçanska gedən yolda partlayış
Lisiçanska gedən yolda partlayış

"Rusiya ordusu əlində qalan bütün qüvvəsini hücuma yönəldib".

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin sakinlərinə Rusiya vətəndaşlığı verilməsi prosedurunu sadələşdirir. Bu haqda “RİA Novosti” məlumat yayıb.

Müvafiq sənədə edilən dəyişikliyə görə, qaydalar Ukraynanın şərqindəki qondarma “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, eləcə də Zaporojye və Xerson vilayələrinin sakinlərinə aiddir.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayıb. Bundan öncə isə ölkənin şərqindəki separatçı qurumların müstəqilliyini tanıyıb. Moskva Ukraynada “xüsusi hərbi əməliyyat” keçirdiyini bildirir.

Rusiya qüvvələrinin Xerson vilayətini, eləcə də Zaporojyenin bir hissəsini nəzarətə aldığı, bu regionlarda hərbi administrasiyaların qurulduğu bildirilir.

***

Qərb, özəlliklə Avropa Rusiyanın səbəbsiz müharibəsinə qarşı birləşməli, Ukraynaya dəstəyi gücləndirməlidir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyir. O, mayın 25-də Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Ukrayna lideri Rusiya fevralın 24-də hücuma başlayandan Kiyevə göstərilən maliyyə və hərbi dəstəyə görə təşəkkür edib. Amma onu da deyib ki, Avropanın vəhdətində çatlar müharibəyə qarşı səyləri məhdudlaşdırır.

Zelenski Ukraynanın müharibədə ərazisindən heç bir hissə itirmək istəmədiyini vurğulayıb.

O, silahlarla bağlı vəhdətin vacibliyini, praktikada isə bunun görünmədiyini deyib. Özəlliklə Birləşmiş Ştatlara təşəkkür edən Zelenski Avropanın Moskvaya təzyiqini əngəllədiyinə görə Macarıstanın adını ayrıca qeyd edib. Macarıstan Aİ-nin Rusiyadan neft idxalına embarqo qoymasına qarşı çıxır.

“Avropa qitəsindəyik və bizə vahid Avropanın dəstəyi lazımdır... Macarıstan Aİ-nin qalan hissəsi kimi birləşməyib”, – Zelenski deyib.

O, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu deyib. Amma bundan ötrü Moskvanın qüvvələrini müharibə başlanmazdan öncə Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə çəkməli olduğunu vurğulayıb.

“Ukrayna ərazisini tam qaytaranacan döyüşəcək”, – Zelenski bildirib.

***

Rusiya Ukraynanın şərqində tammiqyaslı hücuma qüvvələr və avadanlıq yönəltməkdədir, iki şəhərdə Ukrayna əsgərlərini mühasirəyə almağa çalışır. Kiyev taleyini müəyyənləşdirə biləcək ölüm-dirim savaşına getməsi haqda xəbərdarlıq edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda vəziyyətin “həddən artıq çətin” olduğunu deyib.

“Rusiya ordusu əlində qalan bütün qüvvəsini hücuma yönəldib”, – Zelenski mayın 24-də axşam çıxışında söyləyib.

Rusiya qüvvələri Donbasda Ukraynanın nəzarətində olan hissəni şərqdən mühasirəyə almaq üçün üç istiqamətdə irəliləyir, əsas diqqət Siverski Donets çayının şərq və qərb sahillərində yerləşən Severodonetsk və Lisiçansk şəhərlərinə yönəldilib.

Azı 14 dinc sakin öldürülüb

Luqansk vilayətinin qubernatoru Sergey Qayday mayın 25-də deyib ki, ötən gecə Severodonetskin atəşə tutulması nəticəsində altı dinc sakin öldürülüb.

Ukrayna ordusu mayın 24-də Donbasda Rusiyanın doqquz hücumunu səf etdiyini, regiona Rusiyanın hücumları nəticəsində azı 14 dinc sakinin öldürüldüyünü bildirib.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik mayın 24-də deyib ki, ölkənin şərqində gedən döyüşlər onun gələcəyini müəyyənləşdirə bilər.

“Rusiyanın ölkəmizə qarşı tammiqyaslı təcavüzünün ən aktiv mərhələsini müşahidə edirik. Şərq cəbhəsində vəziyyət həddən artıq çətindir, çünki orada ölkənin taleyi həll olunur”, – Motuzyanik telebrifinqdə deyib.

Buğda qıtlığı

Britaniya kəşfiyyatı isə xəbərdarlıq edib ki, Ukraynanın Odessa limanını Rusiyanın blokadaya alması buğda ixracında qıtlığa səbəb olub, bunu quru yoluyla kompensasiya etmək mümkün deyil.

Britaniya Müdafiə Nazirliyinin mayın 25-də yaydığı gündəlik məlumata görə, Rusiyanın dəniz blokadası Ukrayna limanlarına kommersiya gəmilərinin girişini kəsdiyi müddətdə “təchizatın kəsilməsi bir çox əsas istehlak məhsullarını bahalandırmaqda davam edəcək”.

Rusiyanın fevralın sonunda Ukraynaya qarşı başlatdığı müharibə və bundan sonra Qərbin qoyduğu sanksiyaları buğdanı, bitki yağını, gübrəni, enerjini bahalandırıb.

Ukrayna və Rusiya birlikdə qlobal buğda təchizatının üçdə birini təşkil edir.

Mariupol limanı təmizlənir

Rusiya rəsmilərinin məlumatına görə, Mariupol yaxınlığında dəniz minalardan təmizlənib, mayın 25-də Ukraynanın cənub sahilindən 70-dək xarici gəminin çıxması üçün təhlükəsiz dəhliz açılacaq.

Bir neçə ay mühasirədə qalmış Mariupolda bir yaşayış binasının dağıntıları altından 200 dağılmış meyit tapılıb. Məlumatı Ukrayna hakimiyyəti mayın 24-də açıqlayıb.

Şəhər merinin müşaviri Petro Andryuşçenko cəsədlərin nə vaxt tapıldığını deməyib. Amma bu, qurban sayına görə müharibədə indiyədək bəlli, ən çox ölümlə nəticələnmiş hücumlardan biri ola bilər.

XS
SM
MD
LG