Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:20

Yerevandakı Rusiya diplomatı sülhməramlılardan danışıb


Rusiyanın Yerevandakı səfirinin müavini Maksim Seleznyov
Rusiyanın Yerevandakı səfirinin müavini Maksim Seleznyov

Rusiya sülhməramlıları yeni yol tam işə salınmadan mövcud Laçın dəhlizindən bir santimetr də çəkilməyəcəklər.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna Rusiyanın Yerevandakı səfirinin müavini Maksim Seleznyov deyib.

Avqustun 18-də verdiyi müsahibədə diplomat bildirib ki, bu barədə razılaşmalar var və tərəflər bir-biri ilə daim əlaqədədirlər.

Azatutyun yazır ki, Seleznyov söhbətin hansı razılaşmalardan getdiyini deməyib:

“Rusiya sülhməramlıları yalnız o vaxt yerlərini dəyişəcəklər ki, yeni Laçın dəhlizi açılacaq. Üçtərəfli bəyanatda (9 noyabr 2020) atılacaq addımlar və onların ardıcıllığı göstərilib: əvvəlcə dəhlizin tikintisi başa çatdırılır, o istismara verilən kimi sülhməramlılar bu yolun beş kilometrlik zolağı boyunca yerləşdirilir”.

Avqustun 25-dək vaxt verilmişdi

Azatutyun yazır ki, bu ayın əvvəllərində Qarabağda hərbi əməliyyatlar bərpa olunanda separatçılar bildirmişdilər ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının vasitəsilə Qarabağ və Ermənistan arasında hərəkətin yeni tikilmiş yolla təşkilini tələb ediblər.

O vaxt separatçıların rəsmi nümayəndəsi kimi təqdim olunan Ayk Xanumyan Laçın dəhlizi boyunca yerləşən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin erməni sakinlərinə xəbərdarlıq etmişdi ki, bu ərazidə avqustun 25-dən sonra Rusiya sülhməramlıları olmayacaq və buna görə də onların ayın axırınadək evlərini tərk etməsi tələb olunur:

“Bildiyiniz kimi mövcud dəhliz cənuba köçürülüb və Artsax (Qarabağ-red) ərazisinin cənub istiqamətində yol hazırdır, amma Ermənistan ərazisində yol yalnız gələn il hazır olacaq, Rusiya hərbi kontingenti cənub istiqamətinə keçiriləcək, buna görə də avqustun 25-dən burada Rusiya kontingenti olmayacaq. Bu səbəbdən mülki müdafiə planlarına uyğun olaraq adamların köçürülməsi məsələlərinin müzakirəsi zəruri olub”.

Ermənistan alternativ yola qoşulmaq üçün 4 kilometrlik torpaq yol çəkir
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Sülhməramlılar bir santimetr də çəkilməyəcək

Azatutyunun yazdığına görə, buna baxmayaraq Rusiyanın Ermənistandakı səfirinin müavini avqustun 18-də deyib ki, Rusiya sülhməramlılarının dislokasiyası yalnız yeni yol hazır olandan sonra dəyişdiriləcək:

“Rusiya sülhməramlıları yeni dəhliz açılmayınca ora keçirilməyəcək və bu barədə razılaşma var. Tərəflər birbaşa əlaqədədirlər və mən sizi əmin edirəm ki, yeni dəhliz olmayana qədər Rusiya sülhməramlıları oradan bir santimetr də çəkilməyəcək”.

Azatutyun belə bir sual verir: Onda 25 avqustun son müddət olması barədə məsələ necə ortaya çıxıb və bu razılaşma kimlərin arasında qəbul edilib?

Erməni tərəfinin məlumatına görə 25 avqustdan sonra alternativ, amma tikintisi yarımçıq yol istifadəyə veriləcək. Elə isə orada Rusiya sülhməramlıları olacaqmı?

Azatutyun bu suallarla Qarabağdakı separatçıların liderlərinə müraciət edib.

Onlar Azatutyuna deyiblər ki, sülhməramlıalr yeni yola o hazır olanda yerləşdiriləcəklər.

200 il əvvəl baş vermiş döyüşün yubileyində

Bundan əvvəl rəsmi Yerevan yeni yolun onun ərazisinə düşən hissəsinin tikintisinin yalnız gələn ilin mayında başa çatacağını bildirmişdi.

Azatutyun yazır ki, bir neçə həftə bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, istər sülhməramlıların dislokasiyasının dəyişdirilməsinə, istərsə də Qarabağı təchiz edəcək infrastruktura dair üçtərəfli formatda yeni sənədin imzalanması zəruridir.

Rəsmi Bakının bu bəyanatla razılaşıb-razılaşmadığı məlum deyil.

Seleznyov bubu da deyib ki, Moskva əgər buna Yerevan və Bakının razılığı olarsa Rusiya sülhməramlılarının səlahiyyətlərini artıra bilər.

Azatutyun yazır ki, rusiyalı diplomatla 200 il əvvəl Oşakanda (Üşəyən-red) Rusiya və İran qoşunları arasında baş vermiş döyüşə həsr olunmuş tədbirdə söhbət edib.

1827-ci ildə baş vermiş bu döyüşdə Rusiya ordusu qalib gəlib və nəticə olaraq 2 ay sonra İrəvan şəhəri rusların nəzarətinə keçib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44-günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG