Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:48

Ukraynaya hücum başlayandan Aİ-yə bir milyon rusiyalı səfər edib


Arxiv fotosu
Arxiv fotosu

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun əvvəlində “Washington Post” qəzetinə müsahibəsində Qərbi bütün rusiyalılara viza verilməsini dayandırmağa çağırıb.

Rusiya fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bu ölkədən Avropa İttifaqı (Aİ) ərazisinə bir milyonadək rusiyalı səfər edib. Bunu “dpa” agentliyi Avropanın sərhəd və sahil mühafizəsi agentliyi – Frontex-ə istinadla yazır.

Fevralın 24-dən avqustun 22-dək Aİ-nin sərhədini 998 min 85 rusiyalı keçib, “dpa” Frontex təmsilçisinə istinadla bildirir. Son bir həftədə isə Aİ-yə gedən rusiyalıların sayında cüzi azalma var.

Aİ üzvlərinin atdığı addımlar

Rusiya işğala başlayandan Aİ-nin bir sıra üzvləri rusiyalılara viza verməyi ya dayandırıb, ya da məhdudlaşdırıblar. Estoniya, Latviya, Litva və Çex Respublikası bu addımı atıblar. Finlandiya sentyabrdan onlara qoşulacaq, Polşa isə belə bir tədbiri nəzərdən keçirir. Danimarka rusiyalılara viza verilməsi məsələsində Avropanın ümumi qərar çıxarılmasını istəyir. Bu ölkələr həmçinin rusiyalıların Şengen turist vizaları verilməsinə tam qadağa tərəfdarıdırlar.

Aİ-nin bəzi üzvləri, o cümlədən Almaniya, Yunanıstan, Macarıstan və Portuqaliya bu ideyanı dəstəkləmirlər. Aİ-nin Xarici məsələlər üzrə ali təmsilçisi Jozep Borrel də rusiyalılara viza verilməsinə qadağaya qarşıdır.

“Kompromis variant”

“Bloomberg” xəbər verir ki, hazırda Aİ-yə sədrlik edən Çex Respublikası blok üzvlərinə “kompromis variant” təklif edəcək – viza verilməsini dayandırmamaq, ancaq Rusiya və Belarus vətəndaşlarına Şengen vizalarının sadələşdirilmiş qaydada verilməsini tamamilə ləğv etmək.

Bu qayda qüvvəyə minərsə, rusiyalı və belaruslular əvvəlki kimi viza almaq üçün ərizə verə biləcəklər. Ancaq onlar buna görə daha çox sənəd təqdim etməli olacaq, ərizələrə baxılması müddəti uzanacaq, viza haqqı 35 avrodan 80 avroya qalxacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun əvvəlində “Washington Post” qəzetinə müsahibəsində Qərbi bütün rusiyalılara viza verilməsini dayandırmağa çağırıb. Zelenski bunu “Putinə təsir etməyin”, Ukrayna ərazisində hərbi əməliyyatları dayandırmağın “yeganə yolu” adlandırıb.

Bu təklif ətrafında geniş ictimai müzakirə başlanıb. Məsələ avqustun sonunda Aİ Şurasının iclasında müzakirə ediləcək.

XS
SM
MD
LG