Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:52

Dağıstanda AzadlıqRadiosunun müxbiri saxlanıb


Yulia Vişnevetskaya
Yulia Vişnevetskaya

Yuliya Vişnevetskaya Dağıstanda başqa etirazçılarla birgə saxlandıqdan sonra ona beş sutkalıq həbs cəzası verilib

AzadlıqRadiosunun ştatdankənar müxbiri Yuliya Vişnevetskaya Dağıstanda başqa etirazçılarla birgə saxlandıqdan sonra ona beş sutkalıq həbs cəzası verilib.

Bu barədə məlumatı sentyabrın 28-də jurnalistin vəkili Aida Kasimova verib.

Vişnevetskaya Kremlin Ukrayna müharibəsi üçün qismən səfərbərlik elan etməsinə qarşı icazəsiz etiraz aksiyası barədə reportaj hazırlayırdı.

Kasimova deyib ki, Vişnevetskaya icazəsiz mitinqdə iştirak ittihamı ilə həbs edilib.

AzadlıqRadiosunun prezidenti Ceymi Flay (Jamie Fly) jurnalistin dərhal azad edilməsinə çağırıb.

120 nəfər saxlanır

Saxlanılan daha iki jurnalist İdris YusupovSergey Ainbinder deyiblər ki, polis saxlanan jurnalistlərin çoxundan mobil telefonları müsadirə edib və onların vəkillə görüşünə imkan verilmir.

Yusupov və Ainbinder saxlandıqdan 17 saat sonra sərbəst buraxıldıqlarını bildiriblər.

Yusupov AzadlıqRadiosuna deyib ki, hazırda polisdə 100-dən çox qadın və kişi saxlanır və onlar inzibati xətalarda ittiham olunurlar.

Bundan əvvəl sentyabrın 26-da Dağıstanın paytaxtı Maxaçqalada əsasən qadınların iştirak etdiyi mitinq keçirilmişdi.

Bu aksiyada ümumilikdə 120 nəfər saxlanıb və onlardan 8-nə qarşı cinayət işi açılıb.

OVD-Info insan haqları qrupunun məlumatına görə Rusiya boyunca ümumilikdə səfərbərliyə etiraz edən azı 2398 nəfər saxlanıb.

Sizcə, müharibə bitib, ya davam edir? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

XS
SM
MD
LG